Axtarış

The search found 105712 results in 0.032 seconds.

Search results

  1. Ağstafada bələdiyyə sədrinə cinayət işi açıldı

    Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

    Bu barədə Qazax rayon prokurorluğundan məlumat verilib. 

    Həmin tədbirlərdən biri kimi, Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sədri işləyən Ariz Bayramovun  qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Qazax rayon prokurorluğunda araşdırma aparılmışdır.

    Muxalifet2 - 15-09-2020

  2. "BakuBus"ın ikinci avtobusu yandı - BU AY ƏRZİNDƏ

    Bu gün səhər saat 06:10 radələrində 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 038 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib. Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan yoxdur.

    Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.  

    Muxalifet2 - 15-09-2020

  3. “Lukaşenkonun bu ölkənin lideri olaraq gələcəyi yoxdur” - MÜXALİF LİDER

    “Etməli olduğumuz birgə olmaqdır. Daha qarşımızda "Qalib gələ bilərikmi?" sualı durmur. Biz artıq qalib gəlmişik”.

    Bu barədə Belarusda keçirilən prezident seçkilərində sabiq namizəd Svetlana Tixanovskayanın “Washington Post” üçün yazdığı məqaləsində qeyd olunub.

    Muxalifet2 - 15-09-2020

  4. Bu gecədən hava qeyri-sabit keçəcək - SENTYABRIN 18-DƏK

    Bakıda və Abşeron yarımadasında sentyabrın 15-i axşamdan 16-sı axşamadək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

    Muxalifet2 - 15-09-2020

  5. Ermənilərin Tovuzda növbəti təxribatı - AZƏRBAYCAN ORDUSUNUN HƏRBÇİSİ YARALANDI

    Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

    Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

    Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

    Muxalifet2 - 15-09-2020

  6. Azərbaycanlı jurnalist Almaniyada dinindən döndü - XRİSTİANLIĞI QƏBUL ETDİ

    Azərbaycandan olan jurnalist və yazıçı Əbil Həsənov Almaniyaya mühacirət edib və orada sığınacaq almaq üçün xristianlığı qəbul edib. Virtualaz.org xəbər verir ki, bu haqda “Westfalen-Blatt” adlı alman nəşri yazır.

    Muxalifet2 - 15-09-2020

  7. "ASAN xidmət"in Aparat rəhbəri işdən çıxarıldı

    Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli vəzifəsindən azad olunub.

    "Report"un xəbərinə görə, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev əmr imzalayıb. A.Cəfərli Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

    Muxalifet2 - 15-09-2020

  8. "Əli Həsənov Türkiyədə oturub, öz kayfındadır" - Hafiz Hacıyev

    Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyə klinikasında müalicə aldığı barədə xəbər öz təsdiqini tapmayıb. Belə ki, sözügedən klinikadan bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb. Bundan əlavə hazırda Əli Həsənov Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər istirahət etməsi barəsində də iddialar səsləndirilir. Sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir.

    Muxalifet2 - 15-09-2020

  9. Ukrayna Belarusdakı prezident seçkilərinin nəticələrini tanımadı

    Ukrayna Ali Radası Belarusda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib.

    Müvafiq sənəd Ali Radanın rəsmi saytında dərc olunub.

    Bəyanatda seçkilərin “nə azad, nə də ədalətli” keçirildiyi qeyd olunub.  

    “Ukrayna Ali Radası hesab edir ki, Belarusdakı prezident seçkiləri nə azad, nə də ədalətli keçirilib. Seçkilər namizədlər arasında rəqabətin, azad mətbuatın, həmçinin ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatlardan nüfuzlu müşahidəçilərin olmadığı bir mühitdə keçirildi”, - sənəddə qeyd olunub.

    Muxalifet2 - 15-09-2020

  10. Azərbaycanda daha 114 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet2 - 15-09-2020

  11. Rusiya “İsgəndər-M” raketlərini ilk dəfə işə saldı, İdlibə zərbə endirdi - MÜDAFİƏ NAZİRLİYİ SUSUR...

    Rusiya Hava Kosmik Qüvvələri sentyabrın 15-də Suriyanın şimalında, İdlib vilayətində “Hayat Təhrir əş-Şam” qruplaşmasının düşərgəsinə şiddətli raket-bomba zərbələri endirib. Bu haqda Rusiya mənbələri bildirir. Hərçənd Rusiya Müdafiə Nazirliyi məlumatları şərh etmir.

    Muxalifet2 - 16-09-2020

  12. Tixanovskaya Lukaşenkoya vəd etdi - TƏHLÜKƏSİZLİK ZƏMANƏTİ VƏ...

    Belarus prezidentliyinə namizəd olan Svetlana Tixanovskaya hazırkı Prezident Aleksandr Lukaşenko iqtidarı dinc yolla tərk edərsə, şəxsi təhlükəsizlik zəmanəti alacağını bildirib.

    Tixanovskaya bu barədə “LB.ua” informasiya portalına açıqlama verib.

