Axtarış

The search found 105712 results in 0.031 seconds.

Search results

  1. Direktor rüşvətə görə həbs edildi - 400 MİN MANAT...

    Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet2 - 25-09-2020

  2. AMERİKALI JURNALİSTİN ƏLİYLƏ ERMƏNİ DİVERSİYASI - “Həmzə” briqadasını Azərbaycana “göndərən” Lindsi Snell kimdir...

    Bu günlərdə Suriyanın şimalından Türkiyənin dəstəklədiyi “Həmzə” briqadasının minə yaxın döyüşçüsünün Azərbaycana yola salınmaq üçün “hazır vəziyyətdə olduğu” barədə dezinformasiyanı sosial şəbəkələrdə dövriyyəyə buraxan amerikalı araşdırmaçı juralist Lindsi Snelldir (Lindsey Snell).

    Muxalifet2 - 25-09-2020

  3. HİDDƏTLƏNDİ, GENERALA ZƏNG VURMAQ İSTƏDİ - “Ermənilər hər gün qayıqlarla Arpaçaydan balıq tutur, biz niyə tuta bilmirik?...”

    Türkiyənin Ermənistanla sərhəd Qars vilayətinin Arpa çayı sahilində yerləşən 6 kəndinin sakinləri çaydan ticari məqsədlə balıq tutmaq qadağasına etiraz edir. Onlar deyirlər ki, bu qadağa nəyə görəsə Ermənistanda tətbiq edilmir, amma Türkiyə tərəfi öz sakinlərinə belə qadağa qoyub.

    Muxalifet2 - 25-09-2020

  4. Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 39 787 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1 812 olub.

    Muxalifet2 - 25-09-2020

  5. RUSİYA VƏ RUS DİLİ “MƏDƏNİYYƏT ÖLÇÜSÜ” DEYİL! - “İmperiya sədaqətindən” irəli gələn gerilik nişanəsidir!

    “Türkiyə müttəfiqliyi ilə Rusiyanın həm özünə, həm də ətrafına yalnız zərər verən kor siyasətinə qarşı isə dirəniş göstərmək – yeganə çıxış yoludur”

    İmperiya qalıqları

    Dünyanın imperiya tarixi XX əsrlə bitir. Qalanlar onun ridumentləridir, sona çatmışların aqoniyasıdır və başlanan yeni qlobal tarixdə hər bir seçkin millətin Dövlət olmaq mənası var.

    Muxalifet2 - 25-09-2020

  6. Açıq havada toy və yas mərasimlərinə icazə veriləcək? - RƏSMİ AÇIQLAMA

    "Əksər şadlıq saraylarının restoran kimi fəaliyyəti var. Həmin ictimai iaşə obyektlərinin toylar formasında yox, vətəndaşlara restoran vasitəsi ilə xidməti var". Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

    Muxalifet2 - 25-09-2020

  7. Nazir Siyavuş Novruzovun qardaşını vəzifədən azad etdi və...

    Millət vəkili Siyavuş Novruzovun qardaşının vəzifəsi kiçildilib. 

    Unikal.org-un məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə, Novruzov Məhərrəm Dünyamalı oğlu Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsindən azad olunub.

    Nazirin digər əmri ilə, M.Novruzov ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsinin 1 saylı nümayəndəliyinin müdir müavini təyin olunub.

    Muxalifet2 - 25-09-2020

  8. "Ermənistanın təxribatları beynəlxalq hüquqa ziddir" - Pakistan səfiri

    "Ermənistanın Azərbaycana qarşı təxribatçı əməlləri, atəşkəsin mütəmadi pozulması beynəlxalq hüquqla bir araya sığmır". Bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayee jurnalistlərlə görüşü zamanı bildirib.

    Muxalifet2 - 25-09-2020

  9. Erməniləri Qarsda qəbul edən bələdiyyə başçısı həbs edildi - TERRORDA İTTİHAM OLUNUR...

    Türkiyə Terrorla Mübarizə Polis Şöbəsinin əməkdaşları Qars bələdiyyəsinin başçısı Ayhan Bilgeni həbs ediblər. Rəsmi şəxs - Kürdpərəst Xalq Demokratik Partiyasının üzvü - terrora çağırışda və terrorçuları dəstəkləməkdə günahlandırılır.

    Xatırladaq ki, Xalq Demokratik Partiyası uzun illərdir Türk dövlətinə qarşı silahlı mübarizə aparan PKK terror təşkilatının siyasi qanadı sayılır.

    "Anadolu"nun verdiyi məlumata görə, Ayhan Bilgen bu gün səhər həbs olunub. Polis əməkdaşları onun evində axtarışları davam etdirir.

    Muxalifet2 - 25-09-2020

  10. Tixanovskaya özünü Belorusun yeganə lideri elan edib - “Lukaşenkonun inauqurasiyası məzhəkədir”

    Prezident Aleksandr Lukaşenkonun inauqurasiyası məzhəkədir. Bu barədə sentyabrın 23-də Belorus prezidentliyinə eks-namizəd Svetlana Tixanovskaya bəyan edib.

    “Mən, Svetlana Tixanvskaya Belorus xalqı tərəfindən seçilmiş yeganə liderəm…İnauqurasya adlandırılan tədbir isə əlbəttə, məzhəkədir. Əslində, bu gün Lukaşenko sadəcə, təqaüdə gedib” - deyə, Tixnovskaya bəyanatında bildirib.

    Muxalifet2 - 26-09-2020

  11. Azərbaycan Rusiya bazarından kənarlaşdırılır - NƏZARƏTİ BU ÖLKƏ ƏLƏ ALIB VƏ...

    "Naməlum ölkə" gözlənilmədən Rusiyaya alma tədarükü sahəsində liderliyi ələ alıb və ənənəvi tədarükçüləri, o cümlədən Azərbaycanı da sürətlə kənarlaşdırıb.

