Axtarış
The search found 105712 results in 0.033 seconds.
Search results
Vüsal Orucov İstanbulda 18 yaşlı arvadının boğazını kəsib öldürdü QANI İLƏ DİVARA “XƏYANƏTİN CƏZASI ÖLÜMDÜR” YAZDI / FOTO
İstanbulda Azərbaycan vətəndaşı Vüsal Orucov Türkiyə vətəndaşı olan və dini nigahla evləndiyi 18 yaşlı arvadı Sevilay Kayanı xüsusi amansızlıqla qətlə yetirib. Qatil daha sonra gənc qızın qanı ilə divara “xəyanətin cəzası ölümdür” sözlərini yazıb.
Muxalifet2 - 6-09-2020
"BU, RAMİZ MEHDİYEVƏ QARŞI TƏXRİBATDIR" - Mehdiyevin kürəkəni müğənni Aysel Teymurzadəni ittiham etdi
Xəbər verdiyimiz kimi, AMEA prezidenti Ramiz Mehdiyevin karantin rejimini pozduğuna görə həbs edilən kürəkəni İlham Əliyev və İlham Əliyevin qudası Rövşən Mustafayev azadlığa çıxıblar.
Muxalifet.az xəbər verir ki, keçmiş millət vəkili jurnalistlərə verdiyi açıqlamasında məlum qalmaqalda Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin həyat yoldaşı, müğənni Aysel Teymurzadəni günahlandırıb.
Muxalifet2 - 6-09-2020
Vətəndaş nazirə görə yolun bağlanmasına irad bildirdi və... - NAZİR ÜZR İSTƏDİ
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun Girəsuna sel fəlakətinə görə xilasetmə işlərinin aparıldığı bölgəyə getdiyi zaman yolun bağlanması yerli sakinin etirazına səbəb olub.
"Qafqazinfo" xəbər verir ki, yerli sakinin tvitter-də "Rəzalətə bax. Nazir gəlir deyə, yol 2 saat bağlı qalacaqmış" yazmasına nazirin özü cavab verib.
Belə ki, Süleyman Soyulu elə tvitter-də məsələyə aydınlıq gətirib və bunları yazıb: "Gəliş-gedişim cəmi yarım saatdır. Yolda deyildik, axtarma-xilasetmə bölgəsində idik. Verdiyim narahatlığa görə üzr istəyirəm".
Muxalifet2 - 6-09-2020
GÖMRÜK GENERALININ OĞLUNUN İNGİLTƏRƏDƏKİ ŞİRKƏTLƏRİNİN SİYAHISI - Fotolar, Sənədlər
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü "dərman işi" ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevin oğlu da İngiltərədə bir neçə şirkət təsis edib.
Bu barədə araşdırmaçı jurnalsit Cavanşir Həsənli məlumat yayıb.
Muxalifet2 - 6-09-2020
TÜRKİYƏ XİN-in RƏHBƏRİ MAKRONU RÜSVAY ELƏDİ - “Aşağılandı və isterikaya qapıldı”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 4-də Fransa prezidenti Emmanuel Makronu tənqid atəşinə tutub və bu zaman onun ünvanına xoşagəlməz ifadələr işlədib.
Çavuşoğlunun sözlərinə görə, Fransa lideri Liviya və Suriya böhranlarının inkişafına və Şərqi Aralıq dənizində sərhəd məsələsinə görə, «isterikaya qapılıb». NATO üzrə nominal müttəfiq dövlətlər olan Türkiyə və Fransa arasında münasibətlər Suriya, Liviya böhranlarına yönəlik fikir ayrılığına və Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasındakı mübahisəyə görə kəskin şəkildə pisləşib.
Muxalifet2 - 6-09-2020
MEHDİYEVİN KÜRƏKƏNİ AZADLIĞA ÇIXIB DANIŞDI... - Ağlayaraq prezidentdən bağışlanmasını istədi / VİDEO
Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev azadlığa çıxıb. O, qızının toyunun videosunun yayılmasının təxribat olduğunu bildirib.
