Axtarış
The search found 105712 results in 0.062 seconds.
Search results
“RUSİYA AZƏRBAYCANDA GÜZƏŞTƏ GETMƏYƏ HAZIRDIR...” – “1992-ci ildəkinə oxşar vəziyyət yaranır”
Türkiyənin Cənubi Qafqazda fəallaşması açıq hiss edilir. Ermənistanı çıxmaq şərtilə, rəsmi Ankara həm Gürcüstan, həm də Azərbaycanla yüksək səviyyəli əlaqələrə daxil olub, bu ölkələrdə kifayət qədər dayaqlar yarada bilib. Rusiya isə son illər regionda daha çox Ermənistanda möhkəmlənməyə diqqətini ayırıb. Son Tovuz təxribatından sonra Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan tendensiya da bunu ortaya çıxarıb.
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bu mövzu ətrafında “AzPolitika.info”-nun suallarına cavab verib.
Muxalifet2 - 11-09-2020
“BAKI BİRDƏFƏLİK MOSKVADAN ÜZ DÖNDƏRƏR...” - Kanada kəşfiyyat dərgisi
Kanadanın “Geopolitical Monitor” beynəlxalq kəşfiyyat araşdırmaları dərgisi Rusiyanın Cənubi Qafqazda mövqelərini gücləndirməsindən və son zamanlar Ermənistanı yeni silahlarla təchiz etməsindən yazır.
Muxalifet2 - 12-09-2020
15 yaşlı qızı hamilə buraxan müəllimlə bağlı hökm ləğv edildi - İşə yenidən baxılacaq
Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan 60 yaşlı Məmmədov Şəfahətlə bağlı məhkəmə qərarından apelyasiya şikayəti təmin olunub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.
O bildirib ki, həmin şəxsə cəmi bir il azadlıqdan məhrumetmə cəzasının verilməsi ictimailəşdirdikdən sonra, Milli Məclisin sədr müavini Adil Əliyev qeyd olunan məsələni nəzarətə götürüb və öz hesabına vəkillə təmin etmişdi:
Muxalifet2 - 12-09-2020
“MEYİTİNİ PİLLƏKƏNLƏRƏ ATIB, BAŞI KƏSİLİB SİNƏSİNƏ QOYULUB...” - Kim Çen In dayısını necə öldürdüyünü Trampa danışıb
ABŞ-da prezident Donald Tramp haqda daha bir kitab çapdan çıxıb. Bu dəfə Ağ evdə akreditə olunmuş jurnalist Bob Vudvordun “Qəzəb” adlı kitabında Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşləri və münasibətləri barədə özəl məlumatlar paylaşılır. Bu məlumatları müəllifə vaxtilə Tramp özü çatdırıb.
Muxalifet2 - 12-09-2020
Navalnı daha güclü “noviçok”la zəhərlənib – Alman kəşfiyyatı
Almaniyanın “Der Spiegel” jurnalı ölkənin xarici kəşfiyyat xidmətinin rəhbərinə istinadən xəbər verir ki, Aleksey Navalnını zəhərləmək üçün istifadə olunan noviçok maddəsi əvvəlki formalardan daha güclü olub.
“Der Spiegel” jurnalının məlumatına görə, Almaniyanın xarici kəşfiyyat xidmətinin rəhbəri Bruno Kahlın zəhərin potensial təsiri ilə bağlı gizli görüşün keçirildiyini desə də, əlavə məlumat verməyib.
Muxalifet2 - 12-09-2020
"BU, MÜHARİBƏ CİNAYƏTİDİR!" - "Həyasızlaşmış Ermənistan rəhbərliyinin məqsədi..."
"Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb".
"AzərTac" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Muxalifet2 - 12-09-2020
Siyavuş Novruzov YAP-ın qərargahını tərk etdi
Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov YAP-ın qərargahını tərk edib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, S.Novruzov partiyanın qərargahına gəlmir.
Onun kabineti də boşaldılıb.
Məlumatda o da qeyd olunub ki, mətbuatda hakim partiyanın növbəti qurultayının keçiriləcəyi ilə bağlı müzakirələr aparılsa da, YAP-ın bu barədə yekdil qərarı yoxdur.
Muxalifet2 - 12-09-2020
Çingiz Abdullayevin “cahillik əsasnaməsi”
Özünü (bütün məsələlərdə) özgə dildə düşünmək çətin işdi (hətta arxanda milli bayrağın olsa belə)...
Muxalifet2 - 12-09-2020
Nizami Xudiyevin oğlu işdən çıxarılıb? - YENİLƏNİB
Bakı şəhər Prokurorluğu Nizami Xudiyevin prokurorluq orqanlarında çalışan oğlunun işdən çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Bakı şəhər Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, bəzi KİV-də Nazim Nizami oğlu Xudiyevin tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlar yalandır: "Nazim Xudiyev hazırda Bakı şəhər Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışır".
Qeyd edək ki, Nazim Xudiyev AzTV-nin sabiq rəhbəri Nizami Xudiyevin oğludur.
