Axtarış
The search found 105712 results in 0.03 seconds.
Search results
İşğaldan azad olunan Şəybəy kəndinin görüntüləri yayıldı - VİDEO
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Şəybəy kəndinin görüntülərini yayıb.
Muxalifet.az həmin görüntüləri təqdim edir.
Muxalifet2 - 7-10-2020
Ermənistan öldürülən hərbçilərinin yeni siyahısını açıqladı
Ermənistan müdafiə nazirliyi Azərbaycan Ordusunun Qarabağda keçirdiyi əks-hücumu və işğal olunmuş ərazilərin azad olunması əməliyyatının nəticəsində bu gün məhv edilən erməni hərbçilərin sayını açıqlayıb.
Virtualaz.org bildirir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Məlumatda Ermənistan tərəfinin daha 40 hərbçisini itirdiyi bildirilir.
Bununla da terrorçu dövlət Azərbaycan Ordusunun ümumilikdə 280 erməni işğalçısını məhv etdiyi etiraf edib.
Muxalifet2 - 7-10-2020
Şuşada separatçıların liderinin “andiçmə” yeri məhv edildi
Azərbaycan Ordusu bu ilin may ayında Qarabağ separatçılarının lideri Araik Arutyunyanın "andiçmə mərasimi"nin keçirildiyi Şuşadakı mədəniyyət evini dəqiq raket zərbəsi ilə məhv edib.
Xatırladaq ki, azərbaycanlılar üçün müqəddəs olan Şuşa şəhərində Qarabağ separatçılarının təşkil etdiyi "inauqurasiya" mərasimi Azərbaycan cəmiyyəti tərəfindən hiddətlə qarşılanmışdı. Müdafiə Nazirliyinin rəhbərliyinə qəzəbli vətəndaşlardan Azərbaycan xalqını təhqir etməyə cəsarət edən ermənilərə qarşı tədbir görülməsinin zəruriliyi barədə çoxsaylı müraciətlər daxil olmuşdu.
Muxalifet2 - 7-10-2020
Ermənistan ordusunun yüksək rütbəli zabiti “Pikap”ını qoyub qaçdı - VİDEO
Xəbər verdiyimiz kimi düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası Azərbaycan ordusu tərəfindən qənimət götürülüb.
AzTV-nin cəbhə bölgəsinə ezam olunmuş müxbiri bildirib ki, onlar arasında Ermənistan ordusunun yüksək rütbəli zabitinə məxsus olduğu ehtimal edilən “Pikap” tipli avtomobil də var:
“Həmin avtomobil arxadan vurulub. Bu da onu göstərir ki, həmin erməni zabit öz döyüşçülərini postda qoyub və qaçıb. Lakin Azərbaycan ordusunun hərbçiləri həmin avtomobili arxadan vuraraq ələ keçiriblər”.
Muxalifet2 - 7-10-2020
Ukraynanın ən gözəl qızı Azərbaycana dəstək oldu - FOTO
Ukraynada Azərbaycanı tanıdan 29 yaşlı Fəridə İbrahimova cəbhədə gedən döyüşlərlə bağlı Azərbaycana dəstək olub.
Baku.ws xəbər verir ki, "Miss Jitomir" tituluna sahib olan Fəridə 200 minə yaxın "İnstagram" hesabında Azərbaycan bayrağını paylaşaraq dəstəyini ifadə edib.
Qeyd edək ki, Fəridə İbrahimova Ukraynanın Jitomir şəhərində böyüyüb. Onun ailəsi Ukraynaya 16 yaşında köçüb. "Miss Donbass" tacını əldə edib, daha sonra isə "Miss Ukrayna" müsabiqəsində 2-ci yeri tutub.
Muxalifet2 - 7-10-2020
Erməni deputat xarici məzdluları Qarabağa çağırdı
Ermənistan artıq orduda əsgər və zabit çatışmazlığını rəsmən etiraf etməyə başlayıb. Üstəlik, bu boşluğu doldurmaq üçün xaricdən muzdlu döyüşçü və terrorçu gətirdiklərini də etiraf edirlər.
Axar.az xəbər verir ki, işğlaçı ölkənin deputatı Andranik Köçəryan parlamentdə çıxış edərkən müasir silahların qələbənin 50 faizini, peşəkar zabitlərin isə digər 50 faizini təşkil etdiyini bildirib.
Muxalifet2 - 7-10-2020
“Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq"
"Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. 90-cı illərin əvvəllərində ermənilər yaranmış vəziyyətdən istifadə edərək bu əraziləri işğal etdi. O dövrdə Azərbaycan torpaqları işğal olunanda BMT bir neçə qətnamə qəbul etdi. Amma o qətnamələrin icra olunması ilə bağlı heç bir tədbir görülmədi. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü 4 qətnaməyə səs vermişdi, ən azından öz səslərinə hörmət əlaməti olaraq o qətnamələrin müəyyən qisminin yerinə yetirilməsi yolunda bir addım atmalı idilər".
Muxalifet2 - 7-10-2020
Canlı yayımda Ermənistandan raket atıldı, Ordumuz dərhal məhv etdi - VİDEO
Türkiyənin “A Haber” kanalının çəkiliş qrupu bakı-Tiflis-Ceyhan boru xəttinin yaxınlığına düşən erməni raketi ilə bağlı reportaj hazırlayarkən həyəcanlı anlar yaşanıb.
Muxalifet.az Axar.az-a istinadla xəbər verir ki, hadisə yerindən canlı yayım edən Kərim Ulak anidən Azərbaycan hava hücumundan müdafiə sistemlərinin aktivləşdiyini fərq edib.
kameralara düşən görüntülərdə Ermənistanın atdığı ballistik raketin havada ikən Ordumuzun HHM sistemləri vasitəsilə məhv edildiyi aydın görünür.
