Axtarış

The search found 105712 results in 0.033 seconds.

Search results

  1. Milli Məclisin iclası başladı - GÜNDƏLİKDƏ 14 MƏSƏLƏ VAR

    Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

    Muxalifet.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 14 məsələ daxil edilib.

    Muxalifet2 - 2-10-2020

  2. Ermənistan cəbhədə jurnalistləri hədəfə alır - VİDEO

    Ermənistan ordusu cəbhə bölgəsində fəaliyyət göstərən media nümayəndələrini hədəf alır.

    Muxalifet2 - 2-10-2020

  3. Ermənistan ordusunun daha 54 hərbçisi MƏHV EDİLDİ

    Ermənistan Ordusunun daha 54 hərbçisi məhv edilib. 

    Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə qondarma rejimin “müdafiə nazirinin müavini” Artur Sarqsyan bildirib.

    Modern.az-ın yazdığına görə, Sarqsyan gecə döyüşləri zamanı ciddi itki verdiklərini və yaralı sayının çox olduğunu açıqlayıb.

    Muxalifet2 - 2-10-2020

  4. “Bu şərəfli mücadilədə 400 milyonluq Türk millətinin bütün olması zamanın və ulu babalarımızın ruhunun tələbidir” – CAHANDAR BAYOĞLU

    400 milyonluq Türk dünyasının bağrına xəncər kimi saplanan Ermənistan adlanan sözdə “erməni dövləti” 1918-ci ildə 7 min kv.km-lik bir ərazidə Birinci dünya savaşının qalibləri və Rus imperiyasının əliylə qurulmuşdur. Rus-Sovet Bolşevik imperiyasının dönəmində daha 22 min kv.km ərazi Azərbaycan Türk yurdundan qoparılaraq ermənilərə verilmişdir.

    Muxalifet2 - 2-10-2020

  5. DÜŞMƏN BİR-BİRİNİ QIRIR - Erməni əsgərləri arasında atışma olub / RƏSMİ

    "Əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib".

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  

    "Şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub", - nazirlikdən bildirilib. 

    Muxalifet2 - 2-10-2020

  6. “AŞOT, EVİNƏ QAYIT, HAYKANUŞ GÖZLƏYİR!” – Qarabağdakı terrorçulara

    30 il öncə Çexoslovakiyadakı rus-sovet hərbi hissəsinin qarşısında etiraz edən yerli insanlar “İvan idi domoy, Nataşa tebya jdyot” (“İvan, evinə get, Nataşa səni gözləyir”) plakatı qaldırmışdılar. Yeri gəlmişkən, bu ilin yanvarında çexlər həmin günləri eyni sloqanlı flaş-mobla yada saldılar.

    Muxalifet2 - 2-10-2020

  7. "Amalımız son damla qanımızadək vuruşmaqdır..." - GENERAL MAYOR

    “Hərbi birliyin şəxsi heyətinin amalı qələbəni təmin etmək naminə son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir".

    APA-nın məlumatına görə, bunu hərbi birliyin komandiri, general-mayor Hikmət Həsənov deyib.

    O qeyd edib ki, bunun üçün əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir.

    Muxalifet2 - 2-10-2020

  8. ​“Həmsədrlərin, beynəlxalq təşkilatların atəşkəs təklifini rədd edirik” – QARABAĞ AZADLIQ TƏŞKİLATI

    “Ermənilərin havadarları, ilk növbədə Fransa və Rusiya əlayağa düşüblər. Atəşkəsi bərpa etməyə çalışır, murdar erməniləri yenə də xilas etmək istəyirlər. Azərbaycan buna heç bir halda imkan verməməlidir”.
    Bu haqda Qarabağ Azadlıq Təşkilatının (QAT) bəyanatında bildirilir.
    Bəyanatda daha sonra vurğulanır:

    Muxalifet2 - 2-10-2020

  9. Ermənilər mülki şəxsləri də döyüşlərə cəlb edib - VİDEO

    Ermənilər artıq mülki şəxsləri də döyüşlərə cəlb edib.
    Erməni mediasının kadrlarından aydın görünür ki, canlı qüvvə çatışmazlığı ilə üzləşən ermənilər mülki şəxsləri döyüşlərə cəlb etmək məcburiyyətində qalıb. Həmin şəxslər hətta hərbi geyimlə belə təmin edilməyiblər.
    Azərbaycan ordusu düşmənin atəş nöqtələrini darmadağın edəndə isə erməni təbliğat maşını bunu Azərbaycanın mülki əhalini atəşə tutub, öldürməsi kimi qələmə verir./apa

    Muxalifet2 - 2-10-2020

  10. GÜNEYLİ SOYDAŞLARIMIZDAN QARABAĞA DƏSTƏK! - Aksiya zamanı çox sayda azərbaycanlı həbs olunub / VİDEOLAR

    Bildiyimiz kimi, İranın Azərbaycana qarşı Ermənistanı dəstəkləmək siyasəti cənublu qardaşlarımızın haqlı olaraq narazılığına səbəb olub. Soydaşlarımız öz etirazlarını öncə İrandan Ermənistana hərbi texnika daşıyan yük maşınlarını yandırmaqla və maşınların keçməsinin qarşısını almaq üçün yollara xüsusi düzəldilmiş dəmir tikanlar atmaqla nümayiş etdirdilər.