    “Əlbəttə, insani olaraq dinc yolla ayrılırsa, belə bir ehtimal var. Hətta əminlik də demək olar. Şəxsən mən bütün insanların əvəzinə danışmalıyam. Bu məsələdə bütün insanların fikri nəzərə alınacaq”,- Tixanovskaya qeyd edib.

    Muxalifet2 - 16-09-2020

  13. GƏNCƏ SƏMASINDAN DÜŞMƏNƏ GÖZDAĞI – Bu dəfə istiqamət başqadır...

    Bu dəfə Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü təkcə əlamətdar tarixi gün kimi qeyd olunmadı. İyul ayında Tovuz istiqamətindəki hərbi toqquşmalar və Qarabağ problemi ətrafında yaranan hazırkı mürəkkəb durum Bakının işğaldan azad olunması kimi tarixi hadisənin ildönümünü müasir şərait baxımından daha vacib və aktual tədbirə çevirdi.
     

    Muxalifet2 - 16-09-2020

  14. Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 3 NƏFƏR DƏ VƏFAT ETDİ / FOTO

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 38 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1 940 olub.

    Muxalifet2 - 16-09-2020

  15. “Kərəm Həsənovdan soruşmaq lazımdır ki, bu qədər pul sənin bacında haradandır?” – Hikmət Hacızadə

    “Təəssüf ki, insanlar rasional düşünmək əvəzinə, belə cəfəng işlərlə məşğuldur. Yaxşı olar ki, hüquq-mühafizə orqanları Kərəm Həsənovun bacısının əlində o qədər vəsaitin necə toplanmasını araşdırsınlar. Soruşmaq lazımdır ki, bu qədər pul hardandır ki, falçıya verirsən? Əslində, bu sualı hakim verməlidir. Bəlkə, falçı inkar edəcək ki, pul almayıb, çünki bunu sübut etmək lazımdır. Rəna Ağarzayeva o qədər pulu notarius vasitəsilə verməyibsə, sübut etmək çətin olacaq. Bunlar mövhumatın yaratdığı tragikomediyadır”.

    Muxalifet2 - 16-09-2020

  16. PKK-nın QARABAĞ KÖÇÜ – Azərbaycanın Türkiyə ilə birgə hərbi əməliyyatlara başlaya bilər

    Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətdə olduqları illərdə Dağlıq Qarabağ separatçılarını himayə edərkən, bölgənin ağır demoqrafik problemini də həll etməyə çalışırdılar. Ancaq nə qədər çalışsalar da, buna müvəffəq ola bilmirdilər. 

    Muxalifet2 - 16-09-2020

  17. Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - QALMAQAL

    Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğlu Şamxal Həsənliyə məxsus S Aqro MMC-də qalmaqal yaşanır.

    Bu haqda şirkətin əməkdaşları məlumat veriblər.

    Məlumata görə, spirtli içkilərin istehsalı ilə məşğul olan S Aqro MMC-nin işçilərin maaş kartlarını özlərinə verməməsi, əməkdaşların böyük qismi ilə əmək müqavilələrinin bağlanmaması şirkətdə ciddi narazılığa səbəb olub.

    Muxalifet2 - 16-09-2020

  18. TÜRKİYƏ İLƏ RUSİYA ARASINDA ATƏŞKƏS ANLAŞMASI - Tərəflər Liviya məsələsində razılaşmağa yaxındırlar

    Ankaradakı danışıqlar zamanı Türkiyə və Rusiya nümayəndə heyətləri Liviyada atəşkəs şərtləri ilə bağlı razılığa yaxınlaşdılar.

    Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

    "Dünən Ankarada Liviya ilə bağlı danışıqlar aparıldı, bu gün Suriya mövzusunda aparılır. Liviyada atəşkəs şərtləri ilə bağlı razılığa yaxın olduğumuzu söyləyə bilərik", - deyə türkiyəli nazir bildirib.

    Muxalifet2 - 17-09-2020

  19. Prezident naziri küçənin ortasında döydü - DÜNYANI HEYRƏTƏ SALAN VİDEO

    Qvineya prezidenti Alfa Konte ölkənin əmək nazirini döyüb.

    Yerli KİV-lər xəbər verir ki, hadisə küçədə baş verib. Dövlət başçısı hökumət üzvünü öz vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirməməkdə və işinə məsuliyyətsiz yanaşmaqda ittiham edərək əsəblərini cilovlaya bilməyib və onu küçənin ortasında yumruqlamağa başlayıb.  

    Alfa Kontenin internetdə yayılan görüntüləri böyük rezonans doğurub.

    Muxalifet2 - 17-09-2020

  20. Əli Əhmədovun dəbdəbəli bağ evi: 2 hovuz, 6-7 villa…

    “Bu gördüyünüz Buzovna qəsəbəsində 2 hektardan çox ərazidə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun malikanəsidir”.

    Muxalifet2 - 17-09-2020

Pages