Axtarış

The search found 105712 results in 0.062 seconds.

Search results

  1. “Əfv komissiyasında iş gedir” - Komissiya üzvü

    Prezident İlham Əliyevin Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında imzaladığı sərəncama əsasən, komissiyanın sədri və üzvlərinin bir hissəsi dəyişib.

    Bəs komissiyanın iclası nə zaman keçiriləcək?

    Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, iclasların çağırılması komissiya sədrinin səlahiyyətindədir:

    Muxalifet2 - 9-09-2020

  2. Tofiq Yaqublunun həbsdən azad olunması üçün danışıqlar aparılır

    İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun hüquq müdafiəçi üzvləri Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranmasını nəzərə alaraq onun işinə yenidən ədalətli baxılması və həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqları davam etdirirlər.

    “Report”un xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Əvəz Həsənov məlumat verib.

    Muxalifet2 - 9-09-2020

  3. DƏRSLƏR BAŞLADI, DƏRHAL ON MİNLƏRLƏ TƏLƏBƏ VƏ MÜƏLLİM KORONAVİRUSA YOLUXDU – Qorxunc statistika

    Koronavirus pandemiyasına görə dünyanın bir çox ölkələrində yeni dərs ilinə hansı formada ənənəvi, yoxsa online formada başlamaq barədə mübahisələr davam edərkən ABŞ-da universitetlərin birbaşa təhsili bərpa etməsi qorxunc nəticələrə gətirib çıxarıb.

    Virtualaz.org xəbər verir ki, CNN telekanalının bildirdiyinə görə, sentyabrın 1-dən ABŞ universitetlərində dərslərin başlamasından sonra bu günə qədər 40 minə qədər tələbə və müəllim koronavirusa yoluxub.

    Muxalifet2 - 9-09-2020

  4. Bakıdakı aksiya ilə bağlı polisdən açıqlama / YENİLƏNİB

    Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

    BŞBPİ-nin Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

    "Sentyabrın 9-u saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

    Muxalifet2 - 9-09-2020

  5. “Zoom”la dərs keçən professor canlı yayımda koronavirusdan öldü - DRAMATİK HADİSƏ

    Bir çox ölkədə koronavirus pandemiyasına görə təhsil sisteminin aqibətinə dair mübahisələrin hələ də davam etdiyi, hökumətlərin qərar verməkdə tərəddüd keçirdiyi bir vaxtda universitetlərdə məsafədən təhsil praktikasını tətbiq edən Argentinada dramatik hadisə yaşanıb.

    Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Buones Ayresdəki universitetlərdən birinin professoru “Zoom” proqramı ilə online dərs keçərkən tələbələrinin gözü qarşısında, canlı yayımda koronavirusdan ölüb.

    Muxalifet2 - 9-09-2020

  6. Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - 3 NƏFƏR DƏ ÖLDÜ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 37732 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 35119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, aktiv xəstə sayı 2058 nəfərdir.

    Muxalifet2 - 9-09-2020

  7. ​Mitinqdə iştirak edən daha iki gənc həbs edildi

    Bu gün Milli Şuranın başçılığı altında Bakının mərkəzi meydanlarında etiraz aksiyaları keçirildi. Gənclərin üstünlük təşkil etdiyi aksiyada vətəndaşlar 28 May metrosunun və Heydər Əliyev sarayının qarşısında, eyni zamanda Fəvvarələr meydanında hakimiyyətin istefasını tələb edən şüarlar səsləndiriblər. Hakimiyyət orqanları mitinqin kütləviliyinin qarşısını almaq üçün şəhərin mərkəzinə işləyən ictimai nəqliyyatı, hətta metronu belə qapadıb.

    Muxalifet2 - 19-10-2019

  8. ​Daha bir müxalifətçi karantin qaydalarını pozmaq adı ilə həbs edildi

    Dünən daha bir müxalifət fəalı karantin qaydalarının pozması adı ilə həbs olunub.

