Axtarış

The search found 105712 results in 0.039 seconds.

Search results

  1. FALÇILAR KƏRƏM HƏSƏNOVUN BACISINI NECƏ ALDADIBLAR? - 3 il ərzində külli miqdarda pulunu ələ keçiriblər

    Xəbər verdiyimiz kimi, Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı Reyhan Ağarzayev dələduzluğun qurbanı olub. Bununla bağlı açılmış cinayət işinin istintaql da artıq yekunlaşıb. 

    Qeyd edək ki, bu ilin fevral ayında 31 yaşlı Ceyhun Şahin oğlu Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Reyhan Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

    Muxalifet2 - 20-09-2020

  2. Prokuror və istintaqçıların qorxduğu və tir–tir əsdiyi “hakim” kimdir? – QAFAR İSKƏNDƏROV YAZIR

    16 may 2017-ci il tarixdə “Regal” MTK tikinti şirkəti tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan, 2 mərtəbəli və bütün qeydiyytat sənədləri olan evim qanunsuz olaraq sökülərək darmadağın edilib. 4 ildir ki, Nəsimi  rayon icra başçısı Asif Əsgərov və Nəsimi rayon prokuroru Salman Məmmədli tərəfindən hüquqlarım müdafiə edilmədiyi üçün kompensasiya ala bilməmişəm. Ev söküləndən bir neçə gün sonra mənim iştrakım olmadan saxta səndələşmə olub, saxta müqavilə heç bir mülkiyyət hüququ olmayan şəxslər tərəfindən aparılıb.

    Muxalifet2 - 20-09-2020

  3. ​Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib - FOTOLAR

    Ötən həftə “Nar”ın dəstək olduğu “Baku Fight Lab” boks klubunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi” keçirilib. Azərbaycan Peşəkar Boks Federasiyasının lisenziyası əsasında keçirilən tədbir Azərbaycan boksçularının beynəlxalq arenada tanıtımı məqsədi daşıyır.
    “Boks gecəsi”ndə 16 peşəkar boksçu ümumilikdə 8 döyüş keçirib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həmçinin həvəskar karyerasında böyük nailiyyətlər qazanmış və peşəkar rinqdə debüt edən idmançılar da iştirak edib.

    Muxalifet2 - 20-09-2020

  4. 136 MİN DOLLARLIQ RÜŞVƏT QALMAQALI – “Bəxtiyar Babayevin müstəntiqə rüşvət verdiyini təsdiq edən səs yazısı mövcuddur”

    Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşayan Babayev Bəxtiyar Zəkara oğlunun etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi 29, mənzil  8-də yaşayan Abdullali Xanlar Şirin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet2 - 20-09-2020

  5. BİR DÖVLƏT, İKİ 20 SENTYABR... – 26 il öncə “Moskva uşaqları”nı 2-ci qiyama təhrik edən gün

    Bu gün “Neftçilər günü”dür. Bəlkə də bir çoxları son 217 ildən bəri il boyunca hər gün neft hasil edilən ölkəmizin neft gününün nədən 20 sentyabrda qeyd edildiyini bilmir.

    Neftimizin tarixi 200 ildən artıq olsa da, neftçilərə həsr edilmiş günün tarixi 26 ildir. 26 il öncə məhz bu gün Azərbaycanda, tarixə “Əsrin müqaviləsi” kimi düşmüş neft sazişləri bağlanıb. Məhz həmin günü Azərbaycanın Moskvadan qazandığı iqtisadi müstəqillik günü hesab etmək olar.

    Muxalifet2 - 20-09-2020

  6. ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi

    ABŞ-ın Texas ştatının Hyuston şəhərində iki azərbaycanlı koronavirusdan (COVID-19) dünyasını dəyişib. "Report"un ABŞ bürosunun məlumatına görə, bunlar Rusiya vətəndaşları, əslən Azərbaycanın Quba rayonundan olan 1960-cı il təvəllüdlü Rəsulova Ruqiyyə Ramiz qızı və onun qızı Canıyeva Ruslana Tofiq qızıdır.

