Axtarış

The search found 105712 results in 0.042 seconds.

Search results

  1. ŞƏMKİR ÜZƏRİNDƏ ERMƏNİ APARATI VURULDU - Hədəfin məhv edilmə anı / VİDEO

    Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

    Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.
    Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

    ***

    Muxalifet2 - 21-09-2020

  2. AZƏRBAYCANDA MÜHARİBƏYƏ HAZIRLIQ - Ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

    Məlumatda deyilir:

    "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyat keçirilir".

    Muxalifet2 - 21-09-2020

  3. EVLƏRİN VƏ TORPAĞIN QİYMƏTİ XEYLİ DÜŞƏCƏK ... - "Banklar qiymətlərin daha da düşəcəyindən xəbərdar olduğu üçün..."

    Koronavirus pandemiyası bir sıra sahələrdə qiymət artımına səbəb olsa da, bəzi sahələrdə qiymətlərin enməsinə kömək edib. Xüsusilə Azərbaycanın bölgələrində daşınmaz əmlakın qiymətləri ilə bağlı vəziyyət dəyişib. Daha öncəki aylarla müqayisədə bölgələrdə daşınmaz əmlakın qiymətində enmə müşahidə olunur.

    Vəziyyətin bu cür davam etməsi real alıcılara daha uyğun zaman seçməyə imkan verir. Real alıcıları isə bir neçə sual maraqlandırır: bu vəziyyət davam edəcəkmi?

    Muxalifet2 - 21-09-2020

  4. ALMANİYA TÜRKİYƏ-YUNANISTAN GƏRGİNLİYİNİN MƏRKƏZİNDƏ – Ankara kimlərin və hansı planlarını pozur?

    Aralıq dənizinin şərq hissəsində Türkiyə və Yunanıstan arasındakı münaqişə yeni və daha sərt qarşıdurma fazasına qədəm qoyur.

    Muxalifet2 - 21-09-2020

  5. Milli Məclisin də könüllüləri olacaq

    Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üçün qanunverici işlər planı müəyyənləşib.

    “Report” xəbər verir ki, komitənin işlər planına “Deputat könüllüləri” layihəsinin icrası və hər bir komitə üzvünün öz könüllülərini seçərək təqdim etməsi, Parlament könüllülərinin yaradılaması və parlamentdə fəaliyyət göstərəcək 10 könüllünün seçilməsi, kömitə üzvlərinin seçildiyi ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərin təşkili daxildir.

    Muxalifet2 - 21-09-2020

  6. Azərbaycana koronavirus peyvəndinin gətirilməsi ilə bağlı saziş imzalandı

    2019-cu ilin sonundan etibarən dünyada sürətlə yayılan SARS-CoV-2 virusuna görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə və iqtisadi sistemlərini böhran vəziyyətinə salıb. Pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ də hazır deyil.

    Bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda bildirilib.

    Muxalifet2 - 21-09-2020

  7. CƏBHƏDƏ ŞİDDƏTLİ ATIŞMA - Azərbaycan ordusunun hərbçisi şəhid oldu

    Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet2 - 21-09-2020

  8. Trampa zəhərli bağlama göndərən qadın tutuldu - KANADAYA QAÇMAQ İSTƏYƏRKƏN

    ABŞ Prezidenti Donald Trampa zəhərli risin maddəsi olan bağlamanı göndərən qadın olub.

    Bu barədə CNN hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

    Polislər silahlı qadını Nyu-York ştatında saxlayıblar. Tezliklə onun barəsində ittiham irəli sürüləcək.

    Adı açıqlanmayan qadının ABŞ-ın gömrük və sərhəd xidmətlərinin əməkdaşları tərəfindən “Sülh körpüsü” keçid məntəqəsində saxlanıldığı bildirilir.

    Ağ Evə zəhərli risin maddəsi göndərən qadın ABŞ-dan Kanadaya keçmək istəyib.

    Muxalifet2 - 21-09-2020

  9. ABŞ dövlət katibi Qarabağ danışıqlarını bərpa etməyə çağırdı - YEREVANA MƏKTUB...

    ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiqdir.

    Virtualaz.org bildirir ki, ABŞ Dövlət katibi Mayk Pompeonun Ermənistana müstəqillik günü münasibətilə ünvanladığı məktubda belə deyilir.

    “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalırıq və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq”, - deyə Dövlət katibi qeyd edib.

    Muxalifet2 - 21-09-2020

  10. Şəhid olan çavuş tovuzludur - 2 övladı var

    Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov Tovuz rayon Qazıqulu kənd sakinidir.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, o, ailəlidir və 2 azyaşlı övladı var.

    Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

    Muxalifet2 - 21-09-2020

  11. "Koronavirus daha öldürücü virus deyil..." - "London Kral Cəmiyyəti" yeni araşdırma təqdim etdi

    İngiltərənin "London Kral Cəmiyyəti" ölkənin ən tanınmış virusoloqlarının ibarət SET-C (Science in Emergency Tasking - Covid-19) qrupu tərəfindən aparılan araşdırmaların nəticələrini yayınlayıb.

