Axtarış

The search found 105712 results in 0.088 seconds.

Search results

  1. Ermənistandan İrana raket atıldı - 6 YAŞLI UŞAQ YARALANDI

    Ermənistandan İrana raket atılıb və nəticədə 6 yaşlı uşaq yaralanıb.

    Virtualaz.org bildirir ki, xəbəri “Tasnim” agentliyi yayıb.

    Agentliyin məlumatına görə, mərmi İranın Xudafərin əyalətinin Pərvizxanlu kəndindəki yaşayış binasına düşüb.

    İran hökumətinin məlumatına görə, geolokasiya zərbənin Ermənistan işğalçı ordusunun bölmələri tərəfindən endirildiyini göstərir.

    Muxalifet2 - 1-10-2020

  2. DÜŞMƏNİN DAHA BİR NEÇƏ HƏRBİ TEXNİKASI MƏHV EDİLİB - VİDEO

    Azərbaycan Ordusunun bölmələri düşmənin daha hava hücumundan müdafiə vasitələri və yaylım atəşli reaktiv sistemlərini məhv edib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

    Muxalifet2 - 1-10-2020

  3. Ermənisatanın PKK/YPG terror təşkilatı əməkdaşlığı... - Kəşfiyyat bütün faktlar açıqlandı

    Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğalı altındakı torpaqların azad edilməsi ilə hərbi əməliyyatları davam etdirərkən Türkiyənin "Sabah" qəzeti Ermənistan-PKK/YPG terror təşkilatı ilə razılaşması ilə bağlı hazırlanan kəşfiyyat hesabatının detallarını əldə edib.

    Muxalifet2 - 1-10-2020

  4. Erməni əsilli suriyalı silahlılar Ermənistana gətirilib - SURIYA İNSAN HAQLARI MONİTORİNQ MƏRKƏZİ

    Erməni əsilli suriyalı silahlılar Ermənistan tərəfində Azərbaycana qarşı döyüşmək üçün Ermənistana göndərilib.

    Bu barədə Suriya İnsan Haqları Monitorinq (SOHR) mərkəzi etibarlı mənbələrə istinadən məlumat yayıb.

    Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir”.

    Muxalifet2 - 1-10-2020

  5. Azərbaycanın bu gün nə təyyarəsi, nə helikopteri, nə də PUA-sı vurulub - MÜDAFİƏ NAZİRLİYİ

    Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır.

    Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

    O bildirib ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb:

    Muxalifet2 - 1-10-2020

  6. Azərbaycan ordusu bu əraziləri də azad etdi... - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

    Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib.
    Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunlarımız Ağdərə istiqamətində düşmənin Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.
    Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.
    Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

    Muxalifet2 - 2-10-2020

  7. "Azərbaycana hərbi yardıma hazırıq" - UKRAYNANIN HAKİM PARTİYASI

    Rəsmi Kiyev Dağlıq Qarabağda vəziyyətin daha kəskinləşməsi fonunda Azərbaycana hərbi yardım göstərməyə hazırdır.

    Bu barədə "Ukrayna 24" telekanalının efirində Ali Radada "Xalqın xidmətçisi" partiyasını təmsil edən deputat Lyudmila Marçenko bildirib.

    "Ukrayna bu gün Azərbaycanı müxtəlif arenalarda dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir", - o deyib.

    Muxalifet2 - 2-10-2020

  8. Yunan muzdluları Azərbaycana qarşı döyüşmək üçün Yerevana gəlirlər - ERMƏNİ MEDİASI ETİRAF ETDİ

    Dünən, oktyabrın 1-də Ermənistanın Re:public of Artsakh telegram kanalı, Azərbaycana qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün Yunanıstandan Ermənistana onlarla muzdluların gəlməsi barədə məlumat yayıb.

    "Yunanıstandan gələn könüllülər Qarabağda: birinci qrupda Yunanıstandan 50 etnik erməni və 30 yunan olacaq", -  deyə erməni telegram kanalı bildirib.

    Muxalifet2 - 2-10-2020

  9. TRAMP KORONAVİRUSA YOLUXUB - Xanıml ilə birgə karantinə alındılar

    ABŞ Prezidenti Donald Tramp bildirib ki, o və birinci xanım Melanya Tramp COVID-19-a yoluxub.

    Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. 

    Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl məsləhətçisi Xoup Xiksdə koronavirusun aşkarlanmasından sonra özünün verdiyi COVID-19 testinin nəticəsini gözlədiyinə görə karantinə getdiyini açıqlayıb. 

    Muxalifet2 - 2-10-2020

  10. "ƏN YAXIN VAXTDA MÜNAQİŞƏNİN DAYANDIRILMASI ÜÇÜN..." - Rusiya, ABŞ və Fransa təşəbbüslə çıxış edəcək

    Rusiya, ABŞ və Fransa yaxın vaxtlarda Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə bir sıra təşəbbüslərlə çıxış edəcək.

    TASS xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı sammitinin birinci gününün nəticəsi ilə bağlı keçirilən brifinqdə bildirib.