Videonu təqdim edirik:
Muxalifet2 - 7-10-2020
“Məni qorxudurdular ki, azərbaycanlıların əlinə düşsən öldürəcəklər” - Döyüş bölgəsində xilas edilən erməni qadın
Xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryanın iştirakı ilə Bakıda mətbuat konfransı keçirilib.
“Report” xəbər verir ki, mətbuat konfransından öncə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib.
Muxalifet2 - 7-10-2020
Düşmənin qaçarkən döyüş meydanında tərk etdiyi texnikalarının YENİ GÖRÜNTÜLƏRİ - Video
Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçilərinin qaçarkən döyüş meydanında tərk etdiyi texnikalarının videogörüntüsünü yayıb.
Muxalifet.az həmin görüntüləri təqdim edir:
Muxalifet2 - 7-10-2020
Ermənistan hərbçiləri bir kolon hərbi texnika və avtomobilləri qoyub qaçdı
Ermənistan hərbçilərinə məxsus hərbi texnika, avtomobil karvanı və silah-sursatı qoyaraq qaçması barədə video yayılıb.
“Report” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda təxminən 25 hərbi avtomobildən ibarət böyük bir kolonu və təchizatı qoyaraq qaçdığı məlum olur.
Videonu təqdim edirik:
Muxalifet2 - 7-10-2020
CƏBRAYILIN MƏRKƏZİNDƏ BAYRAĞIMIZ QALDIRILDI - Erməni bayrağı ayaq altında / FOTOLAR
Azərbaycan Respublikasının dövlət bayrağı işğaldan azad olunan Cəbrayıl şəhərinin mərkəzində dalğalandırılıb.
Xatırladaq ki, Cəbrayıl şəhəri oktyabrın 4-də işğaldan azad edilib.
Virtualaz.org fotoları təqdim edir.
Muxalifet2 - 7-10-2020
"ERMƏNİSTAN DÖYÜŞ MEYDANINDA QARŞIMIZDA DURA BİLMİR" - Əliyevin “CNN-Türk”-ə müsahibəsi / VİDEO
"Ermənistan rəhbərliyinə bir sözüm var ki, siz işğal edilmiş torpaqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər də yaxşı olacaq"
Muxalifet2 - 7-10-2020
“TƏKCƏ CƏBRAYILDA MİNLƏRLƏ İTKİ VERDİK...” - “Novaya qazeta” düşmən hərbçilərinin sensasion etiraflarını yaydı
Rusiyanın “Novaya qazeta” nəşri Qarabağdan olduqca sensasion və düşmənin günlərdir cəbhədə baş verənlərə dair apardığı təbliğatı tamamilə darmadağın edən reportaj yayıb. Qəzetin münaqişə bölgəsinə ezam edilmiş müxbiri İlya Azar reportaja Şuşadan, oktyabrın 4-də Azərbaycan ordusunun dəqiq raket zərbəsi ilə məhv etdiyi binadan-Şuşa mədəniyyət mərkəzindən başlayır. Və orada yaşayan ermənilərə istinadən yazır ki, raket zərbəsi zamanı binada yüzlərlə erməni hərbçisi və zabiti, o cümlədən yüksək rütbəli zabitləri olub. Onlar hansısa müşavirə üçün binaya toplaşmışdılar.
Muxalifet2 - 7-10-2020
Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi - VİDEO
Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.
Muxalifet.az xəbər verir ki, təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.
Muxalifet2 - 7-10-2020
Cəbhədə düşmənə ciddi zərbələr vurulub - MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏN...
Oktyabrın 7-si gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib.
Muxalifet2 - 7-10-2020
Azərbaycanla Ermənistana humanitar barışıq təklif edildi - MEYİTLƏRİN GÖTÜRÜLMƏSİ ÜÇÜN
ATƏT-in Minsk Qrupunun həmsədrləri Yeni Qarabağ müharibəsində döyüşən tərəflərə-Ermənistana və Azərbaycana həlak olanların meyitlərinin götürülməsi üçün humanitar barışıq elan olunmasını təklif ediblər. Həmsədrlərin fikrincə, bu, atəşkəsə doğru ilk addım ola bilərdi.
Virtualaz.org-un məlumatına görə, Beynəlxalq Qırmızı Xaç vasitəçi rolunu götürməyə hazır olduğunu bildirib.
Məlumatı ATƏT-in saytı yayıb.
Muxalifet2 - 8-10-2020
Ermənistanın Bərdəni atəşə tutması nəticəsində yaralananlar var
Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini atəşə tutması nəticəsində bir neçə nəfər yaralanıb.
“Report”un cəbhə bölgəsinə ezam olunan müxbiri xəbər verir ki, ilkin məlumata görə, 3 nəfər xəsarət alıb.
Muxalifet2 - 8-10-2020
Ermənilərin qoyub qaçdıqları zirehli texnikalar - HORADİZDƏN GÖRÜNTÜLƏR
Azərbaycan Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində erməni hərbçilərin qaçarkən tərk etdiyi zirehli texnikaların videogörüntüsünü yayıb.
Muxalifet.az həmin görüntüləri təqdim edir.
Muxalifet2 - 8-10-2020
MOSKVANIN QARABAĞ SİYASƏTİ NİYƏ DƏYİŞDİ? - Putinin bəyanatının pərdəarxası
Rusiya prezidenti Vladmir Putin, nəhayət, Azərbaycanın gözlədiyi bəyanatı verdi. O, Prezident İlham Əliyevlə telefon söhbətində bildirib ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir. Rusiya isə KTMT üzvü kimi təşkilatdakı öhdəliklərinə sadiqdir.
Muxalifet2 - 8-10-2020