Axtarış

The search found 105712 results in 0.031 seconds.

Search results

  1. Ermənilər yaşayış məntəqələrimizi atəşə tutdu - 2 MƏKTƏBLİ HƏLAK OLDU

    Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub.

    Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir.

    Muxalifet2 - 28-09-2020

  2. Düşmənin daha iki tankı məhv edildi - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

    Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

    Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

    Muxalifet2 - 28-09-2020

  3. Düşmən Tərtərdə məhkəmə binası və təcili yardım maşınını atəşə tutub - ÖLƏN VƏ YARALANANLAR VAR

    Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. 

    Muxalifet2 - 28-09-2020

  4. Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - RƏSMİ

    Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

    Muxalifet2 - 28-09-2020

  5. “Hadisələr yalnız Azərbaycan üçün əlamətdar olmadı” - UKRAYNALI EKSPERT

    “Dünən yalnız Azərbaycan üçün əlamətdar gün olmadı. Əgər Azərbaycan Silahlı Qüvvələri böyük ərazilər üzərində nəzarəti ələ keçirməyi bacararsa, postsovet məkanında işğal olunmuş torpaqları geri qaytarmağın ilk nümunəsi barədə əminliklə danışmaq olacaq və bu, Kiyevlə Tbilisi üçün müəyyən siqnal olacaq”.

    Muxalifet2 - 28-09-2020

  6. "Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır" - RUSİYALI DEPUTAT

    “Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı təcavüz yoxdur. Əksinə, Azərbaycan uzun illərdir torpaqlarını işğal altında saxlayan Ermənistanın təczvüzkarlığına cavab verir. Bu, Azərbaycanın öz torpaqlarını azad etmək üçün haqlı mübarizəsidir”.

    Bu fikirləri “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində rusiyalı politoloq Aleksandr Perenciyev deyib.

    Muxalifet2 - 28-09-2020

  7. "Qarabağ Azərbaycandır və bu dəyişməzdir" - MİXAİL SAAKAŞVİLİ

    “Mənim mövqeyim ərazi bütövlüyü prinsipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək”.

    Muxalifet.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb.

    Muxalifet2 - 28-09-2020

  8. Daha 39 şagirddə koronavirus aşkarlandı - NAZİRLİKDƏN AÇIQLAMA

    Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

    Nazirlikdən bildirilib ki, 1 şagird və 0 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

    Daha 39 şagird və 6 işçidə koronavirus aşkarlanıb.İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

    İndiyədək 12 sinif tədris dayandırılıb və distant təhsilə keçirilib.

    Muxalifet2 - 28-09-2020

  9. ƏRDOĞANDAN ŞOK MESAJ - “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

    “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsi ilə bölgə yenidən sülh və əmin-amanlığa qovuşa bilər”.

    Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

    “Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək”, - o vurğulayıb.

    Muxalifet2 - 28-09-2020

  10. Daha 28 erməni əsgəri öldürüldü - ERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA / SİYAHI

    “Döyüşlər zamanı erməni tərəfi itki verib. Ermənistan silahlı qüvvələrinin daha 28 hərbçisi öldürülüb. Bu saata qədər hərbçilər arasında qurban sayı - 59 nəfərdir".

    Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

    Ermənistan Müdafiə Nazirliyi Qarabağ münaqişəsi zonasında gedən döyüşlər zamanı bu gün həlak olan hərbçilərinin yeni siyahısını açıqlayıb:

    Aqbalyan Tiqran Surenoviç -2001

    Qüvorkyan Karen Azatoviç -2000

    Qasparyan Vaqe Saşayeviç -2000

    Muxalifet2 - 28-09-2020

  11. Düşmən Ağdərə istiqamətində geri çəkilməyə məcbur edildi - VİDEO

    Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

    Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

    Muxalifet2 - 28-09-2020

  12. Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi azalma qeydə alınıb - SON SUTKA ƏRZİNDƏ 2 NƏFƏR ÖLÜB

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

    Muxalifet2 - 28-09-2020

  13. Ermənistan hökuməti ermənilərin Qarabağdan təxliyə planını hazırlayır

    Ermənistanda Dağlıq Qarabağ əhalisinin təxliyə planı hazırlanır.

    Bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib.

    Müxbirin ermənilərin Qarabağdan təxliyəsi ilə bağlı sualına cavabında səfir deyib: “Belə planlar hazırlanır. Ümid edirik ki, vəziyyət o həddə çatmayacaq”./report

    Muxalifet2 - 28-09-2020

  14. İraqlı deputat: "Azərbaycanın yanındayıq, xoş xəbərlər gözləyirik"

    “Biz İraq türkmənləri olaraq azərbaycanlı qardaşlarımızın haqlı davasını dəstəkləyirik”.

    Bunu "Report"a açıqlamasında Ərbil şəhərindən İraq Türkmən Cəbhəsini (ITC) ölkə parlamentində təmsil edən millət vəkili Aydın Maruf deyib.

    Muxalifet2 - 28-09-2020

  15. SON DƏQİQƏ! - Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi - RƏSMİ AÇIQLAMA

    Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.

    Muxalifet2 - 28-09-2020

  16. Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

    Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" qərar imzalayıb.

    Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

    Muxalifet2 - 28-09-2020

  17. Azərbaycanda komendant saatı necə tətbiq olunacaq?

    2020-ci il sentyabr ayının 28-i saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunmuş və bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

    Muxalifet2 - 28-09-2020

  18. “Rusiya qonşularının daxili siyasətinə qarışmır” - PUTİN

    “Biz heç vaxt qonşularımızın, ümumiyyətlə, digər ölkələrin daxili siyasətinə qarışmırıq”.

    “Sputnik” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin qırğız həmkarı Sooronbay Jeenbekov ilə görüşdə bildirib.

    “Ancaq bununla belə, vəziyyəti sabitləşdirməyə yönələn səyləri, yararlı siyasi dialoqu hər zaman dəstəkləyirik”, - V.Putin vurğulayıb.

    Muxalifet2 - 28-09-2020

  19. Komendant saatında KİV nümayəndələrinin hərəkətinə icazə veriləcək

    Azərbaycanda elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə verilib.

    Muxalifet2 - 28-09-2020

  20. Bakı və daha 21 şəhər-rayonda komendant saatı başladı

    Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında komendant saatı başlayıb.  
    Komendant saatı bu gün saat 21:00-dan 29 sentyabr saat 06:00-dək davam edəcək.

    Muxalifet2 - 28-09-2020

Pages