Karantin rejimində qızına toy etdiyi üçün inzibati qaydada 15 sutka həbs edilən və bu gün azadlığa çıxan İlham Əliyev üzr istəyib.O, qız övladına toy etdiyi üçün səhv addım atdığını deyib. Bildirib ki, bir ata kimi hissələrini cilovlaya bilməyib və belə bir addım atıb.
Muxalifet2 - 6-09-2020
Türkiyədə Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə etiraz edilib
İstanbul Türkiyə-Azərbaycan Kültür və Həmrəylik Dərnəyi (İSTAD) işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə etiraz əlaməti olaraq bəyanatla çıxış edib.
Muxalifet2 - 6-09-2020
Əli İnsanovun köməkçisi saxlanıldı
Haqq Ədəlat Partiyası İdarə Heyətinin üzvü, partiya sədrinin köməkcisi Rəşad Abbaslı dünən 4 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.
Məlumatı “Turan” agentliyi yayıb.
“İndiyədək Abbaslının harada olması barədə nə ailəsinə, nə də Haqq Ədalət Partiyasına hər hansı məlumat verilməyib. Rəşad Abbaslının valideynləri yaşadıqları ərazidəki Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində olublar. Polis Abbaslını itkin düşmüş şəxs kimi qeydə alıb,” – deyə Haqq Ədalət Partiyasından bildiriblər.
Muxalifet2 - 6-09-2020
Rusiyanın Suriyada T-14 “Armata” tankını itirdiyi təsdiqlənir
Rusiyanın ən yeni T-14 “Armata” tankını Suriyada itirdiyi haqda bir müddət əvvəl yayılmış məlumatlar Amerika mənbələri tərəfindən təsdiqlənir.
Virtualaz.org xəbər verir ki, bu barədə “The National İnterest” jurnalı yazır.
Muxalifet2 - 6-09-2020
Azərbaycanda daha 137 nəfərdə koronavirus aşkarlandı - 3 NƏFƏR DƏ ÖLDÜ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 37 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 705 nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib, aktiv xəstə sayı 2076 nəfərdir.
Muxalifet2 - 6-09-2020
Əfqanıstan şirkətinin Azərbaycandan idxal etdiyi maye qaz gömrükdən buraxılmadı - KEYFİYYƏTSİZDİR VƏ STANDARTLARA CAVAB VERMİR
Əfqanıstanın özəl şirkətlərindən birinin Azərbaycandan idxal etdiyi 60 tanker (söhbət maye qaz daşımaq üçün dəmiryol sisternlərindən gedir,-red.) maye qaz gömrükdə saxlanılıb və ölkəyə buraxılmır. Virtualaz.org xəbər verir ki, buna səbəb maye qazın olduqca keyfiyyətsiz olması və Əfqanıstan standartlarına cavab verməməsidir.
Muxalifet2 - 7-09-2020
“TÜRKLƏR RUSLARIN QARŞISINI ALACAQ, BİZ VURUŞACAĞIQ...” – “Çıxarılanların yerinə Rusiya ilə işləyə biləcək şəxslər gətiriləcək”
Son erməni təxribatından sonra rəsmi Bakının ortaya qətiyyətli mövqe qoyması ilə Cənubi Qafqazda maraqlı proseslər müşahidə olunmağa başladı. Əvvəlcə Azərbaycan və Türkiyə hərbi qüvvələrinin birgə təlimləri baş tutdu. Daha sonra Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Bakıya, Azərbaycanın Müdafiə naziri Zakir Həsənovunsa Moskvaya səfərləri gerçəkləşdi. Həmçinin, Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov Bakıya, nazirin digər müavini isə Yerevana səfər etdi. Buna paralel olaraq, Türkiyə hərbçiləri Naxçıvanda oldu.
Muxalifet2 - 7-09-2020
SABİQ DEPUTAT DEDİKLƏRİNİ DANARAQ MƏTBUATI HƏDƏLƏDİ... - Səs yazısı yayıldı / AUDİO
Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.
Məlumata görə, azadlığa çıxan sabiq deputat məlum toydan sonra onun şəklini qoyaraq "mənim kefim kökdür" başlığı ilə yazı verən saytın rəhbərliyini hədələyib.
