Axtarış

The search found 105712 results in 0.032 seconds.

Search results

  1. Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxdu – 1 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 149 nəfər sağalıb, 144 yeni yoluxma faktı qeydə alınıb.
     
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
     
    Hazırkı dövrədək ölkəmizdə 40 min 453 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 217 nəfər müalicə olunaraq sağalıb, 594 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 642 nəfərdir.
     

    Muxalifet2 - 2-10-2020

  2. ​Qarabağa gələn yoldakı körpü belə partladıldı - VİDEO

    Azərbaycan ordusu Ermənistanın işğalı altında olan Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axan Həkəri çayının üzərindəki körpünü partladıb.
     
    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
     
    Qeyd edilir ki, bu körpü işğal olunmuş torpaqlarımızla Ermənistanı birləşdirən yolun üzərindədir.

    Muxalifet2 - 2-10-2020

  3. "MÜBARİZƏ QARABAĞ İŞĞALDAN AZAD EDİLƏNƏDƏK DAVAM EDƏCƏK"- Ərdoğan

    “İndiyədək cəbhədə uğurla irəliləyən Azərabycan Ordusu xeyli əraziləri işğaldan azad edib”.

    “Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Türkiyə olaraq bütün qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq. İnşallah, Qarabağ işğaldan tam azad olunanadək bu mübarizə davam edəcək”, - o vurğulayıb.

    Muxalifet2 - 2-10-2020

  4. Azərbaycan Ordusu bu əraziləri də işğaldan azad etdi - DÜŞMƏN DÖYÜŞ MEYDANINDAN QAÇIR

    Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları davam edir.

    Muxalifet.az xəbər verir ki, cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüş əməliyyatları zamanı bir sıra ərazilər işğaldan azad edilib.

    Azərbaycan Ordusunun gücü qarşısında aciz qalaraq döyüş meydanından qaçan düşmən ordusunun çoxlu sayda silah-sursatı qənimət kimi ələ keçirilib.

    Muxalifet2 - 2-10-2020

  5. Ermənilər bu gün Tərtərə 2 mindən çox mərmi atıb - RƏSMİ

    "Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir".

    Bunu "Report"a açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

    "Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

    Muxalifet2 - 2-10-2020

  6. Ermənilərin atdığı mərmi İranla sərhəddə yanğına səbəb olub

    Azərbaycan Ordusu ilə döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən Ermənistan silahlı qüvvələri əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.

    Muxalifet2 - 2-10-2020

  7. Livandan 500-ə yaxın “ASALA” üzvü Qarabağa yollanıb - “Novaya qazeta”

    Ermənistan təbliğatının durmadan bütün dünyaya Azərbaycanın Qarabağdakı döyüşlərə Suriyadan muzdlular cəlb etdiyi haqda saxta xəbərlər tirajladığı bir vaxtda düşmən ölkənin tərəfində döyüşmək üçün Livandan yüzlərlə “ASALA” terrorçusunun gətirildiyi məlum olub. Bu haqda “Novaya qazeta” yazıb.

    Qəzetin yazdığına görə, Suriya erməniləri, əsasən Bəşər Əsədin tərəfdarları Ermənistanı dəstəkləmək üçün Dağlıq Qarabağa yola düşür. Onları qonşu Livandan olan ermənilər də dəstəkləyir.

    Muxalifet2 - 3-10-2020

  8. MAKRON YENƏ ZƏNG VURDU, ƏLİYEV CAVABINI VERDİ - “Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür…”

    Oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Məlumatı "Azərtac" yayıb.

    Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.

    Muxalifet2 - 3-10-2020

  9. Bu gecə düşmənə sarsıdıcı zərbələr endirilib - RƏSMİ AÇIQLAMA

    Cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Açıqlamada vurğulanıb ki, bütün cəbhə boyu gərgin döyüşlər davam edir.

    Muxalifet2 - 3-10-2020

  10. Ermənilər Tərtəri yenə atəşə tutur - DÖYÜŞLƏR DAVAM EDİR

    Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur. 

    Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

    Oktyabrın 3-ü saat 08:00-dan etibarən düşmən dinc əhalini növbəti dəfə hədəf alır. 

    Ermənilərin növbəti dəfə atdığı top mərmiləri şəhərin mərkəzi küçələrinə düşür. Nəticədə mülki evlərə, mülki obyektlərə və inzibati ərazilərə ziyan dəyib. 

    Azərbaycan Ordusu düşmənə lazımi cavab verir, döyüşlər davam edir. 

    Muxalifet2 - 3-10-2020

  11. “Onlar “Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq” - İLHAM ƏLİYEV

    "Əslində, Ermənistanın baş naziri bizə qarşı ilkin şərtlər irəli sürüb. Yeri gəlmişkən, düşünürəm ki, bu da növbəti təxribatdır. Bir neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini bizə və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə biz yox, həm də Minsk qrupu rədd etdi. Çünki bu, iyirmi ildən çox müddət ərzində hazırlanmış danışıqların formatını tamamilə dəyişir. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır.