    Muxalifet2 - 20-09-2020

  7. Söyüş söymək, söydürmək və ya... - Əlizadə NƏHMƏDAĞAOĞLU YAZIR

    Əvvəla “söyüş söymək eyibdir”, - deyib hayqıranda bu işlə mənəvi cəhətdən şikəst olan beş-on adam məşğul olurdu. Amma indi çoxları klaviatura qarşısına keçərək, nifrin yağdırır. Nalayıq sözləri havada uçuşur, sosial şəbəkələr, xaricidən yayımlanan internet tv-ləri kin qusur, ifunət qoxur. İnsanların çoxu məsuliyyət hissini itirib, kimin kimdən xoşu gəlmirsə, onun adından üç-dörd cümlə yazıb, cəmiyyətə ötürür. Adam özünü müdafiyə etməyə macal tapmamış, təkcə dirisinə deyil, ölüsünə də dil uzadırlar.

    Muxalifet2 - 20-09-2020

  8. Bakıda pulları sağa-sola səpən yeniyetmə, onu “ovlayıb” 35 min dollar alan quldurlar... - ATASININ SEYFİNDƏN, YOXSA BANKDAN?

    Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin – Aydəm Cəfərov, Xeyrulla Mahmudov, Elsevər Xanlarov, Elnur Həsənli və Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Muxalifet2 - 20-09-2020

  9. ​“SAHİL BABAYEV ƏLİLLƏRİN “QANINI İÇİR”” – İkinci qrup əlil ölkə başçısına müraciət etdi / VİDEO

    Cəlilabad rayon sakini, 2-ci qrup əlil Nuriyev Faba Ovezoviç oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. 

    Rayonun Səməd Vurğun küşəsində yerləşən, Qaz İdarəsinə məxsus mənzildə yaşayan Faba Nuriyev sosial vəziyyətinin acınacaqlı olduğunu bildirir. Şikayətçi, bütün bunlara rəğmən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onun yardımla bağlı müraciətinə əsassız olaraq “yox” cavabı verdiyini deyir.

    Onun video-müraciətini olduğu kimi təqdim edirik:

    Muxalifet2 - 20-09-2020

  10. Minskdə etirazçılar Lukaşenkonun iqamətgahına doğru gedirlər - YENİLƏNİB, FOTO

    Minskdə keçirilən "Həmrəylik Marşı" aksiyasına toplaşan on minlərlə insan Belarus Prezidenti Aleksandr Lukaşenkonun iqamətgahına tərəf gedir.

    Yerli KİV-lər bildirir ki, güc strukturları hələ ki insanların hərəkətinə mane olmurlar, lakin şəhərin mərkəzinə cəlb olunmuş milis naryadları hazır vəziyyətdədirlər və əmr gözləyirlər.

    16:40

    Hüquq-mühafizə orqanları Minskdə "Həmrəylik Marşı" adlı etiraz aksiyasının iştirakçılarının saxlanılmasına başlayıblar.

    Muxalifet2 - 20-09-2020

  11. Azərbaycanda daha 146 nəfər koronavirusa yoluxdu – 1 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

    Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1 858 nəfərdir.

    Muxalifet2 - 20-09-2020

  12. Ermənistanın Qarabağa PKK-çıları daşıması Rusiyada təhdid kimi qarşılandı - "YEREVAN TƏHLÜKƏLİ REGİONAL PROSESLƏR BAŞLADIR...”

    Əgər əvvəllər Ermənistanın Yaxın Şərq istiqamətindəki fəaliyyəti sporadik xarakter daşıyırdısa indi Yerevan hökumətyönümlü ekspertlər səviyyəsində “ölkənin Yaxın Şərqə qayıtması” haqda danışır. Bu ambisioz plana uyğun olaraq Ermənistan XİN-in rəhbəri bu günlərdə Misirə baş çəkib. Bəs Yerevanın Yaxın Şərqdə fəallaşması Rusiya üçün hansı risklər yaradır?

    Bu suala gazeta.ru portalı öz şərhində aydınlıq gətirməyə çalışıb.

