Axtarış

The search found 105712 results in 0.03 seconds.

Search results

  1. “Bu, erməni faşizminin növbəti təzahürüdür” - İLHAM ƏLİYEV

    Ermənistan silahlı qüvvələri bu gün cəbhə bölgəsində genişmiqyaslı hərbi təxribatlar törədib.

    Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bununla bağlı xalqa müraciət edib.

    Müraciətdə deyilir: “Bu gün səhər bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istiadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var.

    Muxalifet2 - 27-09-2020

  2. "Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur" - PREZİDENT

    Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri yoxdur.

    Bu fikri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində səsləndirib.

    Muxalifet2 - 27-09-2020

  3. “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir” - ÖMƏR ÇELİK

    “Ermənistan bu hücumları ilə insanlığa qarşı cinayətlər törədir. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini qaldırmalıdır”.
    Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik “Twitter” səhifəsində bu gün səhər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmasına münasibət bildirərkən belə deyib.

    Muxalifet2 - 27-09-2020

  4. "Ermənistanın bu hücumunu qətiyyətlə pisləyirik" - Türkiyə XİN

    “Ermənistan Silahlı Qüvvələrinin bu gün səhər atəşkəsi pozaraq Azərbaycan Ordusuna, eləcə də Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi kəndlərinə qarşı ağır silahlardan atəş açdığını, cəbhə xəttində atəşkəsi pozduğunu öyrəndik. Beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan bu hücumu qətiyyətlə pisləyirik”.
    Bunu APA-nın yerli bürosuna açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy bildirib.

    Muxalifet2 - 27-09-2020

  5. Rusiya XİN Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb

    Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.
    APA-nın Moskva müxbirinin Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilib: “Məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zonasında  vəziyyət qəflətən gərginləşib. Təmas xətti boyunca hər iki tərəfdən intensiv atəş aparılır. İtkilər barədə məlumatlar daxil olur. Tərəfləri atəşi dərhal dayandırmağa, vəziyyətin sabitləşməsi məqsədi ilə danışıqlara başlamağa çağırırıq”, - deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.

    Muxalifet2 - 27-09-2020

  6. "Sülh və təhlükəsizliyə dəstəyimiz lazım olarsa, buna hazırıq” - GÜRCÜSTANDAN AÇIQLAMA

    “Gürcüstan hər zaman sülh və sabitliyin tərəfdarı olub”.

    Bu barədə Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyəti şərh edərkən bildirib.

    Muxalifet2 - 27-09-2020

  7. "Azərbaycan Ordusu bu dəfə də erməni təxribatına qətiyyətlə cavab verəcək" - Tengiz Txilava

    Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu Azərbaycana qarşı hücuma keçməsi və yeni təxribatlar törətməsi qonşu gürcü xalqını da ciddi narahat edir. Biz Ermənistanın bu cür təxribatlarını qətiyyətlə pisləyirik və müharibənin tezliklə başa çatmasını arzulayırıq.
     
    Muxalifet.az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında gürcü politoloq Tengiz Txilava söyləyib.
     

    Muxalifet2 - 27-09-2020

  8. Baş Prokurorluq cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı - YARALILARIN SAYI VƏ ADLARI AÇIQLANDI / YENİLƏNİB

    Azərbaycan Baş Prokurorluğu Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar nəticəsində yaralanan mülki əhalinin sayını və adlarını açıqlayıb.

    Qurumun Mətbuat Xidmətindən daxil olan məlumata görə, 6 mülki şəxs yaralanılıb.

    Muxalifet2 - 27-09-2020

  9. "Azərbaycan necə istərsə, o şəkildə yanında olacağıq" - TÜRKİYƏDƏN NÖVBƏTİ AÇIQLAMA

    “Beynəlxalq hüququn açıq şəkildə pozuntusu olan və mülki itkilərə də yol açan erməni hücumlarını şiddətlə pisləyirik. Bu hücumlarla Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük əngəl olduğunu bir daha göstərdi”.

    Bunu Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb.

    Muxalifet2 - 27-09-2020

  10. "Azərbaycanla hədə-qorxu dili ilə danışanlar bundan peşman olacaqdır" - PREZİDENT

    İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar olsun ki, bu, onlar üçün dərs olmadı.

    Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar barədə danışarkən söyləyib.

    Muxalifet2 - 27-09-2020

  11. Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var - Anar Eyvazov

    Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var. Eyni zamanda, düşmənin döyüş texnikası və zenit-artilleriya kompleksləri məhv edilib.

    Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov mətbuata açıqlamasında deyib.

    A.Eyvazov bildirib ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir. Qələbə bizimlədir.

