Axtarış

The search found 105712 results in 0.06 seconds.

Search results

  1. Hərbi vəzifəli şəxslər niyə orduya çağırıldı? - AÇIQLAMA

    Ehtiyatda olan hərbi vəzifəli şəxslərin planlı şəkildə hərbi təlimə çağırılmaları müharibə hazırlığı deyil. Təlimlər ilk dəfə deyil keçirilir. Digər tərəfdən, bu təlimlər "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən reallaşdırılır.

    Muxalifet.az xəbər verir ki, bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər bir çox ehtiyatda olan hərbi vəzifəli şəxsin planlı şəkildə hərbi təlimə çağırılması haqda danışarkən deyib.

    Ş.Ramaldanov bildirib ki, təlimlər müəyyən proqram əsasında həyata keçirilir:

    Muxalifet2 - 23-09-2020

  2. "AMEA-da süngüylə qarşılanan açıqlamam həqiqi alimlərə yox, konkret fərdə qarşı yönəlib" - ADİL ƏLİYEV

    “Açığı, mən indiki ağır şəraitdə AMEA-nın barəmdə yaydığı bəyanata geniş cavab vermək istəmirəm. Sərhədlərimizdə vəziyyətin getdikcə gərginləşdiyi, ermənilərin müharibəyə hazırlaşdığı bir zamanda bizim daxili didişmələrə getməyimiz doğru olmaz. Bununla belə, haqqımda irəli sürülən ittihamlara səssiz qalmaq da mümkün deyil”.

    Muxalifet.az xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev Ovqat.com-a açıqlamasında belə deyib.

    Muxalifet2 - 23-09-2020

  3. Gürcüstanda koronavirus üzrə növbəti antirekord

    Gürcüstanda son 24 saat ərzində daha 227 nəfər koronavirusa yoluxub və 2 nəfər ölüb.

    Muxalifet.az bildirir ki, məlumatı Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytı yayıb.

    Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 4140-a, ölənlərin sayı isə 24 nəfərə çatıb.

    İndiyədək 1643 pasiyent sağalıb, hazırda karantində 5390, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

    Muxalifet2 - 23-09-2020

  4. Navalnı xəstəxanadan evə buraxıldı

    Zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.

    Məlumatı “RİA Novosti” yayıb.

    Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib.

    O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

    Muxalifet2 - 23-09-2020

  5. Tbilisinin azərbaycanlılar yaşayan qəsəbəsində 11 nəfər saxlanıldı - NARKOTİK ALVERİNƏ GÖRƏ

    Tbilisinin əsasən azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində 11 nəfər narkotik alverçisi saxlanılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

    İstintaqla saxlanılan şəxslərin mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib. Onların yaşadıqları evlərdə aparılan axtarış zamanı heroin tərkibli narkotik vasitələr, pul və mobil telefonlar müsadirə edilib.

    Muxalifet2 - 23-09-2020

  6. Sabaha olan hava proqnozu

    Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.

    Muxalifet2 - 23-09-2020

  7. Minskdə etiraz aksiyasına qoşulan azərbaycanlı Rusiyaya deportasiya olunub

    Belarusun paytaxtı Minskdə etiraz aksiyalarında iştirak etmiş daha bir azərbaycanlı saxlanılıb.

    "Report"un məlumatına görə, saxlanılan şəxs əslən Azərbaycanın Beyləqan rayonundan olan, Rusiya vətəndaşı Aslanov Polad Rüstəm oğludur. 

    Aksiya iştirakçısı Rusiyaya deportasiya edilib.

    Məhkəmənin deport ilə bağlı çıxardığı qərara səbəb olaraq xuliqanlıq, ictimai asayişi pozmaq və milisə müqavimət göstərilib.

    Qeyd edək ki, daha əvvəl aksiyada iştirak edən bir azərbaycanlının Ukraynaya deportasiya olunması, daha bir nəfərin isə itkin düşməsi barədə xəbər yayılıb.

    Muxalifet2 - 23-09-2020

  8. XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı

    Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin həbs edilən sabiq rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

    Bu barədə "Elektron məhkəmə" portalında məlumat verilib.

    Məlumata görə, sentyabrın 22-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılsa da, təxirə salınıb. Daha sonra vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

    F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.

    Muxalifet2 - 23-09-2020

  9. Aleksandr Lukaşenko Prezident kimi and içdi və... - FƏALİYYƏTƏ BAŞLADI

    Belarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.

