Axtarış
The search found 105712 results in 0.03 seconds.
Search results
DTX cəbhədəki vəziyyət və erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.
DTX-nın rəsmi saytında yer alan açıqlamada deyilir: "Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər.
Muxalifet2 - 22-09-2020
“O, nə qədər ki, ölkədən qaçmayıb, şikayətim yenidən arşdırılsın” - TANINMIŞ CƏRRAHDAN BAŞ PROKURORA MÜRACİƏT
Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərovun “Regal” MTK tikinti şirkəti tərəfindən Nəsimi rayonu, N.Yusifbəyli küçəsindəki 25/27 nömrəli evinin söküldüyü haqda məlumat vermişdik. Qeyd etmişdik ki, evinin qanunsuz olaraq uçurulmasına rəğmən, qarşılığında kompensasiya ala bilməyən Q.İskəndərov uzun müddətdir haqqının bərpa olunması istiqamətində mübarizə aparır.
Muxalifet2 - 22-09-2020
“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı
“Nar” hər il olduğu kimi bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri mükafatlandırdı. Builki qəbul imtahanında 700 bal toplamış Əziz Kərimli və Hüseyn Abdullayevə mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrəsi və zənglər üçün ödənişsiz balans təqdim edilib.
Muxalifet2 - 22-09-2020
Eldar Həsənov ev dustaqlığına buraxılmadı - MƏHKƏMƏ QƏRARI
Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan apelyasiya şikayətinə baxılıb.
Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin olunmayıb.
Muxalifet2 - 22-09-2020
HƏMSƏDRLƏR QARABAĞDA KEF MƏCLİSİNDƏ - Fotolar / VİDEO
REAL Tv ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri zamanı Azərbaycanın işğal altındakı ərazilərindəki eyş-işrət məclislərinin fotolarını əldə edib.
Fotosübutları Baş nazirin keçmiş müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov təqdim edib. Onun sözlərinə görə, fotolar Kəlbəcər və Xankəndidə çəkilib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılıb.
Muxalifet2 - 22-09-2020
"PİKAP" TİPLİ MAŞINLARIN POSTLARDA SAXLANILMASI TƏSDİQLƏNDİ - Hərbi məqsədlər üçün...
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi "Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılmasının səbəbləri barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:
Muxalifet2 - 22-09-2020
"İNSANLIĞIN TALEYİ BİR NEÇƏ ÖLKƏNİN KEYFİNƏ BURAXILA BİLMƏZ" - Ərdoğanın Baş Assambleyasının sessiyasında çıxışı / VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən 75-ci sessiyasında çıxış edib.
Muxalifet2 - 22-09-2020
Avropa İttifaqının sammiti təxirə salındı - KORONAVIRUS TƏHLÜKƏSİ SƏBƏBİNDƏN
Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel koronavirus təhlükəsi səbəbindən özünütəcrid rejimində olduğu üçün 24-25 sentyabr tarixinə planlaşdırılan Zirvə toplantısı 1-2 oktyabr tarixlərinədək təxirə salıb.
Muxalifet2 - 22-09-2020
Ərdoğan İlham Əliyevə zəng etdi - TOVUZDA VƏZİYYƏTİN KƏSKİNLƏŞMƏSİ SƏBƏBİNDƏN
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Türkiyə Prezidenti dünən Ermənistanın təxribatı nəticəsində dövlət sərhədində Azərbaycan hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.
Muxalifet2 - 22-09-2020
Fars şovinizminin təbliğat vasitəsi: Şiyə məhzəbi…
… və ya Azərbaycan mediasının üç istiqamətdə uduzmasının acı nəticəsi!
Muxalifet2 - 22-09-2020
Məktəblərdə koronavirusla bağlı bu günə olan vəziyyət: 10 şagird yoluxdu - RƏSMİ
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.
Muxalifet2 - 22-09-2020
Vladimir Zelenski İlham Əliyevə zəng etdi
Sentyabrın 22-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Muxalifet2 - 23-09-2020
“Raminə qarşı hakimiyyət orqanlarının təqibləri davam edir” – AİLƏ ÜZVLƏRİNDƏN AÇIQLAMA
“Raminin 6 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir. Bu barədə yaşadığımız ünvana məhkəmənin qərarı gəlib. Məhkəmə qərarında göstərilir ki, guya o, “2015-2017-ci illər ərzində “AT-Geotech” şirkətində çalışdığı zaman xidməti vəzifəsinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatları yaymaqla, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməklə qanunsuz hərəkətlərə yol vermiş, dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub”.
