Axtarış
The search found 105712 results in 0.044 seconds.
Search results
Ermənilərin Bərdəyə atdığı raketlərdən biri evə düşüb - QADIN ÖLÜB... / Yenilənib
Oktyabrın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Bərdə şəhərinə atılan raket nəticəsində bir nəfər ölüb.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmənin atdığı raket nəticəsində bir qadın həlak olub, yaralılar var.
***
Oktyabrın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə şəhərini raket atəşinə tutub.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.
Muxalifet2 - 5-10-2020
Fransa prezidenti Makron tarixdən ibrət götürsün - MƏĞRUR BƏDƏLSOY YAZIR
Qarabağ konfliktinin, konkret desək , Qarabağın işğalının çözülməsinə arbitr ölkələrdən Fransanın öz yankeşliyini - tərəfkeşliyini prezident Makronun dili ilə açıqlaması və işğala və işğalçıya yandaş olmasını ortaya qoyması, yumşaq desək, acı təəssüf doğurur. Görün, bu 30 ildə biz kimlərə arxayın olub, torpaqlarımızın işğaldan azad ediləcəyinə ümidvar olmuşuq. Arbitr - hakim açıq-aşkar iki üz-üzə rəqibdən işğala uğrayanı yox, işğala uğradanı müdafiə edir! (?) Belə hakimliklə barışa necə uğraşmaq olar?
Muxalifet2 - 5-10-2020
Düşmənin daha 3 tankı və 11 hərbi maşını ələ keçirildi - VİDEO
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmən hərbi texnikasını döyüş meydanında qoyaraq qaçmaqdadır.
Muxalifet.az əsgərlərimizin ələ keçirdiyi hərbi qənimətin görüntülərini təqdim edir.
Muxalifet2 - 5-10-2020
Bərdədə ermənilərin öldürdüyü qadının adı açıqlandı, daha 3 nəfər yaralanıb
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək 05 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin ərazisində əhalinin kompakt olduğu məntəqələri atəşə tutmaqda davam edir.
Muxalifet2 - 5-10-2020
Nikol Paşinyan aramsız olaraq Vladimir Putinə zənglər edir
“Rossiya-1” telekanalı Prezident Vladimir Putinin Rusiyanın hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziri Nikol Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən kadrlar yayıb.
"Report" xəbər verir ki, “Moskva, Kreml, Putin” verilişində Prezident Vladimir Putinin iclasda iştirakı zamanı Paşinyanın ona dəfələrlə zəng vurduğu əks olunur.
Muxalifet2 - 5-10-2020
Gürcüstandakı erməni separatçılarının rəhbəri Qarabağdakı terrorçulara qoşuldu - FOTO
Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki erməni seperatçılarının rəhbərlərindən biri olan Vaaqn Çaxalyan Ermənistanın işğalçı ordusunun sıralarına qoşulub.
Bu barədə o, özü “Facebook” səhifəsində yazıb və bunu sübut edən fotoşəkillər paylaşıb.
Muxalifet2 - 5-10-2020
Ermənilərin Gəncəyə atdığı raket nəticəsində 3 mülki şəxs yaralanıb - FOTO
Ermənistanın silahlı qüvvələri tərəfindən növbəti dəfə Beyləqan rayonu və Gəncə şəhərinə raketlər atılmışdır.
Bu gün səhər saatlarından etibarən Ermənistanın silahlı qüvvələri Beyləqan rayonu və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Muxalifet2 - 5-10-2020
Ermənistan jurnalistləri də silahlandırıb - FOTO
Ermənistan Müdafiə nazirliyi jurnalistləri də silahlandırıb.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, bu faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Stephan Şuşanyanın paylaşımdan görmək olur.
Qeyd edək ki, münaqişə baş vermiş ərazilərdə jurnalistlərin silahlandırılması, hətta jurnalistlərin öz texniki avadanlıqlarından silah kimi imitasiya etməsi beynəlxalq hüquqi qaydalara ziddir. Çünki bu birbaşa jurnalistləri silahlı hədəf halına çevirir və onların həyatı üçün təhlükə yaradır.
Muxalifet2 - 5-10-2020
Əsgərlərimiz geri qaytarılan ərazilərimizdə yerləşən erməni kazarmasında - VİDEO
Sosial şəbəkələrdə yayılan videoda əsgərlərimizin geri qaytarılan ərazilərimizdə yerləşən erməni kazarmasından görüntüləri yayılıb.
Şanlı ordumuzun Ermənistanın hərbi qüvvələrini işğal olunmuş torpaqlarımızdan qovub çıxarmaq istiqamətində apardığı şiddətli döyüşlərdən qürur duyuruq.
