Axtarış

The search found 105712 results in 0.029 seconds.

Search results

  1. Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir

    "Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”

    Bunu Müdafiə Nazirliyinin mətbuat idarəsinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

    O bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb: "Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir".

    Muxalifet4 - 29-09-2020

  2. "Ermənilər Xankəndindən qaçır" - Rusiya KİV

    Azərbaycanın işğal altındakı Xankəndi şəhərində əhalinin kortəbii şəkildə təxliyyəsinə başlanılıb.

    Bu barədə “İzvestiya” hadisə yerindəki müxbirinə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, insanlar kütləvi şəkildə Ermənistanın paytaxtı Yerevana göndərilir.

    “Onları elə-belə göndərirlər, paytaxtda mütləq qarşılanacaqlarını söyləyirlər. Yerevan səlahiyyətliləri qarşılanmanı təşkil edəcək”, - məlumatda deyilir.

    Muxalifet4 - 29-09-2020

  3. "ƏGƏR BEYNƏLXALQ İCTİMAİYYƏT ONLARI DAYANDIRMASA..." - İlham Əliyev

    "Bildiyiniz kimi, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur.

    Muxalifet4 - 29-09-2020

  4. Ermənilərin Naftalana atdığı top atəşi nəticəsində həlak olan ailə üzvləri dəfn edildi - FOTO, VİDEO

    Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan Naftalan sakinləri - bir ailənin 5 üzvü dəfn edilib.

    Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.

    Düşmənin növbəti dəfə toplarla atəşi nəticəsində həyatlarını itirən Elbrus Qurbanov və onun 4 ailə üzvü - Şəfayət Qurbanova, Fidan Qurbanova, Şəhriyar Qurbanov və Afaq Əmirova yaşadıqları rayonun Qaşaltı kəndində torpağa tapşırılıb.

    Muxalifet4 - 29-09-2020

  5. “Rusiya müharibəyə qatılarsa, Türkiyə dərhal Ermənistana girəcək”

    Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan atəşə tutması, bundan sonra ordumuzun əks-hücum əməliyyatı həyata keçirməsi, ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın milli həmrəylik bəyanatı imzalaması, eyni zamanda digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

    Muxalifet4 - 29-09-2020

  6. Angela Merkel İlham Əliyevə zəng vurdu

    Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.

    Muxalifet4 - 29-09-2020

  7. Ermənistan Türkiyəni də təhdid edir - Türk millət vəkilindən AÇIQLAMA

    Ermənistanın mövqeyi qəbuledilməzdir. Çünki beynəlxalq hüquqa zidd hərəkət edərək Azərbaycanla əldə olunan atəşkəs razılaşmasını bir daha pozdu. Azərbaycanlıların öz torpaqlarındakı yaşayış sahələrini və dinc əhalini açıq şəkildə hədəf alıb. Ermənistanın bu mövqeyi sadəcə Azərbaycanın sabitliyini deyil, bölgədəki sülhü də açıq şəkildə təhdid edən vəziyyətdir.

    Bu sözləri Publika.az-a özəl açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Artvin millət vəkili Uğur Bayraktutan deyib.

    Muxalifet4 - 29-09-2020

  8. "Düşmən döyüşdən imtina edir və rayonu tərk edir" - RƏSMİ AÇIQLAMA

    Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub.

    Muxalifet.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

    O bildirib ki, Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. "Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər".

    Muxalifet4 - 29-09-2020

  9. Daha 10 şagird və 1 işçidə koronavirus aşkarlanıdı

    Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
     
    Nazirlikdən bildirilib ki, 15 şagirdin, 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
    Daha 10 şagird və 1 işçidə koronavirus aşkarlanıb.
     
    Distant təhsilə keçirilmiş siniflərin sayı 7-dir.
     
    Ümumilikdə indiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

    Muxalifet4 - 29-09-2020

  10. “Dağlıq Qarabağ münaqişəsini kökündən həll etmək istəyirik" - MÖVLUD ÇAVUŞOĞLU

    “Problemin yeganə həlli yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir”.

    “Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.   

    “Bu olmadığı halda problem həll edilə bilməz. Meydanda və masada Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik”, - nazir əlavə edib.

    Muxalifet4 - 29-09-2020

  11. "Təsvir olunan silah və şəxslərin heç biri doğru deyil" - İRAN SƏFİRLİYİ

    İranın Azərbaycandakı səfirliyi cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb.

    Muxalifet.az axar.az-a istinadən açıqlamanın mətnini təqdim edir:

    "Silahların və ya terror qruplaşmalarına bağlı qüvvələrin İran İslam Respublikası ərazisindən Ermənistana keçirilməsi ilə əlaqəli əsassız xəbərlərin dərc edilməsini və təkrarlanmasını qətiyyətlə rədd edir və Azərbaycan Respublikasındakı uzunmüddətli hədəfləri üçün zəmin yaratmaq məqsədilə İranın nüfuzuna xələl gətirməyə ehtiyacı olan bəzi üçüncü tərəflərin səylərindən təəssüflənir.