    Muxalifet2 - 21-09-2020

  12. Azərbaycan Gürcüstana 21,6 mindən çox dərslik göndərib

    Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21 613 ədəd dərslik və metodik vəsait göndərilib.

    Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

    Sözügedən dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

    Muxalifet2 - 22-09-2020

  13. İstanbulda amerikalı jurnalistin meyiti aşkarlanıb

    Türkiyənin İstanbul şəhərində ABŞ vətəndaşı olan jurnalist Andre Vlçekin meyiti tapılıb.

    "Habertürk"-ün xəbərinə görə, jurnalistin meyiti sentyabrın 22-də səhər saatlarında şəhərin Beyoğlu rayonunun Karaköy məhəlləsində avtomobilində aşkarlanıb.

    Jurnalistin meyiti Karaköyün Kemakeş küçəsindəki bir mehmanaxananın qarşısında tapılıb.

    Muxalifet2 - 22-09-2020

  14. Gürcüstan polisi gücləndirilmiş iş rejiminə keçib

    Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlament seçkilərinin azad, təhlükəsiz və dinc şəraitdə keçirilməsinin təmin olunması ilə bağlı əmr imzalayıb.  

    Ölkənin bölgələrində polis bölmələrinin fəaliyyət göstrədiyi ərazilərdə qanun pozuntularının qarşısının alınması və onlara reaksiya verilməsi üzrə qruplar yaradılacaq.

    Əmrə əsasən, polis əməkdaşları vəzifələrini yerinə yetirərkən siyasi bitərəflik prinsipinə ciddi əməl etməlidirlər.

    Muxalifet2 - 22-09-2020

  15. Osloda karantin məhdudiyyətləri sərtləşdirilib

    Norveç paytaxtı Oslonın səlahiyyətliləri şəhərin bütün rayonlarında koronavirusun yayılma səviyyəsinin ən yüksək – “qırmızı” həddə çatmasından sonar infeksiyanın yayılmasına qarşı mübarizə tədbirlərini sərtləşdirməyə qərar verib.

    Bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.

    Qeyd olunub ki, Osloda son üç həftə ərzində həftəlik qeydə alınan koronavirusa yoluxma hallarının sayı 113 nəfərdən 306 nəfərə yüksəlib. İndi şəhərin bütün ərazisi Norveçin İctimai Səhiyyə İnstitutunun interaktiv xəritəsində qırmızı rəngə boyanıb.

    Muxalifet2 - 22-09-2020

  16. Səhər yeməyi üçün ən təhlükəli qidalar açıqlanıb

    Rusiyalı həkim-dietoloq İnna Kononenko səhər yeməyində istifadəsi sağlamlığa zərər verə və piylənməyə səbəb ola biləcək məhsulların adlarını açıqlayıb.

    “RİA Novosti” xəbər verir ki, mütəxəssis hər şeydən əvvəl rasiondan tezbişən sıyıqların çıxarılmasını tövsiyə edib, çünki onlar qanda şəkərin səviyyəsini kəskin şəkildə artırır və insulinin çoxalmasına səbəb olur.

    “Nəticədə elə alınır ki, mədədə sıyıq, qanda qlükoza olmur və adam yenidən yemək istəyir”, - o izah edib.

    Muxalifet2 - 22-09-2020

  17. Malları dəyişdirməyən, qaytarmayan mağaza sahibləri cərimələnəcək

    Son zamanlar bir sıra ticarət obyektlərində “Alınan mallar geri qaytarılmır” kimi lövhələrin asılması halları müşahidə olunur.

    Muxalifet.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin açıqlamasında bildirilir.

    Muxalifet2 - 22-09-2020

  18. Balakəndə zəlzələ oldu

    Sentyabrın 22-də Zaqatala stansiyasından 23 kilometr şimal-qərbdə - Balakən rayonunda maqnitudası 3.2 olan zəlzələ baş verib.

    Muxalifet.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 12:35-də qeydə alınıb.

    Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

    Muxalifet2 - 22-09-2020

  19. Azərbaycanda 98 yeni yoluxma faktı qeydə alınıb

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasın 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

    Muxalifet2 - 22-09-2020

  20. Milli Məclisin 5 deputatı xaricdən mal sifariş etdi

    Milli Məclisin 5 deputatı 6 sıravi vətəndaşla birgə xaricdən mal sifariş ediblər.

    Bu barədə “Report”a açıqlamasında həmin deputatlardan biri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev məlumat verib.

    Onun sözlərinə görə, bunu etməkdə əsas məqsəd həmin sifarişlər gələn zaman ödəmədə və almaqda hansı əngəllərin olacağını öyrənməkdir:

    Muxalifet2 - 22-09-2020

Pages