**
Muxalifet2 - 12-09-2020
ELDAR HƏSƏNOVUN VƏSATƏTİNƏ BAXILDI - Sabiq səfirin istəyi qəbul edilmədi
Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənov məhkəməyə müraciət edib. Eldar Həsənov ev dustaqlığına buraxılmasını istəyib.
Nəsimi Rayon Məhkəməsi onun vəsatətini təmin etməyib.
Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanıb.
Muxalifet2 - 12-09-2020
Karantin rejimi ilə bağlı yeni qərar - NƏLƏR DƏYİŞİR?
Sentyabrın 12-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərar imzalanıb.
Muxalifet.az-ın məlumatına görə, Qərara əsasən 2020-ci il 14 sentyabr saat 06:00-dan etibarən:
- Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;
- Sentyabrın 30-dək digər ictimai nəqliyyat növləri kimi şənbə və bazar günləri Metropolitenin sərnişindaşıma fəaliyyətinə fasilə verilir;
- Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilir.
Muxalifet2 - 12-09-2020
Azərbaycanda daha 137 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 38172 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 35607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2006 nəfərdir.
Ölkədə son sutka ərzində 7351, hazırkı dövrədək isə 1 002 727 test aparılıb.
Muxalifet2 - 12-09-2020
Mətbuat fürsətcil diletantlardan təmizlənməlidir - TƏHLİL
Ramiz Mehdiyev və Əli Həsənov cütlüyünün inadkar səyləri nəticəsində ölkə mətbuatı bərbad vəziyyətə salınıb
Muxalifet2 - 12-09-2020
TOFİQ YAQUBLU XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - "City Hospital"a gətirilib / Yenilənib
11 gündür ki, aclıq aksiyası edən Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib. Bu barədə onun qızı Nigar Həzi məlumat verib.
Nigar Həzi atasının "City Hospital"a yerləşdirildiyini bildirib.
Əlavə olaraq onu da qeyd edək ki, Qubad İbadoğlu da məslə ilə bağlı məlumat paylaşıb. Musavat.com-un məlumatına görə, o, Tofiq Yaqublunun reanimasiyaya yerləşdirildiyini və Adil Qeybullanın şəxsən nəzarətində olduğunu bildirib.
Muxalifet2 - 13-09-2020
PUTİNİN ÜZRXAHLIQ SİYAHISI... – Rusiya prezidenti indiyədək kimlərdən üzr istəyib?
Vladimir Putin XİN nümayəndəsi Mariya Zaxarovanın öz “Facebook” açıqlamasında Serbiya prezidenti Aleksandr Vuçiçin Ağ Evə səfəri zamanı oturuşunu Şaron Stounun iştirakı ilə "Əsas instinkt" filminin səhnəsi ilə müqayisə etməsinə görə, Serbiya prezidentindən üzr istəyib.
Muxalifet2 - 13-09-2020
Gürcüstanda daha 152 nəfərdə koronavirus aşkarlandı
Gürcüstanda son sutkada koronavirusa 152 yeni yoluxma faktı təsdiqlənib, 6 pasiyent sağalıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə hökumətin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 2 227 nəfərə, sağalanların sayı isə 1 369-a çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19 nəfər təşkil edir.
Hazırda Gürcüstan üzrə karantində 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır.
Muxalifet2 - 13-09-2020
Koronavirus xəstələrinə iynə vurub öldürürlər? - TÜRKMƏNİSTANI ŞAİYƏLƏR BÜRÜYÜB...
Türkmənistan hakimiyyəti ölkədə koronavirusun olduğunu hələ də inkar edir, hərçənd xəstəxanalar COVİD-19 simptomlu xəstələrlə doludur və üstəlik ölkəni bürüyən şaiyələrə görə, onları hansısa iynə ilə öldürürlər.
“Azadlıq” radiosunun türkmən xidməti xəbər verir ki, Türkmənistan hakimiyyəti sentyabrın 7-də qanunvericiliyə dəyişiklik edib. Bu dəyişikliyə əsasən təhlükəli infeksion xəstəliyə yoluxduğunu düşünən adamlar hökmən həkimə müraciət etməlidir. Belə simptomlarla xəstəxanada olanlar isə tibb müəssisəsinin yazılı icazəsi olmadan oranı tərk edə bilməzlər.
Muxalifet2 - 13-09-2020
Bakıda imtahan zamanı kütləvi zəhərlənmə - HADİSƏNİN SƏBƏBLƏRİ ARAŞDIRILIR
Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayacaq ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alınıb.
Belə ki, zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub.
Muxalifet2 - 13-09-2020
Azərbaycanda boşanma ilə bağlı qaydalara dəyişiklik
Baş nazir Əli Əsədov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarında dəyişiklik edib.
Muxalifet2 - 13-09-2020
Eldar Mahmudovun adamı şərti cəza ilə azadlığa çıxıb... - ÖZÜ DƏ DİNDİRİLİB
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik Eldar Mahmudovun adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. O, şərti cəza alaraq həbsdən buraxılıb.
Muxalifet2 - 13-09-2020