    Bu barə Rusiya KİV-ləri yazıb.

     "Naməlum ölkə" Azərbaycanı Rusiya bazarından çıxarır

    Muxalifet2 - 26-09-2020

  12. Göygöldə evə basqın edilib - EV SAHİBİ VƏ XANIMI BIÇAQLANIB

    Göygöl rayonunda evə girən oğru və ya oğrular qadın və kişini bıçaqlayıb.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, Qızılqaya qəsəbəsindəki fərdi evlərin birində yaşayan 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı bir neçə bıçaq xəsarəti alıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq xəsarəti alan F.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

    Yaralıların sözlərinə görə, onların yaşadığı evə oğrular girib və həmin şəxslər tərəfindən bıçaqlanıblar.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 26-09-2020

  13. AZƏRBAYCAN HÜCUM DİPLOMATİYASINI GENİŞLƏNDİRİR... – Bakıdan dünyaya hansı mesajlar verildi?

    Ermənistanın növbəti təxribatlarının qarşsının alınması prosesinin gedişi həm də Azərbaycanın hücum diplomatiyasını genişləndirməsi ilə müşayət olunur. Düşəmənin cəbhə xətti boyunca fəallığına qarşı tədbirlər görən Azərbaycan rəhbərliyi onun niyyətləri ilə bağlı beynlxalq ictimaiyyəti ətraflı məlumatlandırır.

    Bu məqsədlə Xarici işlər naziri, Milli Məclis sədri və ölkə prezidenti bütün tribunalardan maksimum istifadə etməyə çalışırlar.

    Muxalifet2 - 26-09-2020

  14. Hacı İbrahimin baş mühasibi hakim qarşısına çıxarılır

    Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Vaqif Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    “Report” xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin icraatında araşdırılacaq.

    Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin sahibi olduğu "Avesta" konsernində baş mühasib işlədiyi bildirilən V.Bağırov “İnterpol” xətti ilə beynəlxalq axtarışa verildikdən sonra həbs edilib.

    Muxalifet2 - 26-09-2020

  15. Azərbaycana dost ölkə yasda - 25 kursantın yandığı qəzanın təfərrüatı / VİDEO

    Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb. Musavat. com xəbər verir ki, hadisə Ukrayna vaxtilə 20:45-də Çuquyev şəhəri yaxınlığında baş verib. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 28 nəfər olub, onların arasında 7 zabit, 21 kursant olub. Onlardan 25 nəfər ölüb. 2 nəfər qəza yerindən sağ çıxarılıb, onlardan birinin vəziyyəti ağırdır. Daha 2 nəfərin isə özünü təyyarədən atmağa macal tapdığı və meşəyə düşdüyü ehtimal edilir. Ukraynanın seqodnya.ru saytı yazır ki, versiyalar sırasında terror aktı da var.

    Muxalifet2 - 26-09-2020

  16. "PAYTAXTI TƏRK ETMƏYİN..." - ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri məlumat yayıb

    Sentyabrın 25-də ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda yaşayan Amerika vətəndaşlarına Abşeron yarımadasından çıxmamağa çağırıb. Bununla bağlı səfirliyin rəsmi internet səhifəsində məlumat yayılıb.

    Buna səbəb kimi isə son günlər Azərbaycan-Ermənistan sərhədində artan müharibə təhlükəsi göstərilib. Azərbaycandakı ABŞ vətəndaşlarına yeni xəbərləri izləməyə davam etmələri tövsiyə olunub. 

    ABŞ səfirliyi öz vətəndaşlarını kütləvi yerlərdə diqqətli olmağa və baş verə biləcək hər hansı bir nümayişdən çəkinməyə çağırıb.

    Muxalifet2 - 26-09-2020

  17. DTX tərəfindən həbs olunan keçmiş məmurlar azadlıq istəyir - MƏHKƏMƏYƏ MÜRACİƏT

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barələrində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət ediblər.
    APA xəbər verir ki, hər ikisinin şikayəti bu gün Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

    Muxalifet2 - 26-09-2020

  18. “Ramiz Mehdiyev və Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdular” - POLİTOLOQ

    "Azərbaycanda FETÖ-çulara şərait yaradanlar içərisində Ramiz Mehdiyev və Əli Həsənov da olub”.

    Bu sözləri Prezidentin keçmiş köməkçisi Əli Həsənovun FETÖ ilə əlaqələri, mediada Fətullah Gülənin ona və Ramiz Mehdiyevə qalstuk hədiyyə etməsi barədə fotoların yayılması məsələsinə münasibət bildirərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

    Muxalifet2 - 26-09-2020

  19. Ermənistan ordusu bütün cəbhəboyu genişmiqyaslı hücuma keçib - MÜLKİ ƏHALİ VƏ HƏRBÇİLƏR ARASINDA TƏLƏFAT VAR

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun bütün cəbhə boyu genişmiqyaslı təcavüzə başlaması və azərbaycanlı mülki əhali, o cümlədən hərbçilər arasında tələfatın olması barədə təcili məlumat yayıb.

    Məlumatda deyilir:

     Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

    Muxalifet2 - 27-09-2020

  20. Azərbaycan Ordusu bütün cəbhə boyu əks hücuma keçdi - RƏSMİ AÇIQLAMA / Yenilənib

    Azərbaycan Müdafiə Nazirliyi ordumuzun Qarabağda bütün cəbhə boyu əks hücuma keçdiyi haqda təcili xəbər yayıb.

    Xəbərdə deyilir:

    Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

    Muxalifet2 - 27-09-2020

Pages