Axtarış
The search found 105712 results in 0.051 seconds.
Search results
Amerika strateji bombardmançıları və kəşfiyyatçıları Rusiyanın “burnunun ucundan” uçub - GENERAL ATTAŞELƏRİ TOPLADI...
Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, general-polkovnik Sergey Surovkin ABŞ strateji nüvə bombardmançılarının və kəşfiyyat təyyarələrinin bu günlərdə Qara dəniz üzərində, Krım sahillərində həyata keçirdiyi uçuşlar barədə xarici hərbi attaşelərə brifinq verib. Rusiya KİV-ləri xəbər verir ki, general Surovkin həmin manevrlər zamanı azı bir Amerika kəşfiyyat təyyarəsinin Rusiya sərhədlərinə 15 kilometrə qədər yaxınlaşdığını bildirib.
Muxalifet2 - 13-09-2020
Belarusdakı aksiyalarda daha 114 nəfər saxlanıldı
Sentyabrın 12-də Belarusda icazəsiz keçirilən aksiyalar zamanı daha 114 nəfər saxlanılıb.
“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib.Muxalifet2 - 13-09-2020
Azərbaycanda daha155 nəfər koronavirusa yoluxdu – 3 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 38 327 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib, aktiv xəstə sayı 2 009 olub.
Muxalifet2 - 13-09-2020
Paşinyanın qohumu Azərbaycana axan çayın qabağını kəsdi - VİDEO
Ermənistan parlamentinin deputatı, baş nazir Nikol Paşinyanın qohumu Sipan Paşinyan Tovuz rayonu ilə həmsərhəd Doveq kəndində Azərbaycana axan çayın qabağını ekskovatorla kəsib. Və özünün Facebook səhifəsində bu barədə video paylaşıb. Paşinyan bildirib ki, daha bu çayın suyu Azərbaycana axmayacaq.
O, Doveq kəndinin əkin sahələrinin az bir qisminin çaydan özaxınla suvarıldığını, qalan hissəsinin susuzluqdan əziyyət çəkdiyini deyib. Ona görə də deputat kənddə yeni nasos stansiyasının tikildiyini deyib.
Muxalifet2 - 13-09-2020
“Ramiz Mehdiyevlə bərabər gecə-gündüz dövlət başçısına verdiyiniz yalan məlumatlarla…” – ELDAR SABİROĞLU ƏLİ HƏSƏNOV HAQQINDA YAZIR
Uzun illər bir partiyada, lideri Heydər Əliyev olan siyasi təşkilatda idioloji-informasiya və təbliğat sahəsində onunla bərabər çalışdıq. Mərkəzi Qərargahda dışardakı siyasi qrup və dəstələrə qarşı idioloji mübarizə planları bizim - Əlinin və mənim çiyinlərimizdə dayanırdı. Əhliman Tağıyevə təşkilat şöbəsi, zavxozluq isə alnına əbədiyyən yazılmış “Zınqırov Siyavuş”a həvalə edilmişdi. Cəmiyyətdə, eləcə də partiyada bu adama qarşı nifrət həmişə və çox güclü olub. Bəlkə qəsdən, ya bilmədiyim hansısa başqa səbəbdən Zınqırovu mənim vasitəmlə yuxarı başa qaldırdılar.
Muxalifet2 - 14-09-2020
“RAMİZ MEHDİYEVİN HAKİMİYYƏT İDDİALARI QALIR...” - “Onun özündən başqa kölgəsi, yəni tərəfdarları da var”
Arif Əliyev: “Ramiz Mehdiyev, Əli Həsənov və digərləri mövqelərini itirmələrilə barışmırlar, bu mövqeləri bərpa etmək üçün müxtəlif tədbirlərə əl atırlar”
“İndi Mehdiyev gedib, qalanlar düşünməlidirlər ki, biz kimlərlə işləyirik, kimlərə arxalanırıq...”
“Mehdiyevin akademiyanın prezidenti vəzifəsində olması elmə qarşı hörmətsizlikdir...”
Muxalifet2 - 14-09-2020
İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi / VİDEO
Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədovun rayon mərkəzində olan dəbdəbəli villası sakinlər üçün problem yaradıb.
Başçının villasının hasarına bitişik olan səki zəbt edilib və piyadaların hərəkəti çətinləşib. Başçının villası məktəbin yanındadır və zəbt edilən səkidən əsasən məktəblilər istifadə edirdi. İndi həmin səkidə icra başçısının ağacları əkilib.
Bundan başqa, səkinin digər hissəsini isə başçısının villasının həyətində olan tikilinin bir hissəsi zəbt edib. Bu barədə yerli sakinlər sosial şəbəkədə məlumat və video paylaşıb.
Muxalifet2 - 14-09-2020
AZƏRBAYCAN XÜSUSİ TƏYİNATLILARININ HƏMLƏSİ - Düşmənin 25 hərbçisi necə məhv edilmişdi? / VİDEO
Muxalifet2 - 14-09-2020
Suriyada Türkiyə Qızıl Aypara Cəmiyyətinin maşınına silahlı hücum - ÖLƏN VƏ YARALANAN VAR
Türkiyə Qızıl Aypara Cəmiyyətinə məxsus avtomobilə Suriyanın şimalında silahlı hücum olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hücum nəticəsində cəmiyyətin bir üzvü həlak olub, biri isə xəsarət alıb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Muxalifet2 - 14-09-2020
“Rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir” - FƏRİD ŞƏFİYEV
“Son zamanlar Azərbaycanda rus məktəblərinin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində təhsil sahəsinə aid olan məsələ mövcud şəraitdə siyasiləşdirilir. Zənnimcə, bu iki məsələ ayrılmalıdır”.
BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev Ovqat.com-a açıqlamasında belə deyib.
Muxalifet2 - 14-09-2020
Putin-Lukaşenko görüşü başa çatdı: dörd saatdan artıq danışıqlar aparıldı - VİDEO, YENİLƏNİB
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında danışıqlar başa çatıb. Görüş 4 saat 20 dəqiqə davam edib.
Bu barədə "Sputnik Belarus" məlumat yayıb.
Muxalifet2 - 14-09-2020
Gülnarə Kərimovanın oğurladığı milyardlardan 131 milyon dolları geri qaytarılır - İSVEÇRƏ RAZILIĞA GƏLDİ...
İsveçrə Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın oğurladığı və bu ölkədə yerləşdirdiyi aktivlərdən 131 milyon dollarını geri qaytarmağa razılaşıb.
Bu haqda İsveçrə Federal Şurasının saytında bildirilir.
Qeyd olunur ki, tərəflər artıq müsadirə edilmiş və İslam Kərimovun qızına qarşı cinayət işinin araşdırmaları predmeti olan vəsaitlərin geri qaytarılmasına dair çərçivə razılaşması əldə ediblər. Həmin vəsaitlərin ümumi məbləği 800 milyon İsveçrə frankıdır, İsveçrə onu 2012-ci ildə dondurub.
Muxalifet2 - 14-09-2020
Adil Qeybulla Oqtay Gülalıyevin həyat yoldaşını qınadı - SƏRT REAKSİYA İLƏ ÜZLƏŞDİ
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu "CİTY Hospital"a yerləşdirildikdən sonra onu müayinə edən həkim Adil Qeybulla jurnalistlərə açıqlama verib. Bu zaman həkimə yaxınlaşan bir xanım ona hüquq müdafiəçisi Oqtay Gülalıyevin aqibətini xatırladaraq Tofiq Yaqublunu ciddi nəzarətdə saxlamağı xahiş edib. Adil Qeybullanın ona verdiyi cavab isə qalmaqala çevrilib. Həkim bildirib ki, O.Gülalıyevin bu vəziyyətə düşməsində onun həyat yoldaşı günahkardır.
Muxalifet2 - 15-09-2020
Bakının işğaldan azad edilməsindən 102 il ötür
Bu gün Bakının işğaldan azad edilməsindən 102 il ötür.
APA-nın məlumatına görə, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan etdikdən sonra ölkə iki yerə parçalanıb, bolşevik-daşnak birləşmələrinin qurduğu Bakı Xalq Komissarları Soveti paytaxtda hakimiyyəti ələ keçirib.
Muxalifet2 - 15-09-2020
Tоfiq Yaqublunun işində şahid olduğu deyilən şəxs danışdı - "Şahidlik etməmişəm..." / VİDEO
Tоfiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Bakı şəhər sakini Nəbi Acalov barəsində yayılan ittihamlara cavab verib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
O bildirib ki, hadisənin şahidi olmayıb və bununla bağlı heç kimə qarşı ifadə verməyib. N.Acalov yalnız yol-nəqliyyat hadisəsindən sonra yol polisinin dəvəti ilə baxışda iştirak edərək bu barədə aktı və sxemi könüllü imzalayıb.
Muxalifet2 - 15-09-2020
Bu gündən məktəblərdə dərslər başlayır
Bu gündən ibtidai siniflər üçün tədris əyani formada başlayır.
Təhsil müəssisələrində dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilən qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.
Muxalifet2 - 15-09-2020
Aleksey Navalnı Rusiyaya qayıtmağa qərar verdi
Rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnı Rusiyaya qayıtmaq istəyir.
"The New York Times" xəbər verir ki, bu barədə o, alman prokuroruna bildirib.
Məlumata görə, müxalifətçi sağalan kimi evə qayıtmağı planlaşdırır.
"O, Almaniyaya sürgünə yola düşməyə hazırlaşmır. O, Rusiyaya - evə qayıtmaq və işini davam etdirmək istəyir", - qəzet müsahibinin sözlərini sitat gətirib.
Onun sözlərinə görə, Navalnı vəziyyətindən tam xəbərdardır. Müxalifətçi həmçinin ona nə olmasından məlumatlıdır.
Muxalifet2 - 15-09-2020
Azərbaycanda əhali qrip əleyhinə peyvənd olunacaq
Ölkəyə qrip əleyhinə vaksinlər gətiriləcək.
Bu barədə TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov “Real intervyu”ya danışıb:
Muxalifet2 - 15-09-2020
"MEHRIBAN ƏLİYEVANIN FƏALİYYƏTİ QLOBAL MƏZMUN DAŞIYIR" - Siyavuş Novruzov məqalə yazdı
Bir müddət əvvəl karantin qaydalarını pozaraq Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə YAP İcra katibinin müavini vəzifəsindən istefa verən deputat Siyavuş Novruzov yeni məqalə yazıb. “Qafqazinfo” xəbər verir ki, Novruzovun məqaləsi üzvü olduğu partiyanın saytında dərc olunub.
Sözügedən məqaləni təqdim edirik:
Muxalifet2 - 15-09-2020
"Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır" - PREZİDENT
“Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik”.
Bu fikirləri Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində bildirib.Muxalifet2 - 15-09-2020