Axtarış
The search found 105712 results in 0.055 seconds.
Search results
Düşmən Tərtərdə mülki əhalini atəşə tutdu: İki qardaş öldü - YARALANANLAR VAR
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Muxalifet2 - 28-09-2020
Türkiyənin aparıcı partiyaları: "Beynəlxalq ictimaiyyəti Azərbaycanı dəstəkləməyə çağırırıq" - BƏYANAT
Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Millətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən birgə bəyanat imzalayıblar.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları pislənilib, haqsız işğalın sonlandırılması üçün BMT Təhlükəsizlik Şurası və ATƏT-in qətnamələrinə müvafiq olaraq sülh həllinə dəstək ifadə olunub.
Muxalifet2 - 28-09-2020
Ermənistanda 55 yaşınadək kişilərin ölkədən çıxışına qadağa qoyuldu
Ermənistanda 18-55 yaş arası kişilər yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə ölkəni tərk edə bilərlər.
Bu barədə “Sputnik Ermənistan” ölkənin Mülki Aviasiya Komitəsinə istinadən xəbər yayıb.
"Ermənistan hökuməti tərəfindən 27 sentyabr 2020-ci il tarixində qəbul edilmiş 1585N saylı qərara əsasən, 55 yaşdan kiçik şəxslər üçün çağırış elan edilib. 18 yaşdan 55 yaşa qədər olan kişilərin yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə ölkədən çıxmasına icazə verilir", - deyə nəşr komitənin məlumatından sitat gətirib./virtualaz.org
Muxalifet2 - 28-09-2020
Ermənistan ordusu general və iki polkovnikini itirdi
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.Bu barədə Ermənistanın sosial media səhifələrində məlumat yayılıb.
Muxalifet2 - 28-09-2020
İlham Əliyevlə BMT Baş katibi arasında görüş oldu - VİDEOKONFRANS
Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.
Muxalifet2 - 28-09-2020
Qarabağın döyüş meydanlarında yüzlərlə erməni əsgəri meyiti - FOTO-VİDEO
Azərbaycan Qarabağ ərazisində xüsusi hərbi əməliyyatı davam etdirir.
Muxalifet.az Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, hazırda şiddətli döyüşlər davam edir. Azərbaycan bölmələri işğal olunmuş yaşayış məntəqələrinin azad edilməsi uğrunda döyüşlər aparırlar.
Muxalifet2 - 29-09-2020
Paşinyan Azərbaycanı təcavüzdə ittiham etdi və… - ZƏRBƏ ENDİRMƏYƏ ÇAĞIRDI
Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.
Virtualaz.org-un məlumatına görə, iclasda Azərbaycanı təcavüzdə ittiham edən N. Paşinyan ona mütənasib zərbə endirməyə çağırıb.
Beləliklə, baş nazir hökumət səviyyəsində Ermənistanın Qarabağ münaqişəsinə cəlb olunduğunu, hərbi əməliyyatlarda iştirak etdiyini və Azərbaycanın mülki əhalisinə qarşı hərbi təcavüzün bərpasına hazır olduğunu etiraf edib.
Muxalifet2 - 29-09-2020
Erməni tərəfi məhv edilmiş daha 26 hərbçisinin siyahısını yayıb
Ermənistan tərəfi bu gün Azərbaycan Ordusunun zərbələri nəticəsində məhv edilmiş daha 26 hərbçisinin siyahısını yayıb. "AzPolitika" erməni KİV-nə istinadla xəbər verir ki, onların arasında bir qadın hərbçi də var.
Muxalifet2 - 29-09-2020
Ermənistan ərazisindən Daşkəsən rayonu atəşə tutulur - RƏSMİ
"Ermənistan növbəti provokasiyaya əl atıb".
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonunun ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur: “Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görüləcək”./apa
Muxalifet2 - 29-09-2020
Bu gecə düşmənin daha 1 tankı, 1 avtomobili və 10 hərbçisi MƏHV EDİLİB - Rəsmi açıqlama
Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.
Muxalifet2 - 29-09-2020
BAKIDA KOMENDANT SAATI... - Fotolar
Sentyabrın 28-də saat 21:00-dan sonra Bakıda Komendant saatı tətbiq edilib. Buna uyğun olaraq, paytaxt ərazisində polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər.