Muxalifet2 - 31-07-2020
Yerevanda ermənilər Rusiyaya getmək tələbi ilə aclıq aksiyasına başladılar
Rusiyaya getməyi tələb edən bir qrup Ermənistan vətəndaşı Yerevanda hökumət binası qarşısında aclıq aksiyasına başladıqlarını elan ediblər.
Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.
Etirazçılar danışıqlar aparmağı və Rusiya ilə sərhədin açılmasına nail olmağı tələb edirlər.
Ermənistan mətbuatı qeyd edib ki, son həftələr vətəndaşlar parlament və hökumətin binaları qarşısında tez-tez etiraz aksiyaları keçirirlər, ancaq onların problemi hələ həll olunmamış qalır.
Muxalifet2 - 23-09-2020
Bəşəriyyət koronavirusa nə vaxt qalib gələcək - Bill Qeytsdən PROQNOZ
Bill Qeyts hesab edir ki, dünya koronavirusa 2022-ci ildən tez qalib gələ bilməyəcək. Bununla eyni vaxtda o, istisna etməyib ki, amerikalılar artıq gələn yay normal həyata qayıdacaqlar - yaradılmış vaksinin hesabına.
«Microsoft»-un yaradıcısının fikrincə, əgər qlobal tədbirlər görülərsə, xəstəliyi azaltmaq 2021-ci ildə mümkün olacaq («Fox» telekanalı).
«Allaha şükürlər olsun, vaksin texnologiyası artıq var, maliyyələşdimə aparılır. Ona görə də mən optimist olaraq hesab edirəm ki, bu, əbədi davam etməyəcək» - Qeyts əlavə edib.
Muxalifet2 - 23-09-2020
Trampı zəhərləmək istəyən şəxslə bağlı YENİ FAKTLAR
Kanada-ABŞ sərhədində zəhərli maddə ilə dolu məktubun göndərilməsi ittihamı üzrə saxlanılan qadın ABŞ prezidenti Donald Trampı noyabrın 3-də nəzərdə tutulmuş seçkilərdə öz namizədliyini geri götürməyə çağırıb.
Bu barədə Nyu-York ştatının qərb dairəsi üzrə federal dairə məhkəməsinin materiallarına istinadən “Associated Press” bildirib.
Muxalifet2 - 23-09-2020
CƏBHƏDƏ ERMƏNİ TƏXRİBATI ARA VERMİR - Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.
Muxalifet2 - 23-09-2020
“Akopyan müharibəni alovlandıracaq addımlar atır, Əliyeva isə…” - “Daily Sabah”
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan erməni ordusunun işğal altındakı Dağlıq Qarabağda keçirdiyi hərbi təlimlərə qatılıb. Üstəlik, “Kalaşnikov” avtomatı ilə poz da verib. Bu, Ermənistan-Azərbaycan münaqişənin gərginləşdiyi dövrə təsadüf edir.
Muxalifet.az xəbər verir ki, Türkiyənin ingilis dilli nəşrlərindən olan “Daily Sabah” “Anna Akopyan: sülh haqda danışan, lakin müharibəyə üstünlük verən birinci xanım” sərlövhəli məqaləsində belə yazıb.
Muxalifet2 - 23-09-2020
Eldar Həsənovun şəriki də həbs edildi
Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir.
Muxalifet.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Həsənovla biznes ortağı olduğu bildirilən, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də Baş Prokurorluq tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Muxalifet2 - 23-09-2020
“Bəzi məmurlar övladlarının səfərbərlikdə iştirak etməməsi üçün...” - VAHİD ƏHMƏDOV
"Bəzi məmurların hərbi səfərbərlikdə iştirak etməmək üçün övladlarını xaricə göndərməsi barədə məlumatlar yayılır. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələni ciddi araşdırmalıdır. Əgər belə hallar varsa, onlar aşkar edilib ortaya çıxarılmalıdır və həmin məmurların adları açıqlanmalıdır".
Bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
Deputat deyib ki, hərbi səfərbərlikdən kimsə boyun qaçıra bilməz.
Muxalifet2 - 23-09-2020