    Muxalifet2 - 3-10-2020

  12. Düşmənin çoxsaylı canlı qüvvəsi və texnikası məhv edildi - VİDEO

    Azərbaycan Müdafiə Nazirliyi özünün Telegram-kanalında cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.

    Məlumatda bildirilir ki,  gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb.

    Cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib. Bütün cəbhə boyu gərgin döyüşlər davam edir.

    Muxalifet2 - 3-10-2020

  13. Ermənilərin hərbi texnikasına növbəti sarsıdıcı zərbələr endirildi - VİDEO

    Bu gün səhər döyüşləri zamanı bölmələrimiz tərəfindən düşmənin hərbi texnikasına sarsıdıcı zərbələr endirilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

    Muxalifet2 - 3-10-2020

  14. Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu – 1 PASİYENT VƏFAT ETDİ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

    Muxalifet2 - 3-10-2020

  15. Ermənistan daha bir təxribata əl atdı - AZƏRBAYCANLI JURNALİSTLƏRƏ “YÜKSƏK MAAŞLI İŞ TƏKLİFİ”

    Azərbaycan Ordusu tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atmaqdadır.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, düşmən bu dəfə yerli media nümayəndələrini hədəf alıb.

    Muxalifet2 - 3-10-2020

  16. Ermənilər Xankəndində küçə döyüşləri gözləyir - “ƏN YAXŞISI QAÇMAQDIR...”

    Azərbaycan ordusunun bütün cəbhə boyu həyata keçirdiyi uğurlu döyüş əməliyyatları düşmən hərbçiləri və Xankəndindəki erməni əhalisi arasında  çox ciddi panikaya, xaosa səbəb olub. Bunu Ermənistan üzərindən Qarabağa keçən rusiyalı jurnalistlər də təsdiq edirlər.

    Muxalifet2 - 3-10-2020

  17. Ermənilər pulemyotçunu qaçmaması üçün ayağından zəncirləyiblər - ŞOK KADRLAR

    Qarabağda gedən döyüşlərin gedişində Ermənistan ordusunun öz əsgərlərinə qarşı tükürpədici vəhşiliyi üzə çıxıb. Virtualaz.org xəbər verir ki, Azərbaycan ordusunun döyüşçüləri düşmənin dayaq məntəqələrindən birini ələ keçirərkən orada dəhşətli kadrlarla qarşılablar. Məlum olub ki, düşmən pulemyotçusu mövqeyini tərk edib qaçmaması üçün ayağından betona zəncirlənib. Əsgərlərimiz gördükləri bu antiinsani mənzərədən şoka düşüblər.

    Muxalifet2 - 3-10-2020

  18. Azərbaycan Ordusu daha 51 erməni hərbçisini məhv etdi - DÜŞMƏN ETİRAF ETDİ

    Ermənistan tərəfi Azərbaycan Ordusunun əks-hücumu nəticəsində daha 51 hərbçisini itirdiyini etiraf edib.

    “Sputnik”in məlumatına görə, bununla Azərbaycan ordusunun ümumilikdə 207 erməni işğalçısını məhv etdiyi bildirilib.

    Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Müdafiə Nazirliyi 2300 işğalçının məhv edildiyini açıqlamışdı.(oxu.az)

    Muxalifet2 - 3-10-2020

  19. QAN-QAN DEYƏNLƏRİN QAN QUSMASI – Paşinyan-Tonayan cütlüyünün təkəbbüründən əsər-əlamət qalmayıb!

    Müharibən 6-cı gününün mənzərəsi xeyli rəngarəngdir. Döyüş meydanında vurulmuş yüzlərlə erməni hərbi texnikasının bədheybət qaraltıları, ətrafa səpələnmiş çoxsaylı meyitlər, başını itirərək telefonun dəstəyindən asılı qalan Paşinyanın qorxudan əyilmiş sifəti, ovcunun içi ilə alnını döyəcləyən Tonayanın çarəsiz durumu real mənzərənin ermənilər üçün acınacaqlı durumundan xəbər verir.

    Muxalifet2 - 3-10-2020

  20. ERMƏNİLƏR XANKƏNDİNDƏN VƏ LAÇINDAN DA QAÇIR - VİDEO / Yenilənib

    Azərbaycan ordusunun bütün cəbhə boyu həyata keçirdiyi uğurlu döyüş əməliyyatları düşmən hərbçiləri və Xankəndindəki erməni əhalisi arasında çox ciddi panikaya, xaosa səbəb olub. Virtualaz.org xəbər verir ki, bunu Ermənistan üzərindən Qarabağa keçən rusiyalı jurnalistlər də təsdiq edirlər.

    Muxalifet2 - 3-10-2020

Pages