    Muxalifet2 - 21-05-2020

  9. RESEPT- Aygün Muradxanlı yazır

    Ötən gün mühacirətdə olan Qurban Məmmədov, Tural Sadıqlı, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev barəsində beynəlxalq axtarış elan edilib, qərarın icrası Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, "İnterpol"un Milli Mərkəzinə tapşırılıb. Bu haqda rəsmi xəbərdə bildirilir ki, intensiv istintaq tədbirləri gedir, adı çəkilən şəxslərin saxlanaraq Azərbaycana gətirilməsi və mühakimə edilmələri üçün bütün tədbirlər görüləcək. Anlaşılan, hökumət ölkədən kənardakı “söyüş kampaniyası”na ciddi savaş açıb.

    Muxalifet2 - 9-09-2020

  10. “Ümid edirəm ki, Tofiq Yaqublu tezliklə azad ediləcək" - Novella Cəfəroğlu

    “İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri olaraq Tofiq Yaqublunun azad edilməsi üçün müəyyən görüşlər keçiririk”. 

    Bu barədə “Report”un sorğusuna cavab olaraq hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

    Onun sözlərinə görə, Togiq Yaqublunun azad edilməsi üçün həm ölkə başçısına, həm də müvafiq instansiyalara müraciətlər edilib və danışıqlar aparılır: “Bu günlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla da “Zoom” üzərindən görüşümüz oldu və yaxın vaxtlarda üzbəüz görüşümüz də olmalıdır”.

    Muxalifet2 - 9-09-2020

  11. Təyyarə maskasız sərnişinə görə məcburi eniş etdi - YAPONİYADA

    Yaponiyada “Peach Aviation” aviaşirkətinə məxsus təyyarə təcili eniş edib.

    NHK xəbər verir ki, bu hadisə təyyarədə maska ​​taxmaqdan imtina edən və qalmaqala səbəb olan sərnişinə görə baş verib.

    124 nəfərlik layner Hokkaydo prefekturasının şimalındakı Kuşiro hava limanından Osaka şəhərinə uçmaq üçün havaya qalxıb.

    Sərnişindən maska taxmağı istənilsə də, o, buna razı olmayıb, qalmaqal yaradıb, yüksək səslə qışqıraraq heyət üzvlərini və sərnişinləri təhdid edib.

    Muxalifet2 - 9-09-2020

  12. İsa Qəmbərin atasını kim öldürüb? - SENSASİON AÇIQLAMA

    Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər ataları, mərhum akademik, AMEA-nın müxbir üzvü Yunis Qəmbərovun ölümü ilə bağlı sensasion açıqlama yayıb. 

    Demokrat.az xəbər verir ki, Rövşən Qəmbər atasının 1991-ci ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən öldürüldüyünü bəyan edib. 

    Muxalifet2 - 9-09-2020

  13. ABŞ-da koronavirusa qarşı peyvənd yan təsir doğurdu: bütün sınaqlar dayandırıldı

    ABŞ-da Oksford universitetinin “AstraZeneca” şirkəti ilə birlikdə koronavirusa qarşı peyvənd hazırlıqlarının 3-cü mərhələsi dayandırılıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna əsas səbəb könüllü xəstələrdən birində təhlükəli yan təsirin əmələ gəlməsi olub.
     

    Muxalifet2 - 9-09-2020

  14. RAMİZ MEHDİYEVİN PULU KƏSİLDİ - Maliyyə Nazirliyinin məktubu ilə

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş göstəriciləri bir sıra xərc maddələri üzrə 3 310 190 manat azaldılıb.

    Muxalifet.az "Report"a istinadla xəbər verir ki, azaldılma Maliyyə Nazirliyinin "Büdcə sistemi haqqında" qanunun 17-ci maddəsinə müvafiq olaraq yenidən baxılmış 2020-ci il büdcə göstəricilərinin təqdim edilməsi barədə" AMEA-ya ünvanladığı məktubuna əsasən həyata keçirilib.

