Axtarış
The search found 105712 results in 0.03 seconds.
Search results
Ermənilər qaçmağa başladı: "Lənət olsun sənə, Nikol" / FOTO
Dağlıq Qarabağda yaşayan ermənilər hazırda təşvişə düşüb və yaşadıqları ərazini tərk etməyə başlayıb.
Muxalifet2 - 27-09-2020
Vətəndaşlarımız cəbhəyə getmək üçün axın edir - RƏSMİ AÇIQLAMA
“Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub”.
Muxalifet.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.
Muxalifet2 - 27-09-2020
Lavrov təcili Çavuşoğluna zəng vurdu - CƏBHƏDƏKİ VƏZİYYƏT MÜZAKİRƏ OLUNUB
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Məlumata görə, onlar Azərbaycan-Ermənistan arasındakı vəziyyətin gərginləşməsini müzakirə ediblər.
Muxalifet2 - 27-09-2020
"Tərəfləri atəşi dayandırmağa çağırırıq" - AVROPA İTTİFAQINDAN OPERATİV REAKSİYA
“Münaqişə tərəfləri atəşə son qoymalı və danışıqları bərpa etməlidirlər”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel deyib.
Muxalifet2 - 27-09-2020
“Genişmiqyaslı hərbi əməliyyatlardan narahatıq” - LAVROV ERMƏNİ HƏMKARINA ZƏNG VURDU
Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub.
S. Lavrov təmas xəttində davam edən genişmiqyaslı hərbi əməliyyatlarla, ölənlər və yaralılar haqqında daxil olan məlumatlarla bağlı narahatlığını ifadə edib.Muxalifet2 - 27-09-2020
Azərbaycan Ordusu bir sıra kəndlərimizi azad etdi - RƏSMİ AÇIQLAMA, TƏCİLİ
"Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edilib".
Muxalifet.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Anar Eyvazov bildirib ki, əks-hücum nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.
Muxalifet2 - 27-09-2020
İlham Əliyev Təhlükəsizlik Şurasını topladı - FOTO
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayılıb.
İclasla bağlı əlavə məlumat veriləcək.
Muxalifet2 - 27-09-2020
Minsk qrupu hərbi əməliyyatları dayandırmağa çağırdı - BƏYANAT
ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırırlar.
Bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlara dair xəbərlərdən narahatlıq ifadə olunub.
Muxalifet2 - 27-09-2020
“Türkiyə Azərbaycanın yanındadır” – ƏRDOĞAN ƏLİYEVƏ ZƏNG VURDU
Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti bu gün Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, onlara Allahdan rəhmət diləyib. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu, kimi bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.Muxalifet2 - 27-09-2020
XƏSARƏT ALANLARIN SAYI ARTDI - Baş Prokurorluqdan növbəti açıqlama
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti açıqlama yayıb.
Muxalifet.az xəbər verir ki, açıqlamada deyilir:
"Xəbər verildiyi kimi, sentyabrın 27-də səhər saat 06 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur.
Muxalifet2 - 27-09-2020
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
“Azərbaycan xalqı öz torpağında yaşamalıdır. Azərbaycan vətəndaşı vətən həsrətindədir. Ermənilər tərəfindən zorla didərgin salınmış insanlar öz ocaqlarına qayıtmaq istəyirlər”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi Təhlükəsizlik Şurasının iclasında deyib.
Muxalifet2 - 27-09-2020
“Şəhidlərimizin qanı yerdə qalmayacaq” - Türkiyə Müdafiə Nazirliyi
“Şəhidlərimizin qanının yerdə qalmayacağı inancı ilə Ermənistanın xaincə hücumunda şəhid olan Azərbaycan türkü qardaşlarımıza Allahdan rəhmət diləyirik və bütün Azərbaycan xalqına başsağlığı veririk”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yayılan başsağlığında bildirilib.
Muxalifet2 - 27-09-2020
Azərbaycanda daha 128 nəfər koronavirusa yoluxdu – 1 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Muxalifet2 - 27-09-2020
Nazir işğaldan azad edilən kəndlərdən danışdı
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Müdafiə Naziri Zakir Həsənov da çıxış edib.
Zakir Həsənov bildirib ki, Azərbaycan ordusunun əks hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılıb:
Muxalifet2 - 27-09-2020
“Düşmən yerinə otuzdurulur” - Hikmət Hacıyev
Cənab Prezident Azərbaycan xalqına müraciət etdi, Ermənistanın təxribatının və təcavüz aktının məqsədləri barədə məlumat verdi".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:
Muxalifet2 - 27-09-2020
Milli Məclisin növbədənkənar iclası çağrıldı
Azərbaycan Milli Məclisinin növbədənkənar iclası çağrılıb.
Muxalifet.az xəbər verir ki, iclas bu gün saat 16:00-da başlayacaq.
İclasın gündəliyi barədə əlavə məlumat veriləcək.
Muxalifet2 - 27-09-2020
Avropa Şurası da hərbi əməliyyatları dayandırmağa çağırdı
Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç-Buriç Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatla çıxış edib. Qurumun rəsmi saytında dərc edilən rəsmi bəyanatda münaqişənin hərbi cəhətdən gərginləşməsindən narahatlıq ifadə olunub:
“Üzv dövlətlərimizi - Ermənistanı və Azərbaycanı məsuliyyətli olmağa, təmkinli davranmağa və dərhal . Avropa Şurasına qoşularkən hər iki ölkə münaqişənin sülh yolu ilə həll edilməsinə dair öhdəlik götürüb və bu öhdəliyə ciddi şəkildə əməl olunmalıdır.
Muxalifet2 - 27-09-2020
“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 16-cı mövsümü “Nar”ın baş sponsorluğu ilə yenidən start götürür. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 8 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 6 region və 6 universiteti təmsil edən 16 komanda qoşulub. Yarış hər həftənin cümə günü saat 19:50-də İctimai Televiziyada yayımlanacaq.
Muxalifet2 - 27-09-2020
VHP: “Dövlətimizin və ordumuzun yanındayıq”
"Vətəndaş Həmrəyliyi Partiyası olaraq dövlətimizin, ordumuzun və əsgərlərin yanındayıq".
Muxalifet.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyası torpaqlarımızın işğaldan azad olunması üçün tam səfərbərliyə hazır olduğunu, ordumuza güvəndiyini açıqlayıb: "Xalqımızı, vətəndaşları səbrli, təmkinli olmağa, heç bir təxribatlara inanmamağa çağırırıq. Bu gün Azərbaycan xalqının birlik və həmrəyliyinə həmişəkindən daha çox ehtiyac var.Muxalifet2 - 27-09-2020
Orduya Dəstək Komitəsi son durumla bağlı AÇIQLAMA YAYDI
Orduya Dəstək Komitəsi cəbhədə yaranmış vəziyyətlə bağlı bəyanat yayıb. Muxalifet.az həmin bəyanatı olduğu kimi təqdim edir:
Muxalifet2 - 27-09-2020