    Məlumatı “Belta”  agentliyi yayıb.

    Hazırda Müstəqillik Sarayında Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilir.

    Mərasimə bir neçə yüz insan dəvət olunub. Onların arasında yüksək vəzifəli məmurlar, parlament üzvləri, dövlət orqanlarının təmsilçiləri, ictimai təşkilatların, KİV-lərin rəhbərləri, idman, mədəniyyət və elm adamları var.

    Muxalifet2 - 23-09-2020

  10. Azərbaycan dəniz nəqliyyatı üzrə öhdəliklərin uğurla icrasında lider oldu

    Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən 174 üzv dövlətdə həyata keçirilən audit yoxlamalarının nəticələrini təhlil edilərək, Azərbaycan hökumətinə rəsmi məktub ünvanlanıb. Beynəlxalq Dəniz Təşkilatını rəsmi saytında öz əksini tapan təhlilin nəticələrinə görə, Avropanın ən qabaqcıl dəniz dövlətlərini belə geridə qoyan Azərbaycan dəniz nəqliyyatı sahəsində götürülən öhdəliklərin uğurla icrasını təmin edən 1-ci dövlət olub.
     
    Bu barədə Dövlət Dəniz Agentliyindən bildirilib.
     

    Muxalifet2 - 23-09-2020

  11. “RUSİYA 5 RAYONUN QAYTARILMASININ TƏRƏFDARIDIR” – Sergey Lavrov

    “Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

    “Report” xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib.

    Muxalifet2 - 23-09-2020

  12. "Paşinyanın Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur" - Dövlət Dumasının sədri

    “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

    Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti ilə görüşündə deyib.

    O bildirib ki, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prossesinə kömək etmir.

    Muxalifet2 - 23-09-2020

  13. "Məncə, hazırda müharibə ehtimalı düşünülməməlidi" - TOĞRUL İSMAYIL

    Şərqi Aralıq dənizində yaşanan Türkiyə-Yunanıstan gərginliyi, tərəflərin dialoqa nə dərəcədə hazır olması, eləcə də dialoqun baş tutmayacağı təqdirdə yaranacaq yeni vəziyyətlə bağlı “AzPolitika.info”-nun suallarına İstanbulda yaşayan azərbaycanlı professor Toğrul İsmayıl cavab verib.

    Onunla müsahibəni təqdim edirik:

    Muxalifet2 - 23-09-2020

  14. ŞİRKƏT RƏHBƏRİ HƏBS EDİLDİ - 2,5 milyonluq dələduzluğa görə

    Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icrası zamanı yol verilən qanunsuz hallara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

    Muxalifet2 - 23-09-2020

  15. Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 39 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1 822 olub.

    Muxalifet2 - 23-09-2020

  16. "Azərbaycan işğal faktını aradan qaldırmaq üçün hərəkət etməlidir" - TOFİQ ZÜLFÜQAROV

    Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüşdə Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların dayandırılmasında Ermənistanı ittiham edib.

    Muxalifet2 - 23-09-2020

  17. Tarix İnstitutunun alimindən Arsak toponimi ilə bağlı real faktları AÇIQLADI

    Muxalifet2 - 23-09-2020

  18. Suriyadan erməni batalyonu da Qarabağa göndərildi - YPG TƏLİM KEÇMİŞDİ...

    Suriyanın şimalında 2 il əvvəl yaradılan və YPG/PYD tərəfindən təlim keçilən erməni batalyonu da Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib.

    Bu haqda Türkiyə mətbuatı yazır.

    Muxalifet2 - 24-09-2020

  19. 28 yaşlı qız əməliyyatdan sonra öldü - PROKURORLUQ CİNAYƏT İŞİ AÇDI

    Sentyabrın 23-ü saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bərdə Rayon Prokurorluğundan bildiriblər ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Muxalifet2 - 24-09-2020

  20. PUTİN ERMƏNİSTANLA MÜTTƏFİQLİKDƏN DANIŞDI... - Bakı üzünü şimaldan çevirir

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün qabaq - sentyabrın 22-də azərbaycanlı həmkarı İlham Əliyevə telefon açıb. Xəbər verildiyi kimi, Ərdoğan Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində hərbçimizin şəhid olması ilə əlaqədar öz həmkarına və Azərbaycan xalqına başsağlığı verib.

    Muxalifet2 - 24-09-2020

Pages