Axtarış
The search found 105712 results in 0.033 seconds.
Search results
BAKIDA YOL POLİSİ DEPUTATI QOVUB TUTDU - "Sürücülərdən rüşvət toplayırlar"
Dövlət Yol Polisininin (DYP) əməkdaşı Milli Məclisin deputatı Razi Nurullayevi saxlayıb. Bu barədə R.Nurullayev "Facebook" səhifəsindəki paylaşımında bildirib.
O qeyd edib ki, hadisə ötən gecə Novxanı yolunda baş verib:“99 YP 172 dövlət nömrə nişanlı Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi. Saat 22.50. Birincisi, maşının arxasınca düşüb saxlamaq nə demək? “Bandit” qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır.
Muxalifet2 - 8-09-2020
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...” - TÜRKİYƏLİ ANALİTİK QARABAĞ ƏTRAFINDA BAŞ VERƏNLƏR HAQDA
Ermənistan Livan ermənilərini işğal altında saxladığı Dağlıq Qarabağa və ətraf rayonlara yeləşdirməklə işğalı ilhaqa çevirmək istəyir.
Virtualaz.org xəbər verir ki, bu haqda türkiyəli təhlükəsizlik eksperti Şafak Mert “Cümhuriyyet” qəzetinə açıqlamasında danışıb.
Muxalifet2 - 8-09-2020
Təhsil Nazirliyinin “sevimli” şirkəti - 27 açıq tenderdən 10-nun qalibi olub
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin bu il iyun və avqust aylarında nəticəsini elan etdiyi 27 açıq tenderdən 10-nun qalibi “Sosial İnkişaf Layihə” MMC olub. Bu, “Report”un apardığı araşdırma nəticəsində məlim olub.
Bununla da nazirliyin cəmi 10 manat nizamnamə kapitalına malik “sevimli” şirkətinə 1 407 460 manatlıq sifariş verilib.
Muxalifet2 - 8-09-2020
"RAMİZ MEHDİYEVƏ HÖRMƏTİM OLUB..." - Əli İnsanov: "...amma onunla birgə fəaliyyətimiz ola bilməz"
“Mən onlarla sirdaş olmasam da, həmkar olmuşuq. Bir komandada işləmişik. Yəni, yaxşı günlər də olub, pis günlər də olub. Yeri gəlmişkən, indi bəziləri, ağzıgöyçəklər danşırlar ki, mən Ramiz Mehdiyevlə birləşmişəm. Bu, qeyri-mümkündür. Mən ona bir insan, keçmiş əməkdaş, yoldaş kimi hörmət edə bilərəm. Ancaq mən onunla bir yerdə ola bilmərəm. Bunun sadə izahatı var. Biz siyasətin müxtəlif qütblərindəyik.
Muxalifet2 - 8-09-2020
Binəqədidə məktəbdə şagirdin intihara cəhdi ilə bağlı cinayət işi başlandı - RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq Binəqədi rayonundakı orta məktəbdə 9-cu sinif şagirdinin intihara cəhdi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, sentyabrın 7-də saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 313 nömrəli tam orta məktəbin 9-cu (b) sinif şagirdi Solmaz Hacıyevanın məktəbin 3-cü mərtəbəsində yerləşən otaqlardan birinin pəncərəsindən özünü yerə ataraq intihara cəhd etməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Muxalifet2 - 8-09-2020
Ramiz Mehdiyev daha bir vəzifəsindən azad edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri və tərkibi dəyişdirilib.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təsdiqlənib.
İndiyədək Komissiyanın sədri Ramiz Mehdiyev idi.
Muxalifet2 - 8-09-2020
Azərbaycanda daha 139 nəfərdə koronavirus aşkarlandı - 1 NƏFƏR DƏ ÖLDÜ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.
Ölkədə son sutka ərzində 6798, hazırkı dövrədək isə 973838 test aparılıb.
Muxalifet2 - 8-09-2020
Türkiyədə koronavirusa yoluxanların sayı artır - HƏR YERDƏ MASKA TAXMAQ MƏCBURİ OLDU
Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin tövsiyəsinə və Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun olaraq, Daxili İşlər Nazirliyi 81 vilayət rəhbərliyinə “COVID- 19 Tədbirləri" mövzusunda təlimat göndərib.
Təlimatda bir sıra yeni qaydaların tətbiq olunacağı qeyd olunub. Belə ki, yeni qaydalara görə vətəndaşlar yaşayış məskənləri istisna olmaqla, ölkənin hər yerində (prospektlər, küçələr, parklar, bağlar, gəzinti sahələri, çimərliklər, ictimai nəqliyyat vasitələri, iş yerləri, fabriklər və s.) maska taxmalı olacaq.
Muxalifet2 - 8-09-2020
“Mən Poroşoneko deyiləm, milyardlarım yoxdur” - LUKAŞENKO
Belarus Prezidenti Aleksandr Lukaşenko televiziya kanallarının birinə müsahibəsində milyardlarının olmadığını bildirib.