    Muxalifet2 - 20-09-2020

  13. Bəşər Əsədə sui-qəsd planı - TRAMP MƏHKƏMƏYƏ VERİLİR

    Suriya Vəkillər İttifaqı 2017-ci ildə ölkə lideri Bəşər Əsədə sui-qəsd niyyətləri ilə bağlı səsləndirdiyi fikirlərə görə ABŞ Prezidenti Donald Trampın məhkəməyə verilməsi imkanlarını araşdırır.

    Bu barədə İttifaq sədri Firas Fares məlumat yayıb.

    “İki həftə sonra məhkəmənin milli maraqlarımıza uyğun olub-olmadığını və bunun necə fayda verəcəyini müəyyənləşdirmək üçün vəkillərin konfransı keçiriləcək”, - deyə Firas Fares bildirib.

    Muxalifet2 - 20-09-2020

  14. Kəmaləddin Heydərovun oğlu məhkəmə qarşısında

    Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Ali Məhkəmədə torpaq iddiası ilə bağlı məhkəmə prosesi keçirilib.

    Muxalifet2 - 20-09-2020

  15. ​Tikinti şirkəti Qurban Məmmədovu məhkəməyə verdi

    “Atlant-İnşaat” MMC hazırda Londonda yaşayan mühacir Qurban Cəlal oğlu Məmmədovu və qeyrilərini yaşayış sahəsi ilə bağlı məhkəməyə verib.

    Muxalifet2 - 20-09-2020

  16. Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

    Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb. 

    Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər. 

    Muxalifet2 - 20-09-2020

  17. "Neftçi" "Qarabağ"ı məğlub etdi - YENİLƏNİB

    Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

    Turun son oyununda "Qarabağ" "Azersun Arena"da "Neftçi"ni qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

    Matçda hesab 10-cu dəqiqədə açılıb. Ağdam klubunun heyətində Kvabena Ovusu fərqlənib. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Komandalar fasiləyə bu hesabla yollanıblar.

    Muxalifet2 - 20-09-2020

  18. "Qalatasaray" çempionu məğlub etdi

    Türkiyə Super Liqasında II turun mərkəzi görüşü çempion "Başakşehir"lə "Qalatasaray" komandaları arasında keçirilib. 

    Görüş "sarı-qırmızılar"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 14-cü dəqiqədə Radamel Falkao, 76-cı dəqiqədə isə Yunes Belhanda vurub. Bununla da "Cim-Bom" 6 matçlıq fasilədən sonra çempionatda qalib gəlməyi bacarıb. 

    Bu qələbə sayəsində "Qalatasaray" xallarını 6-ya yüksəldib. İkinci matçından da məğlubiyyətlə ayrılan "Başakşehir" isə son pillələrdə qalıb. 

    Muxalifet2 - 20-09-2020

  19. HEYDƏR ƏLİYEV ORDENİ ONA HARAMDIR! – Eldar Sabiroğlu “casus olayı”ndan yazır…

    Siyahıda onların çoxunu tanıyıram. Rusiyanın adamları ola bilməzlər. Bir anlığa göz önünə gətirin. Necə başa düşək ki, günçıxandan, günbatana rəhbərlik etdikləri media vasitəsilə Rusiyanı yaş yuyub, quru sərirlər, sonra da boş vaxtlarında rusların xüsusi xidmət orqanları ilə əməkdaşlıq qururlar?! Düşmən Ermənistanla Rusiyanın birlikdə hazırladıqları uydurma yalan və böhtanın üstü açıldı, onlar ifşa olundular. DTX-nın fəaliyyətini bu məsələdə xüsusi dəyərləndirirəm.

    Muxalifet2 - 20-09-2020

  20. ABŞ kəşfiyyatı Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarladı - MİLYONLARLA DOLLAR...

    ABŞ Maliyyə Nazirliyinin ən qapalı strukturlarından biri olan maliyyə cinayətləri ilə mübarizə bölməsi FinCEN Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova bağlı firmaya Rusiyadan şübhəli pul köçürmələrini aşkar edib. Söhbət milyonlarla dollardan gedir. Bu haqda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) və “BuzzFeed News” nəşrinin birgə araşdırmasında deyilir.

    Muxalifet2 - 21-09-2020

Pages