Axtarış

The search found 105712 results in 0.032 seconds.

Search results

  1. DƏHŞƏT: Ermənilərin top atəşi nəticəsində bir ailənin 5 üzvü həlak olub

    Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti növbəti dəfə açıqlama yayıb.

    Muxalifet.az xəbər verir ki, açıqlamada deyilir:

    "Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir.

    Muxalifet2 - 27-09-2020

  2. Pakistan Müdafiə Nazirliyindən Azərbaycana dəstək

    Pakistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini nümayiş etdirib.

    “Report” xəbər verir ki, Pakistan Müdafiə Nazirliyinin “Facebook” səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda apardığı əməliyyat videoları yayımlanıb, baş verən hadisələrlə bağlı 4 paylaşım edilib.

    Muxalifet2 - 27-09-2020

  3. "Ermənistan silahlı qüvvələrinin çox ciddi itkiləri var" - "Bu yüksəklik peşəkarlıqla azad olunub"

    Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı növbəti təcavüz aktına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ali Baş Komandanın rəhbərliyi ilə əks-həmlə və əks-hücum əməliyyatları həyata keçirilir. Bu əməliyyatların məqsədi Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin azad edilməsi və ölkəmizin müdafiəsinin təşkil olunmasıdır.

    Muxalifet2 - 27-09-2020

  4. FHN-ə məxsus qüvvələr də cəbhə bölgəsinə yeridildi

    Məlum olduğu kimi, sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

    Muxalifet2 - 27-09-2020

  5. AZƏRBAYCANDA HƏRBİ VƏZİYYƏT ELAN OLUNDU! - Prezident Fərmanı təsdiqlədi / DETALLAR, YENİLƏNİB

    “Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub". Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    Onun sözlərinə görə, Milli Məclisin qəbul etdiyi fərman Prezident İlham Əliyev tərəfindən təsdiq edilib. Fərmanda deyilir:

    Muxalifet2 - 27-09-2020

  6. Azərbaycanlı hakerlər 90-dək erməni saytını dağıdıblar - VİDEO

    Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi “Qarabağ Azərbaycandır və Nida işarəsi”, həmçinin “Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından” fikirləri yerləşdirilib.
    Erməni saytlarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoları da yerləşdirilib.

    Muxalifet2 - 27-09-2020

  7. Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edildi - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

    Qoşunlarımızın keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Ordumuzun zərbələri nəticəsində anbarda baş verən partlayışlar videoda aydın müşahidə olunur.

    Muxalifet2 - 27-09-2020

  8. Ermənilərin son təxribatı ilə bağlı 4 maddə üzrə cinayət işi başlandı

    Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir.
    Baş Prokurorluqdan verilən məlumata görə, hazırkı vaxtadək Azərbaycan Ordusunun bir neçə hərbiçisi şəhidlik zirvəsinə ucalıb, bir neçə hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Muxalifet2 - 27-09-2020

  9. "Hərbi vəziyyət ölkədə səfərbərliyin elan olunması anlamına gəlmir" - RƏSMİ

    “Məlum olduğu kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Xüsusi vurğulamaq istəyirəm ki, hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir”.
    Bunu bu gün keçirilən brifinqdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının şöbə rəisi, polkovnik Əjdər Babazadə bildirib.

    Muxalifet2 - 27-09-2020

  10. “Razısınızmı Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət olsun?” - PAŞİNYAN PARLAMENTDƏN SORUŞDU

    Ermənistan baş naziri parlament qarşısında çıxışı zamanı Qarabağda yaranmış vəziyyətdən qaçmağın yeganə yolunu göstərib. Nikol Paşinyan bildirib ki, bu vəziyyətin yaranmaması üçün nəsə etmək, konkret olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək muxtariyyət statusuna razılaşmaq lazım idi.

    Muxalifet2 - 27-09-2020

  11. Qarabağda Ermənistanın S-300 kompleksləri məhv edildi

    Azərbaycan ordusunun kamikadze-dronu Qarabağda Ermənistan ordusunun S-300 zenit-raket kompleksini məhv edib.

    Virtualaz.org hərbi qaynaqlara istinadən xəbər verir ki, beləliklə işğal edilmiş ərazilərimiz üzərində hava məkanı Azərbaycan Hərbi Hava Qüvvələri üçün açıqdır.

    Bundan əvvəl bəlli idi ki, Ermənistan ordusu S-300 komplekslərinin bir diviziyonunu Qubadlı ərazisində, bilavasitə sərhədə yaxın yerləşdirmişdi.

    Muxalifet2 - 27-09-2020

  12. Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib - VİDEO

    Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.
     
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
     
    Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.
     

    Muxalifet2 - 28-09-2020

  13. Düşmənin 3 silah-sursat anbarı, onlarla texnikası məhv edilib, 550-dən artıq canlı qüvvə itkisi var - RƏSMİ

    “Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür”.
     

    Muxalifet2 - 28-09-2020

  14. Azərbaycanda hərbi vəziyyət qüvvəyə mindi - BU ANDAN ETİBARƏN

    Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, bu gün saat 00:00-dan ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib.

    Muxalifet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

    Muxalifet2 - 28-09-2020

  15. Düşmənin daha 2 tankı məhv edilib - FOTO

    Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilir. 

    Muxalifet2 - 28-09-2020

  16. Erməni silahlıları dinc əhalini atəşə tutmaqda davam edir - FOTO

    Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində dinc sakinləri, yaşayış evlərini hədəf almaqda davam edir.

    APA-nın Qarabağ bürosunun məlumatına görə, düşmənin atdığı mərmilərdən biri Ağdam rayonunun Evoğlu kənd sakini Coşqun Paşayevin yaşadığı evə düşüb. Nəticədə C.Paşayev həyatını itirib.

    Məcburi köçkünlərin məskunlaşdığı Baharlı qəsəbəsində İlhamə Bağırovanın evi də top atəşinə məruz qalıb.

    Muxalifet2 - 28-09-2020

  17. XİN: Ermənistan mülki insanlara qarşı terror vasitələrindən istifadə edir

    "Sentyabrın 28-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır".

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Ermənistan tərəfindən Azərbaycanın Tərtər şəhərinin atəşə tutulması ilə bağlı açıqlamasında bildirilib. 

    Muxalifet2 - 28-09-2020

  18. DAHA BİR NEÇƏ YÜKSƏKLİK İŞĞALDAN AZAD OLUNDU - FOTO, VİDEO

    Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet2 - 28-09-2020

  19. DÜŞMƏNİN 22 TANKI, 18 PUA-sı, 15 ZENİT-RAKET KOMPLEKSİ MƏHV EDİLİB! - 550 nəfərdən artıq itkisi var / YENİLƏNİB

    Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.

    Muxalifet2 - 28-09-2020

  20. Qismən səfərbərliyə kimlər cəlb olunacaq? - RƏSMİ AÇIQLAMA

    “Bu gün Ali Baş Komandanın müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib”.

    Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev deyib.

    Muxalifet2 - 28-09-2020

Pages