APA xəbər verir ki, saat 06-00-a qədər xidmət aparan əməkdaşlar avtomobil və piyadalara nəzarət edir.
Muxalifet2 - 29-09-2020
Səhər saatlarından düşmənin daha 4 tankı məhv edildi - MÜDAFİƏ NAZİRLİYİ AÇIQLADI
Sentyabrın 29-u səhər saatlarından etibarən Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir.
Muxaılifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, səhər saat 07:00-08:00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.
Hazırda döyüşlər davam edir.
Muxalifet2 - 29-09-2020
ABŞ mediası: "Bir ailənin bütün üzvləri Ermənistan qüvvələri tərəfindən qətlə yetirilib"
ABŞ-nın müxtəlif media saytlarında Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü haqqında məqalələr dərc olunub.
Bu barədə APA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Səfirlik tərəfindən hazırlanan məqalədə qeyd olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşən Ermənistan silahlı qüvvələri sentyabrın 27-də atəşkəs rejimini bir daha pozaraq mülki əhalinin məskunlaşdığı yerləri, həmçinin təmas xətti boyunca Azərbaycan Ordusunu kütləvi artilleriya atəşinə tutub.
Muxalifet2 - 29-09-2020
RUSİYANIN BƏZİ TELEKANALLARINDA ERMƏNİ TƏBLİĞATI... – Kabel televiziyalarının paketləri nəzarətə götürülməlidir
Azərbaycanın bütün resursları düşmən üzərində qəti qələbəyə səfərbər edilir. Ölkədə hərbi vəziyyət elan olunub, Prezident qismən səfərbərlik haqqında sərəncam verib. Habelə cəmiyyətdə çaşdırıcı, yalan, təxribat məqsədli informasiyaların yayılmaması üçün sosial şəbəkələrin fəaliyyəti bloklanıb. Habelə düşmənə məxsus internet resurslarına, bəzi xarici ölkələrdəki təxribatçı informasiya kanallarına da giriş əngəllənib.
Amma bu sahədə müəyyən boşluqlar, hələ də var. Xüsusən, Rusiyanın ermənipərəst telekanallarının Azərbaycanın efir məkanında yayımları davam edir.
Muxalifet2 - 29-09-2020
«Qarabağ bizimdir! Bizim olacaq!». «Трактор» поддержал Азербайджан – ВИДЕО
Самый популярный клуб тюркского мира тебризский «Трактор» в очередной раз показал свою поддержку Азербайджану.
Muxalifet2 - 29-09-2020
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ AÇIQLAMA
“Azad edilən ərazilərin bir qarışı belə itirilməyib”.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
O bildirib ki, Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir: "Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır.
Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir".
Muxalifet2 - 29-09-2020
ERMƏNİLƏR F-16 QIRICIMIZI VURUB? - Azərbaycan Müdafiə Nazirliyi: "Olmayanı vurmaq mümkün deyil"
“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.
O bildirib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır: "Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil".
Muxalifet2 - 29-09-2020
"Barselona" 150 milyon avroluq təklifi rədd etdi
İspaniyanın "Barselona" klubu futbolçusu Ansu Fatini İngiltərə "Mançester"inə satmaqdan imtina edib.
"Report"un "Catalunya Radio"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi 150 milyon avroluq təklifi geri çevirib. Bundan sonra 18 yaşlı hücumçunun təzminat haqqı 170 milyon avrodan 400 milyon avroya yüksəlib.
Muxalifet2 - 29-09-2020
Düşmənin növbəti tankları məhv edilib - VİDEO
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus növbəti iki tank dəqiq atəşlə məhv edilib.
Muxalifet2 - 29-09-2020
Ermənilər İTV-nin maşınına atəş açdı - AVTOMOBİL YANIB
Tərtər rayonunun Qapanlı kəndində İTV-nin avtomobili ermənilərin hücumuna məruz qalıb.
Bu barədə məlumat İTV-nin "facebook" səhifəsində paylaşılıb.
Bildirilir ki, İTV-nin maşını yanıb.
Muxalifet4 - 29-09-2020