Axtarış

The search found 105712 results in 0.03 seconds.

Search results

  1. Kamran Əliyev Rusiyanın Baş prokuroruna müraciət etdi

    Bir sıra Rusiya kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının köməkliyi ilə göndəriləcəyinə dair bəyanatı yayılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Muxalifet2 - 29-09-2020

  2. Ermənilər Füzulidəki xəstəxananı atəşə tutub - FOTO

    Ötən gün gecə saatlarında Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunda yerləşən Zobucuq ikinci qəsəbəsindəki Rayon Mərkəzi Xəstəxanasını atəşə tutub.

    Muxalifet2 - 29-09-2020

  3. Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib - RƏSMİ AÇIQLAMA

    İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

    Muxalifet2 - 30-09-2020

  4. Ermənistandan Qarabağa gətirilən S-300 məhv edildi - MÜDAFİƏ NAZİRLİYİ XƏBƏRDALIQ ETMİŞDİ...

    Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu (ZRK) sıradan çıxarılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən məlumat verilib.

    Xatırladaq ki, dünən MN açıqlama yayaraq  S-300 ZRK-ları ilə bağlı Ermənistana xəbərdarlıq etmişdi:

    Muxalifet2 - 30-09-2020

  5. ERMƏNİLƏR YENƏ DİNC SAKİNLƏRİ ATƏŞƏ TUTDU - Azərbaycanın daha 7 mülki vətəndaşı yaralandı

    Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

    Bu barədə "Report"a Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib. 

    Muxalifet2 - 30-09-2020

  6. Düşmən Madagiz istiqamətindən əlavə qüvvə cəmləşdirib və hücuma cəhd edir - TƏRTƏR ATƏŞƏ TUTULUR

    Ermənistan işğalçı qüvvələri Ağdərənin Madagiz qəsəbəsi istiqamətində əlavə qüvvələr cəmləşdirərək itirdiyi mövqeləri geri qaytarmaq üçün bu gün səhər saatlarından etibarən hücuma keçməyə cəhd edir. Azərbaycan Müdadiə Nazirliyinin məlumatına görə, düşmənin bu hücum cəhdinin qarşısı alınır və onun müqavimətinin qırılması üçün əks-həmlələr həyata keçirilir.

    Döyüşlərin gedişində düşmən ordusu Tərtər şəhərini də müxtəlif tipli artilleriya qurğularından atəşə tutur. Şəhərdə infrastruktura ziyan dəyib, yaralılar var.

    Muxalifet2 - 30-09-2020

  7. İRANDAN ERMƏNİSTANA SİLAH VƏ HƏRBİ TEXNİKA DAŞINIR - Yeni faktlar / VİDEO

    İran ərazisindən Ermənistana silah və hərbi texnika daşınmasını təsdiqləyən yeni faktlar ortaya çıxıb.

    APA-nın məlumatına görə, sosial şəbəkələrdə bunu təsdiqləyən videolar yayılır. Videolardan aydın görünür ki, İran ərazisindən keçməklə, Ermənistana silah, hərbi texnika və hərbi təyinatlı maşınlar daşınır.

    Muxalifet2 - 30-09-2020

  8. Ermənilərin atdığı mərmi Tərtərdə ticarət obyektlərinə düşüb - FOTO

    Ermənilərin Tərtərdə yaşayış məntəqələrini atəşə tutması nəticəsində ticarət obyektlərinə mərmi düşüb.
    APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, düşmən Hindarx-Borsunlu yolunu hədəf alıb.
    Ermənilərin atdığı mərmilər yol kənarındakı ticarət obyektlərinə düşüb.

    Muxalifet2 - 30-09-2020

  9. Gürcüstanın Sülh körpüsü bayrağımızın rənglərinə boyandı - VİDEO

    Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Ordusuna dəstək məqsədilə dövlət bayrağımızın rəngləri işıqlandırılıb.

    “Qafqazinfo” xəbər verir ki, şəhərin rəmzlərindən hesab olunan Sülh körpüsü və Televiziya qülləsi üçrəngli bayrağımıza bürünüb. Bununla da, Gürcüstan Azərbaycanla birlik və bərabərlik nümayiş etdirib.

    Qeyd edək ki, Ankaranın Atakule və İstanbulun Qalata qüllələrində də ölkəmizin bayrağı işıqlandırılmışdı.

    Muxalifet2 - 30-09-2020

  10. Düşmən mövqelərinə artilleriya zərbələri endirilir - VİDEO

    Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
     

     

    Muxalifet2 - 30-09-2020

  11. İrandan Ermənistana silahdaşıma videosu hiddət doğurdu - VİDEO

    Ötən gündən etibarən İrandan Ermənistana silah daşınmasına dair sosial şəbəkələrdə videolar yayılır. Bununla bağlı iddia olunan video paylaşımlar insanlarda ciddi narahatlığa səbəb olub. 

    "Qafqazinfo" xəbər verir ki, buna etiraz edən İrandakı azərbaycanlıların dünən gecə həmin maşınları yandırdıqları iddia olunur.

    Azərbaycan ictimaiyyəti sosial şəbəkələrdə bu kimi halların İranla qonşuluq, dostluq münasibətlərinə, İslam həmrəyliyi prinsiplərinə zidd olduğunu bildirib. 