Muxalifet2 - 5-10-2020
Ordumuz separatçıların rəhbərinin Şuşada "inauqurasiya" keçirdiyi binanı darmadağın etdi - FOTO
Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad olunması istiqamətində keçirdiyi anti-terror əməliyyatları zamanı separatçı rejimin Şuşada "andiçmə mərasimi" keçirdiyi bina darmadağın edilib.
Milli.Az bildirir ki, dağılmış binanın şəkilləri sosial şəbəkədə yayılıb.
Muxalifet2 - 5-10-2020
“Gürcüstan cəmiyyəti tamamilə Azərbaycan dövlətinin tərəfindədir”
“Cəzasızlığını görən Ermənistan özünü daha azad hiss edir və insanlığa qarşı belə amansız cinayətlər törədir”.
Bunu gürcü tarixçi, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya deyib.Muxalifet2 - 5-10-2020
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib - QALANLARI İSƏ...
Erməni silahlı qüvvələrinin tərəfində döyüşən PKK-çıların əksəriyyəti məhv edilib, qalan hissəsi isə yerli hərbçilərlə birgə Suqovuşan və cənub cəbhəsində təxribat qrupları şəklində fəaliyyətə başlayıb.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Məlumatda görə, yerli əhali ərazini tərk edib, canlı qüvvə tükənməkdədir, hərbçilər dəstək gəlməyəcəyi təqdirdə mövqelərdən çıxacaqlarını bildiriblər.Muxalifet2 - 5-10-2020
Erməni vəhşilikləri xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinə çatdırıldı - VİDEO
Oktyabrın 5-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq keçirilib.
Muxalifet2 - 5-10-2020
"Separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır" - SAAKAŞVİLİ
“Mən Gürcüstanın övladı, Ukraynanın vətəndaşıyam. Həm gürcülər, həm də ukraynalıların ərazi bütövlüyü prinsipini dəstəkləməmələri mümkün deyil”.
Bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yerləşdirdiyi videomüraciətində deyib.
Onun sözlərinə görə, separatçılığı dəstəkləmək qeyri-mümkündür: “Etnik mənsubiyyətindən asılı olmayaraq separatçılığı dəstəkləyən istənilən gürcü Gürcüstana qarşıdır. Ukrayna hökumətinin də bildirdiyi kimi və mənim də dəfələrlə dediyim kimi biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”./report
Muxalifet2 - 5-10-2020
"Bu, Ermənistanın həyata keçirdiyi dövlət terrorudur" - PREZİDENTİN KÖMƏKÇİSİ
“Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə qarşı intensiv raket hücumları mülki insanları öldürmək məqsədilə Ermənistanın həyata keçirdiyi dövlət terrorudur. Buna görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşımalıdır”.
Muxalifet.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
Muxalifet2 - 5-10-2020
Müxalif partiya xalqımızı İlham Əliyevin ətrafında birləşməyə çağırır - BƏYANAT
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, toplantıda Azərbaycan dövlətinin işğal altında olan torpaqlarının işğaldan azad edilməsi istiqamətində apardığı hərbi əməliyyatlar müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq bəyanat qəbul edilib. Bəyanatda qeyd olunur:
Muxalifet2 - 5-10-2020
Moskvadan Yerevana müəmmalı təyyarə uçuşu olub - FOTOLAR
Rusiyanın “Russia” adlı xüsusi təyinatlı uçuş dəstəsinə məxsus olan “İl-96-300” təyyarəsi Yerevana enib.
“Report” “Fightradar”a istinadən xəbər verir ki, oktyabrın 5-də yerli vaxtla saat 09:14-də Moskvadan havaya qalxan RA-96019 nömrəli təyyarə saat 12:54-də Yerevanda yerə eniş edib, artıq saat 14:28-də isə yenidən Moskvaya istiqamət götürüb. Təyyarənin Ermənistan paytaxtına hansı səbəbdən göndərilməsi, kimi daşıması barədə səhih məlumat verilmir.
Muxalifet2 - 5-10-2020
Azərbaycan Ordusu düşmənin Mingəçevirə atdığı raketləri göydə vurdu
“Ermənistanın kriminal rejimi müharibə aparmağın bütün qaydalarını pozaraq yeni çox təhlükəli addımlar atıb”.
Bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.
Muxalifet2 - 5-10-2020
Düşmən Ağcəbədi şəhərini atəşə tutur - YARALILAR VAR
Hazırda Ermənistan silahlı qüvvələri Ağcəbədi şəhərini atəşə tutur, yaralılar var.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 5-10-2020
Beyləqan şəhəri də düşmən atəşinə məruz qalır - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA
Hazırda Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini də atəşə tutur.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 5-10-2020