Muxalifet2 - 6-09-2020
BU GECƏDƏN RAYONLARA GEDİŞ-GƏLİŞ AÇILIR - Postlar qalacaqmı?
Sabah Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır. Muxalifet.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərarı sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minəcək.
Qərara əsasən, bu gecədən etibarən şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla fərdi və taksilərlə hərəkətə heç bir məhdudiyyət tətbiq oluynmayacaq.
Bəs Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun inzibati ərazi sərhədlərində yerləşən xüsusi karantin postları ləğv olunacaqmı?
Muxalifet2 - 7-09-2020
Tofiq Yaqublu barədə hökmdən apelyasiya şikayəti verildi
Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən apelyasiya şikayəti verilib. Bunu “Report”a açıqlamasında vəkil Aqil Layıc deyib.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.
Muxalifet2 - 7-09-2020
Gürcüstan polisi yenə Metin Erdemin TIR-ını saxladı, Mübariz İbrahimovun portretini sökməyi tələb etdi - NAXÇIVANDAN DUZ APARANDA / FOTO
Türkiyəli TIR sürücüsü, idarə etdiyi maşının kuzovu üzərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun böyük portretini asan Metin Erdem yenə Gürcüstan polisi tərəfindən saxlanılıb.
Türkiyə KİV-ləri xəbər verir ki, bu haqda Erdem özü danışıb.
Muxalifet2 - 7-09-2020
Əli Həsənov ANS-i də “almaq” istəyirdi! - ANS TV-nin rəsmisindən ŞOK İTTİHAM
“Son hadisələrdən təəccüblənməyən 10-15 nəfərdən biriyəm. Çünki hərəkətlərindən, gördüyü işlərdən qəti bilinirdi ki, adam dövlətinin əleyhinə işləyir. Qılıncının dalının da, qabağının da kəsdiyi dövrdə – 2015-ci ildə Azərbaycanın demək olar ki, bütün mediasını alan və yeni üzdəniraq “qavroşlar” yaradan “qüdrətli” Əli Həsənov ANS-i də “almaq” istəyirdi. Bu prinsipial məsələ idi. Axı ANS-in Azərbaycanda və onun xaricində nüfuzu çox böyük idi.”.
Muxalifet2 - 7-09-2020
İran vasitəsilə Ermənistana Rusiya silahları daşınıb? - SƏFİRLİK AÇIQLAMA YAYDI
İranın Azərbaycandakı səfirliyi İran vasitəsilə Rusiyadan Ermənistana silah daşınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Səfirlikdən verilən məlumatda qeyd edilir: “Bəzi KİV-lərdə İran İslam Respublikasının "Norduz" sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır.
Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanıb və qətiyyən doğru deyil”.
Muxalifet2 - 7-09-2020
“Traktur” – türklərin iftixarı
Futbol üzrə Azərbaycan Milli Komandasının Lüksemburq Milli Komandasına uduzması azarkeşləri möhkəm qəzəbləndirib. Azərbaycan futboluna qınaq, tənə bir-birinə qarışıb. Ölkənin futboldan birdəfəlik “əl çəkməsini”, şahmatdakı böyük uğurlara görə “dövlət qayğısı”nın şahmata yönəldilməsini tövsiyə edənlər də var.
Muxalifet2 - 7-09-2020
NAZİRLİYİN VƏZİFƏLİ ŞƏXSLƏRİ HAQQINDA CİNAYƏT İŞİ BAŞLANILDI - Rəsmi məlumat
Azərbaycan Respublikasında əmək və əhalinin sosial müdafiəsi sferasının müasir tələblərə uyğunlaşdırılması, əhalinin sosial təminatının gücləndirilməsi, onların rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsinə baxmayaraq, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən qeyd edilən sahədə vətəndaşlarla dövlət arasında olan nizamlı ictimai münasibətlərə qəsd edən qanunsuz hərəkətlərə də təsadüf olunur ki, belə halların aşkara çıxarılaraq kəsərli təsir tədbirlərinin görülməsi istiqa
Muxalifet2 - 7-09-2020