Məşhur şirkətlə bağlı böyük qalmaqal: Müştərilər etiraza başladı

Facebook sosial şəbəkəsində olan və yerli istehlakçıların problemlərlə bağlı üz tutduqları “Müştəriyəm, şikayətim var” qrupu satılıb.
Sən demə şirkət rəhbərliyinin qrupu almaqda niyyəti təkcə özlərinə qarşı tənqidlərin qarşısını kəsmək deyilmiş. Orada son bir neçə gündə paylaşılan şikayətlərə baxdıqda görmək olur ki, həm də “Kontakt Home”a rəqib olan şirkətlərlə bağlı məqsədli olaraq qaralama kampaniyaları aparılır. Şirkətin özü ilə bağlı şikayətlər isə demək olar ki, qrup adminləri tərəfindən əngəllənib.
Şirkətin belə bir addım atması sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Hazırda onlarla tanınmış şəxs qrupu tərk etdiklərini bildiriblər. Üstəgəl rəqib şirkətlərin rəhbərləri və hüquqşünaslar qrupda əks-təbliğatın ölkə qanunvericiliyinə zidd oluduğunu bildirirlər. Əgər bununla bağlı məhkəmə iddiası qaldırılarsa, o zaman “Kontakt Home”a qarşı müəyyən sanksiyalar tətbiq oluna bilər.