    Yayılan videonu  təqdim edirik:

    Muxalifet2 - 30-09-2020

  12. Makron Qarabağdakı vəziyyəti Tramp və Putinlə müzakirə edəcək

    Fransa prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüşlərin yenidən başlamasını ABŞ prezidenti Donald Tramp və Rusiya prezident Vladimir Putinlə müzakirə edəcək.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu E.Makron bildirib.

    O qeyd edib ki, regional böhranları, həmçinin Dağlıq Qarabağ münaqişəsini Rusiyanın iştirakı olmadan həll etmək mümkün deyil.

    Muxalifet2 - 30-09-2020

  13. MÜHARİBƏ SONADƏK DAVAM EDƏCƏKMİ? – Bundan sonra nələr baş verəcək? / TƏHLİL

     
    Əvvəla, çoxlarının beynində yaranan suala cavab verməyə çalışaq: Niyə dünən, gün ərzində hansısa ərazi və ya məntəqənin alınması xəbəri gəlməyib? Bu, nə deməkdir? Uğursuzluqdur, yoxsa normaldır?
     
    Öncə bunu nəzərə alaq ki, 27 sentyabrda, yəni ilk gün; cəbhə, bütün istiqamətlərdə olmasa da, xeyli istiqamətdə yarıldı və ümumilikdə təxminən 150-200 km kvadrat bir ərazi təmizləndi. Ən əsası, Murovdağ başda olmaqda, önəmli, strateji məntəqələr ələ keçirildi. Bu, ilk gün üçün və "betonlaşmış ön xətti" yarmaq baxımından, uğurlu nəticə sayıla bilər.

    Muxalifet2 - 30-09-2020

  14. GİZLİ BAKI - “Paytaxtın görünməyən üzü”

    (Milli-ideoloji hekayə)
     

    Muxalifet2 - 30-09-2020

  15. Düşmən alayının komanda məntəqəsinə növbəti zərbə! - ÇOXLU SAYDA ÖLƏN VƏ YARALANAN VAR

    Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

    "Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir", nazirlikdən bildirilib. 

    Muxalifet2 - 30-09-2020

  16. "Dünyanın harasında görülüb ki, işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilsin?” - ÇAVUŞOĞLU

    “Ermənistan bu təcavüzləri ilə “beynəlxalq sistemi və hüququ saymıram” deyir. Bunun bir cavabı olmalıdır”.

    "Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

    “Azərbaycan məsələni döyüş meydanında həll etmək istəyirsə, Azərbaycanın yanında olacağıq demişik. Azərbaycanın mübarizəsi öz torpağındadır. Dünyanın harasında görülüb ki, işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilsin?”, - nazir vurğulayıb.

    Muxalifet2 - 30-09-2020

  17. “Ermənistanın Azərbaycanla müharibə aparmağa nə iqtisadi, nə də mənəvi gücü var” – HİKMƏT ƏRƏN

    Dünya dövlətləri və beynəlxalq təşkilatlar yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə təsirli nəticəyə qazanmaq üçün əməkdaşlıq və həmrəylik tədbirlərinə qoşulduğu bir dövrdə təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi hücumlar həyata keçirməsi bu dövlətin terrorçu mahiyyətini, ölkənin hərbi-siyasi rəhbərliyinin cinayətkar xislətini ortaya qoyur.

    Muxalifet2 - 30-09-2020

  18. Azərbaycanlı hakerlər Ermənistanın itkilərini İrəvan sakinlərinə çatdırıb

    Azərbaycanlı hakerlər ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları, Ermənistan ordusunun ciddi itkiləri və düşmənin məğlubiyyəti barədə İrəvan sakinlərinə dəqiq və dolğun məlumatların çatdırılmasını təmin edib.

    “Report” xəbər verir ki, Azərbaycan hakerləri bunu İrəvanda yerləşən mağazaların birindəki müşahidə kameraları vasitəsilə həyata keçiriblər.

    Muxalifet2 - 30-09-2020

  19. Düşmənin ehtiyat qüvvələri məhv edildi - VİDEO, RƏSMİ

    Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    "Köməyə gələn ehtiyat qüvvələr Azərbaycan Ordusunun bölmələri tərəfindən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib", - nazirlikdən bildirilib. 

    Muxalifet2 - 30-09-2020

  20. Ermənilərin hərbi texnika, silah-sursat və avtomobilləri ələ keçirildi

    Azərbaycan Ordusunun hərbçiləri erməni silahlı bölmələrinin bir neçə  hərbi texnika və maşınlarını ələ keçirib.

    "Report"un Qərb Mərkəzinin cəbhə xəttinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Ordusu düşmənin silahlı bölmələrinin təxribat xarakterli hücumlarına qarşı taktiki döyüş və əks-hücum əməliyyatları həyata keçirib. Əməliyyat zamanı erməni hərbçilərinin bir neçəsi məhv edilib və onlara dəstək üçün gələn digər erməni əsgərləri silah-sursat hərbi texnika və avtomobillərini ataraq geri qaçıblar. 

    Muxalifet2 - 30-09-2020

Pages