    Muxalifet4 - 29-09-2020

  12. ERMƏNİLƏRİN XÜSUSİ QANİÇƏN DƏSTƏSİ MƏHV EDİLDİ – FOTOFAKT

    Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hücuma keçdi. Azərbaycan Ordusu düşməna layiqli cavab verərək, əks-hücuma keçib. Füzulu və Cəbrayıl istiqamətində erməni ordusu darmadağın edilib və bır sıra yaşayış məntəqələrimiz azad edilib. Azərbaycan Ordusu əks hücumu davam etdirir.

    Muxalifet4 - 29-09-2020

  13. "Azərbaycan ərazilərinin erməni barbarlarından azad edilməsində iştirak etmək istəyirəm" - UKRAYNA VƏTƏNDAŞI

    Ukrayna vətəndaşı Qorovaya Natalya Vasilyevna Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
    Kropivnitskiy şəhərinin sakini olan N. Qorovaya məktubunda yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan. Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir.

    Muxalifet4 - 29-09-2020

  14. “S-300 raketləri işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək” - MÜDAFİƏ NAZİRLİYİ

    “Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal onunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək”.
    Bunu Müdafiə Nazirıliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

    Muxalifet4 - 29-09-2020

  15. ERMƏNİLƏR YAŞAYIŞ MƏNTƏQƏSİNİ ATƏŞƏ TUTDU - Daha bir mülki şəxs həlak oldu

    Ermənilərin atdığı top mərmisi Ağdamda daha 1 nəfərin ölümünə səbəb olub.

    APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilərin ağır artilleriyadan atdığı mərmi rayonun Qaradağlı kəndinə düşüb. Nəticədə 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu yaralanıb.

    Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet4 - 29-09-2020

  16. İran ərazisindən Ermənistana "Kamaz"ların hərəkətini təsdiqləyib

    İranın Şərqi Azərbaycan əyalətinin valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu bu ölkənin ərazisindən Ermənistana Rusiya silahlarının daşınmasına münasibət bildirib. 

    O, bütün foto və videolarda olan sübutlara baxmayaraq, həmin "Kamaz" markalı yük maşınlarının silah-sursat və hərbi texnika daşımadığını iddia etməyə çalışıb.

    Əli Rastqunun iddiasına görə, guya bu "Kamaz"ları Ermənistan Rusiyadan alıb və onlar İran ərazisində tranzit kimi istifadə edilməklə, bu ölkəyə çatdırılır.

    Muxalifet4 - 29-09-2020

  17. Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə düşüb - FOTO

    Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
    APA-nın yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarında ermənilər Goranboy rayonunun Yeni Kənd kəndini iriçaplı silahlardan atəşə tutub. Nəticədə kənd sakinləri Seymur Mustafayev və Ərəstun Əliyevə məxsus evlərə mərmi düşüb. Hər iki evə ciddi ziyan dəyib.

    Muxalifet2 - 29-09-2020

  18. Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 12-yə çatıb

    Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 12 nəfər şəxs isə həlak olub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Muxalifet2 - 29-09-2020

  19. Ermənistan və PKK Azərbaycanın mülki vətəndaşlarına birlikdə hücum edir

    Azərbaycanın mülki vətəndaşlarına Ermənistanla terrorçu PKK/YPG-PYD birlikdə hücum edir.

    “Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

    Bildirilib ki, iyulun sonunda Ermənistanla terrorçu PKK qruplaşması arasında əldə edilən razılaşmaya əsasən, 300 PKK-çı avtobuslarla Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə daşınıb. Terrorçular Qarabağda erməni silahlılarına təlim keçirlər. Həmin silahlılarla terrorçular mülki sakinlərə birgə hücum edirlər.

    Muxalifet2 - 29-09-2020

  20. “Döyüşlər artıq bütünlüklə Qarabağ torpaqlarının azadlığı uğrunda gedir” – KEÇMİŞ MÜDAFİƏ NAZİRİ

    Sentyabrın 27-də səhər saatlarında işğalçı erməni silahlı bölmələrinin yaşayış məntəqələrimizi və hərbi obyektlərimizi  qəflətən atəşə tutması nəticəsində Azərbaycan Ordusu güclü əks hücumla düşmənin onlarla canlı qüvvəsini və xeyli sayda hərbi texnikasını sıradan çıxarmış və ön xətti yararaq işğal altında olan ərazilərimizə daxil olmuşdur.

    Muxalifet2 - 29-09-2020

Pages