    Muxalifet2 - 9-09-2020

  15. Azərbaycanda yeni siyasi partiya yarandı - TƏŞƏBBÜS QRUPUNUN SİYAHISI AÇIQLANDI

    Azərbaycanda yeni partiyanın “Vətən Naminə Birlik Partiyası”nın təşəbbüs qrupunun toplantısı olub.

    Bu gün 09.09.2020-ci il tarixində Emin Babayevin liderliyində bir qrup şəxslər, təşəbbüsçülər ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin rəsmiləşdirilməsində və ifadə olunmasında iştirak etmək niyyəti ilə “Vətən Naminə Birlik” Partiyasının yaradılması barədə təşəbbüs qrupunun toplantısı keçirilib. Toplantıda Emin Babayevin sədri seçildiyi 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaranıb və tərkibi elan edilib.

    1. Babayev Emin Ramiz oğlu (sədr)

    Muxalifet2 - 9-09-2020

  16. Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

    Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayır. "Report" xəbər verir ki, ixtisas seçimi sentyabrın 20-dək internet vasitəsilə aparılacaq.

    Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

    Muxalifet2 - 10-09-2020

  17. Meksika Rusiyadan vaksin alacaq – Qazaxıstanla da razılaşma əldə olunub

    Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib ki, Meksikanın “Landsteiner Scientific” şirkəti ilə Rusiyanın COVID-19-a qarşı Sputnik V vaksininin 32 milyon dozasının alınması barədə saziş imzalayıb.

    Fond sentyabrın 9-da deyib ki, vaksin dozalarının Meksikaya göndərilməsinə noyabr ayından başlanacaq. Fond bildirir ki, Meksikada Sputnik V preparatının satıcısı “Landsteiner Scientific” şirkəti olacaq.

    Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib ki, bu vaskini hazırlamış Qamaleya adına institut preparatın başqa ölkələrə satıla biləcəyini elan edib.

    Muxalifet2 - 10-09-2020

  18. AZƏRBAYCANIN İSVEÇDƏKİ DİPLOMATİK HEYƏTİ GERİ ÇAĞIRILIB? - Səfirdən açıqlama / Yenilənib

    Bu gün yerli mətbuatda Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyi əməkdaşlarının Xarici İşlər Nazirliyinin tələbi ilə geri çağırıldığı barədə məlumat yayılıb.

    Həmin məlumatlarda iddia olunur ki, Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, konsulluq və humanitar məsəsələr üzrə attaşe Elmar Məmmədov, maliyyə attaşesi Bəhruz Məmmədli İsveçdən geri çağırılıb və artıq Bakıya gəliblər.

    Muxalifet2 - 10-09-2020

  19. SABİQ DEPUTATIN MİLYONLUQ ŞİRKƏTİ FƏALİYYƏTİNİ DAYANDIRDI - Səbəbi açıqlandı

    Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC fəaliyyətinə xitam verir.

    "Report" bu barədə İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

    Məlumata görə, buna səbəb şirkətin "Top Properties” MMC-yə qoşulmasıdır. Bununla əlaqədar, 2-ci yenidən təşkil olunacaq.

    Muxalifet2 - 10-09-2020

  20. “11 ƏYALƏT YARADILSIN, QUBERNATORLAR TƏYİN OLUNSUN...” – Vahid Əhmədov bəzi nazirliklərin də ləğvini zəruri hesab edir

    Son günlər Azərbaycanda "bu qədər idarəetmə orqanlarını saxlamağa ehtiyac varmı" tipli müzakirələrə yenidən tez-tez rast gəlmək mümkündür. Müzakirələrdə ölkədə idarəetmə subyektlərinin sayının azaldılması, bəzi kiçik rayonların birləşdirilməsi və idarəetmədə paralelçiliyin aradan qaldırılması kimi təkliflər də eşidilir.

    Hazırda ölkədə dövlətə məxsus 17 nazirlik, 7 komitə, 14 xidmət, 16 agentlik fəaliyyət göstərir. Bundan əlavə, 60-dan çox rayon mövcuddur...

    Muxalifet2 - 10-09-2020

Pages