Axtarış
The search found 105712 results in 0.03 seconds.
Search results
"Ermənilərin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması..." - PREZİDENTİN KÖMƏKÇİSİNDƏN AÇIQLAMA
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
Muxalifet2 - 27-09-2020
Ermənistanın xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası məhv edilib - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Muxalifet2 - 27-09-2020
Ermənilərin Ağdam istiqamətində mərmi atəşi nəticəsində mülki şəxs yaralanıb - FOTO
Erməni silahlı bölmələrinin Ağdam rayonu istiqamətində açdığı atəş nəticəsində mülki şəxs yaralanıb.
APA-nın yerli bürosu xəbər verir ki, mərmi atəşi nəticəsində rayonun Qaradağlı kənd sakini, 59 yaşlı Bəykişi Zeynalov qəlpə yaraları alıb.
O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Muxalifet2 - 27-09-2020
AZƏRBAYCANDA RUSDİLLİ TƏHSİL EYFORİYASI - Keyfiyyəti aşağı, təhlükəsi böyük! / ARAŞDIRMA
Azərbaycan təhsilli ailələrin övladları hesabına fəaliyyət göstərən əlavə rus məktəblərinə qadağa qoyulmalıdır
Məşhur amerikan siyasətşünaslarından biri qeyd edirdi ki, Amerika universitetləri ona görə güclü deyil ki, Amerika dövləti güclüdür, Amerika dövləti ona görə güclüdür ki, Amerika universitetləri güclüdür.
Muxalifet2 - 27-09-2020
Azəbaycanda internetin verilməsi məhdudlaşdırılır - ERMƏNİ TƏXRİBATININ QARŞISININ ALINMASI ÜÇÜN... /Rəsmi
Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirlik ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək.
Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik.Muxalifet2 - 27-09-2020
Ermənilərin yaraladığı mülki vətəndaşlarımız - FOTOLAR
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Muxalifet2 - 27-09-2020
“Türkiyə bu hücumlar qarşısında Azərbaycanın yanındadır” - ƏRDOĞANIN KÖMƏKÇİSİ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Ermənistan-Azərbaycan cəbhəsində yaşananlarla bağlı özünün Tvitter səhifəsindən təcili bəyanatla çıxış edib.
Muxalifet2 - 27-09-2020
Cəbhədəki vəziyyətlə bağlı SON AÇIQLAMA - Rəsmi
"Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub".
Bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Muxalifet2 - 27-09-2020
Ermənilərin atəşə tutduğu Tərtərdən FOTOLAR
Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri bu gün saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub.
"Qafqazinfo"nun məlumatına görə, nəticədə Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Tərtər rayonundan görüntüləri təqdim edirik:
Muxalifet2 - 27-09-2020
Toplarımızın səsi Xankəndində eşidilir - DÜŞMƏN TƏŞVİŞDƏ
Sosial şəbəkələrin Ermənistan seqmentində yayılan məlumatlara görə, Azərbaycan Ordusunun düşmənin hərbi hədəflərinə hesablanmış dəqiq artilleriya zərbələri Xankəndində də eşidilir.
Muxalifet2 - 27-09-2020
Ermənistanın müdafiə naziri ölkədən qaçdı - SON DƏQİQƏ
Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi cəbhəboyu təxribatdan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan Ordusunun cəbhə zonasında adekvat cavab zərbələri ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar olunaraq məhv edilib.
Bundan sonra Ermənistan Müdafiə naziri David Tonoyan ölkədən qaçıb./ Oxu.Az
Muxalifet2 - 27-09-2020
"Azərbaycan Ordusunun, qurucusu olduğumuz dövlətimizin yanındayıq" - MÜSAVAT PARTİYASI
“Ərazilərimizi işğaldan azad etmək əzmində olan Azərbaycan Ordusunun, qurucusu olduğumuz dövlətimizin yanındayıq. Bu Vətən Bizimdir! “. Bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.
Muxalifet2 - 27-09-2020
"Rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməyin" - MÜDAFİƏ NAZİRLİYİ
“Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək”.
Bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq:
Muxalifet2 - 27-09-2020
Ermənistan sosial medianı blokladı - ÖLKƏDƏ XAOS YAŞANIR
Sosial şəbəkələrin Ermənistan seqmentində yayılan məlumatlara görə işğalçı ölkə rəhbərliyi "feysbuk", "tvitter", "ok.ru", "instaqram", "teleqram" kimi sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib.
Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu barədə xaricdə yaşayan erməni sosial şəbəkə istifadəçiləri məlumat verib.
Muxalifet2 - 27-09-2020
Tərtərdə vurulan döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib
Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.
Bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Muxalifet2 - 27-09-2020
Müdafiə Nazirliyi: Tank və helikopterlərimizin vurulması yalandır
Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.
Muxalifet2 - 27-09-2020
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ AÇIQLAMA
Məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Muxalifet2 - 27-09-2020
Gürcüstanda koronavirusa daha 294 yoluxma halı qeydə alınıb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 294 yoluxma halı qeydə alınıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 5254 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5584 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1906 nəfərin sağaldığı, 28 nəfərin isə vəfat etdiyi bildirilir./apaMuxalifet2 - 27-09-2020
"TÜRKİYƏ AZƏRBAYCANIN YANINDADIR" - Qardaş ölkədən dəstək / FOTO
Ermənistanın Azərbaycana hücumlarını kəskin şəkildə qınayırıq. Ermənistan mülki yaşayış yerlərinə hücumlar edərək atəşkəsi pozmuş, sülh və sabitliyə qarşı olduğunu bir daha göstərib.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırılmasını tələb etməlidir:
Muxalifet2 - 27-09-2020
Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı uğurla davam edir
Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir",- Müdafiə Nazirliyindən bildirilib.
Muxalifet2 - 27-09-2020