    Muxalifet2 - 27-09-2020

  12. Gürcüstan prezidenti Azərbaycan və Ermənistanı barışığa çağırıb

    “Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların bəpasından çox narahatam”.

    Bunu Gürcüstan prezidenti Salome Zurabişvili rəsmi “Twitter” hesabında yazıb.

    “Biz tərəfləri barışığa çağırırıq. Bölgəmizdə sabitlik və sülh bizim ortaq işimiz olmalıdır”, - dövlət başçısı qeyd edib./report

    Muxalifet2 - 27-09-2020

  13. Ermənistan səfərbərlik elan etdi - ÖLKƏDƏ HƏRBİ VƏZİYYƏT...

    Ermənistan hökuməti ölkə üzrə hərbi vəziyyət rejimi və ümumi səfərbərlik elan edib.

    “Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

    Sentyabrın 27-də Ermənistan hökumətinin iclası keçirilib. İclasda yaranmış vəziyyət müzakirə olunub. Paşinyan ölkə üzrə hərbi vəziyyət rejiminin tətbiqi və ümumi hərbi səfərbərlik elan olunduğunu vurğulayıb.

    Muxalifet2 - 27-09-2020

  14. Türkiyə parlamentinin sədri: “Ermənistan terror dövlətidir”

    “Ermənistan sadəcə Azərbaycana qarşı bir təhdid deyil, bütün bölgə sülhü baxımından düzəlməyəcək terror dövlətidir və ortaya çıxan fəsadlara görə məsuliyyət daşıyır”.

    “Anadolu” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop söyləyib.

    “Türkiyə bütün gücü ilə Azərbaycanın yanında durmağa davam edəcək”, - o əlavə edib.

    Muxalifet2 - 27-09-2020

  15. Ermənilər Türk jurnalistləri minatanlardan atəşə tutdu - MƏRMİ 100 METR ARALI DÜŞDÜ VƏ...

    Erməni hərbi bölmələri “TRT Haber” və “Anadolu” agentliyinin əməkdaşlarının olduğu nöqtəyə minaatandan 3 atəş açıblar.

    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı TRT yayıb.

    Məlumata görə, mərmilər jurnalistlərdən 100 metr məsafəyə düşüb. Hadisə nəticəsində yaralıların olmadığı bildirilib.

    Muxalifet2 - 27-09-2020

  16. "Bu cinayətə görə Ermənistan cavab verəcək" - İLHAM ƏLİYEV

    Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etdi ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi.

    Muxalifet2 - 27-09-2020

  17. "YETƏR 30 İLDİR GÖZLƏDİK, ARTIQ EVLƏRİMİZƏ QAYITMAQ İSTƏYİRİK" - Qarabağın azərbaycanlı icması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı

    Azərbaycan Respublikasının Dağlı Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın cəbhə xətti boyu etdiyi sonuncu hücumlarla bağlı bəyanat yayıb.

    Bəyanatda deyilir: "Bu gün, 27 sentyabr 2020-ci il tarixində, səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri bütün cəbhə xətti boyu ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə hücum etmişdir.

    Muxalifet2 - 27-09-2020

  18. "Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik" - UKRAYNANIN I VİTSE-SPİKERİ

    “Beynəlxalq hüququn bütün tələbləri istənilən dövlətin ərazi bütövlüyünün toxunulmazlığını, o cümlədən dövlətin ərazi bütövlüyünün bərpası üçün istənilən imkanlardan yararlanmağı şərtləndirir. Biz Azərbaycanın ərazi bütövlüyünü, onun bərpasını ilk gündən dəstəkləyirik”.

    Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) sədrinin I müavini Ruslan Stefançuk deyib.

    Muxalifet2 - 27-09-2020

  19. Erməni tərəfi 10 hərbçisinin öldüyünü AÇIQLADI

    Erməni tərəfi itkilərini açıqlamağa başlayıb.
    APA-nın “aysor.am” saytına istinadən verdiyi məlumata görə, separatçı Dağlıq Qarabağ rejiminin “Təhlükəsizlik Şurasının katibi” Samvel Babayan döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 10 hərbçisinin öldüyünü bildirib.
    O qeyd edib ki, itkilər barədə yekun məlumat günün sonunda açıqlanacaq.

    Muxalifet2 - 27-09-2020

  20. “Ermənistanın alçaq hücumunu pisləyirik” - HULUSİ AKAR

    “Alçaq hücumu pisləyirik. Ərazi bütövlüyünü müdafiə mübarizəsində sonunadək Azərbaycan türkü qardaşlarımızın yanında olacağıq”.

    “Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

    “Qafqazda sülh və sabitliyin ən böyük əngəli Ermənistanın təcavüzkar mövqeyidir”, - o bildirib.

    Muxalifet2 - 27-09-2020

Pages