    "Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ən yaxın vaxtda Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə bir sıra təşəbbüslər irəli sürəcəklər", - o deyib.

    Muxalifet2 - 2-10-2020

  11. Azərbaycanda “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ

    Azərbaycanın “WhatsApp” istifadəçilərinə Rusiya ölkə kodlu saxta nömrələrdən həqiqətə uyğun olmayan “spam” mesajlar göndərilir.
     
    Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (KİMM) APA-ya verilən məlumata görə, göndərilən mesajlar təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir. Məqsəd dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.
     

    Muxalifet2 - 2-10-2020

  12. Erməni könüllüləri döyüşməkdən imtina etdi

    Qarabağda Azərbaycana qarşı əməliyyatlarda iştirak etmək üçün cəbhə bölgəsinə gətirilən erməni könüllülər döyüşməkdən imtina ediblər.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat daxil olub. Xəbərdə bildirilir ki, əldə edilən məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər.

    Muxalifet2 - 2-10-2020

  13. "Münaqişəyə müdaxilə etməyin" - ABŞ dövlət katibi

    ABŞ dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi tərəflərini sülhə, xarici qüvvələri isə münaqişəyə müdaxilə etməməyə çağırıb.

    ABŞ rəsmisi belə çağırışla "Fox News"a müsahibəsində çıxış edib.

    "Biz münaqişənin beynəlxalq xarakter almasına qarşı çıxırıq. Hesab edirik ki, xarici qüvvələr ondan kənarda qalmalıdır. Biz atəşin dayandırılmasına çağırırıq. Biz iki ölkənin hər birinin liderləri ilə danışaraq, onları bunu etməyə çağırırıq", - o deyib.

    Muxalifet2 - 2-10-2020

  14. YAŞAYIŞ MƏNTƏQƏLƏRİMİZ ERMƏNİSTAN ƏRAZİSİNDƏN ATƏŞƏ TUTULUR - Müdafiə Nazirliyindən açıqlama

    Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

    Müdafiə Nazirliyi xəbər verir ki, mülki əhali arasında ölən və yaralananlar var.

    Muxalifet2 - 2-10-2020

  15. "Kəs səsini, savaşın səbəbkarı sənsən" - Akopyandan Nikola ŞOK

    Nikol Paşinyana ya xahiş edərək, ya da zorla izah etmək lazımdır ki, o, Qarabağ məsələsi ilə bağlı ümumiyyətlə heç bir fikir bildirməməli, xüsusən də beynəlxalq media ilə görüşdən çəkinməlidir. “Rossiya-1” telekanalına verdiyi müsahibədə o, bunu inadla sübut etdi. Hətta BBC müxbiri tərəfindən alçaldılması ona dərs olmadı.

    Axar.az xəbər verir ki, bu ifadəni Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akobyan şəxsi Feysbuk səhifəsində paylaşdığı, Baş nazir Nikol Paşinyana ünvanlanan mesajda yazıb.

    Muxalifet2 - 2-10-2020

  16. Düşmən belə darmadağın edildi... - ŞOK GÖRÜNTÜLƏR / VİDEO

    Azərbaycan Müdafiə Nazriliyi düşmən qüvvə və vasitələrinin məhv edilməsinin yeni videogörüntülərini yayıb.

    Muxalifet.az həmin görüntüləri təqdim edir.  

    Muxalifet2 - 2-10-2020

  17. Düşmən Ağdamın kəndlərini atəşə tutub - ÖLƏN VƏ YARALANANLAR VAR

    Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

    "Mülki əhali arasında ölən və yaralananlar var.

    Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

    Muxalifet2 - 2-10-2020

  18. Ermənilərin növbəti təxribatı - NAZİRLİKDƏN AÇIQLAMA

    Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.
    Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) verilən məlumata görə, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur. Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

    Muxalifet2 - 2-10-2020

  19. "Dağlıq Qarabağ Azərbaycan ərazisidir və..." - MACARISTANDAN DƏSTƏK

    Sentyabrın 27-də rəsmi olaraq Azərbaycan ərazisinin bir hissəsi olan, lakin ermənilərin nəzarətində olan Dağlıq Qarabağ bölgəsində döyüşlər yenidən başlayıb və bu, bir sıra mülki və hərbi itkilərə səbəb olub.
    APA-nın xəbərinə görə, bu, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin açıqlamasında əksini tapıb.
    Bildirilib ki, Dağlıq Qarabağ Azərbaycanın sərhədləri daxilində olduğu üçün Macarıstan münaqişədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

    Muxalifet2 - 2-10-2020

  20. Ermənilər Tərtərdə uşaq bağçasını atəşə tutdu - VİDEO

    Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərini ağır artilleriyadan atəşə tutması davam edir.

    Virtualaz.org  xəbər verir ki, düşmən məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsinə ağır artilleriyadan atəş açıb.

    Nəticədə top mərmiləri qəsəbədə yerləşən uşaq bağçasına düşüb.

    Hadisənin görüntülərini təqdim edəcəyik.

    Muxalifet2 - 2-10-2020

Pages