    Muxalifet2 - 2-10-2020

  11. “Münaqişəni həll etməyənlərin atəşkəs çağırışları səmimi və inandırıcı deyil” - HULUSİ AKAR

    “İllərdir Azərbaycanın Dağlıq Qarabağdakı haqlı mübarizəsinə həll yolu təqdim etməyənlərin atəşkəs çağırışları, səmimi olmadığı kimi inandırıcı da deyil”.
    “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
    “Öz torpaqlarını işğaldan azad etmək mübarizəsində sona qədər can qardaşlarımızın yanlarında olmağa davam edəcəyik”, - deyə nazir vurğulayıb.

    Muxalifet2 - 2-10-2020

  12. Azərbaycan səfirliyi Almaniya KİV-inə müraciət edib

    Azərbaycanın Almaniyadakı səfirliyi yerli kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

    Səfirlikdən verilən məlumata görə, müraciətdə son zamanlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində həyata keçirdiyi növbəti hərbi təxribatları ilə bağlı Almaniya KİV-də çoxsaylı məlumatlar və məqalələrin dərc olunduğu, habelə reportajların yayımlandığı bildirilib.

    Muxalifet2 - 2-10-2020

  13. Düşmənin təminat və döyüş vasitələri darmadağın edildi - RƏSMİ

    Düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikaları məhv edilib.

    Muxalifet.az bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

    Muxalifet2 - 2-10-2020

  14. Düşmən Bərdə, Tovuz və Ağdam rayonlarının kəndlərini raket atəşinə tutur

    Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

    Muxalifet2 - 2-10-2020

  15. Azərbaycandan Ermənistana növbəti xəbərdarlıq - "ADEKVAT TƏDBİRLƏR GÖRÜLƏCƏK"

    "Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana mülki şəxslərə və obyektlərə hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək".

    Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    Muxalifet2 - 2-10-2020

  16. Ermənilər Şəmkiri raket atəşinə tutdu

    Bir az əvvəl Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raketlər “Toçka-U” taktiki raket kompleksindən buraxılb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Muxalifet2 - 2-10-2020

  17. Müxalifət partiyası Fransanı İslam ölkələrinə qarşı tarixi düşmənçilikdə ittiham etdi... - BƏYANAT

    Azərbaycan Demokrat Partiyası Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın işğal altında olan öz tarixi torpaqlarının işğaldan azad edilməsi istiqamətində Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı ifadə etdiyi mövqeyinə dair bəyanat qəbul edib. Bəyanatda deyilir:

    Muxalifet2 - 2-10-2020

  18. Xocavənd: İşğaldan azadlığa doğru - VİDEO

    2 oktyabr o günlərdəndir ki, Azərbaycandan daha bir parça qoparıldı. 

    Sahəsi 1428 kvadrat kilometr olan Xocavənd rayonu illərlə erməni təcavüzünə məruz qalıb. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. 

    Muxalifet2 - 2-10-2020

  19. “Çağırışçı gənc əsgərlər cəbhəyə göndərilmir” - RƏSMİ AÇIQLAMA

    "Ali Baş Komandan İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən, oktyabr çağırışına başlanılıb". 

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini general mayor Zaur Abdullayev keçirdiyi brifinqdə belə deyib. 

    Onun sözlərinə görə, hazırda aparılan müddətli hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq hər il olduğu kimi ildə 4 dəfə həyata keçirilən prosedurdur:

    Muxalifet2 - 2-10-2020

  20. Azərbaycan mülki əhalini qorumaq üçün Ermənistana adekvat cavab verəcək - RƏSMİ AÇIQLAMA

    Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 2-də günorta saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Şəmkir rayonunun Sabirkənd kəndi raket atəşinə, Tovuz rayonunun Ağdam kəndi isə artilleriya atəşinə tutulur. Ermənistan silahlı qüvvələri, həmçinin işğal olunmuş ərazilərimizdən Bərdə rayonunun Əmirli və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

    Muxalifet2 - 2-10-2020

Pages