Virtualaz.org bildirir ki, Belarus lideri milyardları olsa belə, ölkəsini tərk etməyəcəyini deyib:
“Mən Poroşenko deyiləm, milyonlarım və milyardlarım yoxdur. Ancaq olsaydı belə, heç vaxt Belarusu tərk etməyəcəkdim”.
Muxalifet2 - 8-09-2020
“BƏLİ, MƏN ÇOX OTURDUM..." - “Əgər getsəm, tərəfdarlarımı qıracaqlar”
Belarus rəhbəri Aleksandr Lukaşenko bu gün Rusiya jurnalistlərinə müsahibə verib. Müsahibə üçün “Russia Today”in baş redaktoru Marqarita Simonyan, “Qovorit Moskva” radiosunun baş redaktoru Roman Babayan, “Pervıy kanal”ın əməkdaşı Anton Vernitski və “Rossiya 1” televiziyasının əməkdaşı Yevgeni Rojkov Belarusa səfər ediblər.
Muxalifet2 - 8-09-2020
Avropa Məhkəməsi ermənilərin iddiasını rədd etdi - RAMİL SƏFƏROVLA BAĞLI QƏRAR
Avropa İnsan Haqları Məhkəməsi ermənilərin azərbaycanlı zabit Ramil Səfərovla bağlı növbəti iddiasını rədd edib. Virtualaz.org bildirir ki, Ermənistandan olan iki şikayətçi - Budapeştdə öldürülən erməni hərbçi Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan və Macarıstana qarşı qaldırdığı iddia təmin edilməyib.
Muxalifet2 - 8-09-2020
Əli Həsənovla bağlı daha bir AÇIQLAMA
"Yaxşı ki, Əli Həsənovu işdən çıxardılar. Mənim ondan zəhləm gedirdi. ANS-ə təzyiqləri çox idi".
Muxalifet2 - 8-09-2020
Lukaşenkonun zorla deportasiya əməliyyatı – Müxalifət lideri pasportunu cırıb, özünü pəncərədən yerə atıb
Belarusda müxalifət bəyan edib ki, hakimiyyətin müxalifət liderlərindən biri Mariya Kolesnikovanı Ukraynaya deportasiya etmək cəhdi alınmayıb.
Muxalifet2 - 9-09-2020
“PAYIZDA SƏRT KARANTİNƏ QAYITMALI OLACAĞIQ... ” - "Qərar ümumi gedişat analiz edildikdən sonra veriləcək”
Professor Adil Qeybulla isə virusun zəiflədiyini, qışda bitəcəyini güman edir
Azərbaycanda koronavirus pandemiyasının altıncı ayından sonra Operativ Qərargah yumşalmalara başlayıb. “Yeni Müsavat” xatırladır ki, martdan bağlanan rayonlara gediş-gəliş artıq bərpa olunub, kafe-restoranların içində xidmətə icazə verilib, əksər müəssisələr, sahələr işini davam etdirirlər. Bu yumşalmaların iki həftə sonra yoluxmada hansı nəticələr verəcəyini proqnozlaşdırmaq çətindir, lakin indiki statistika ürəkaçandır.
Muxalifet2 - 9-09-2020
Putin Belarusa “maskalılar” göndərib? - ETİRAZÇILARI DÖYƏN MÜLKİ GEYİMLİLƏRDƏN BİRİNİN KİMLİYİ ORTAYA ÇIXDI... / FOTO
Ötən bazar günü Minskdə müxalifətin növbəti etiraz yürüşü zamanı aksiya iştirakçılarını tək-tək tutub xüsusi amansızlıqla döyən mülki geyimlilərdən birinin kimliyi ortaya çıxıb.
Bu şəxs Rusiyanın Sankt-Peterburq şəhərindən olan Andrey Karpovdur. (https://www.facebook.com/adagamov/videos/3247306135386289/?t=5)Muxalifet2 - 9-09-2020
Məşhur şirkətlə bağlı böyük qalmaqal: Müştərilər etiraza başladı
Facebook sosial şəbəkəsində olan və yerli istehlakçıların problemlərlə bağlı üz tutduqları “Müştəriyəm, şikayətim var” qrupu satılıb.
Muxalifet2 - 9-09-2020
İlqar Məmmədova 234 min manat ödənildi
Ali Məhkəmənin qərarı ilə bəraət alan REAL partiyasının sədri İlqar Məmmədova həbsdə qaldığı günlərin müqabilində təyin edilən mənəvi təzminat ödənilib.
Muxalifet2 - 9-09-2020
Ramiz Mehdiyevlə Əli Həsənova daha bir zərbə - FOTO
Prezident yanında Dövlət İdarəçilik Akademiyası bu ali təhsil ocağındakı altı kafedraya müdir vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
Muxalifet2 - 9-09-2020
"BURADA ELƏ BİR PASİYENT YOXDUR" - Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama
Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqlənmir.
Muxalifet2 - 9-09-2020
MALİYYƏ SABİTLİYİ ŞURASI LƏĞV EDİLDİ - İqtisadi Şura yaradıldı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb.
Fərmanda deyilir:
Muxalifet2 - 9-09-2020