Axtarış

The search found 105712 results in 0.045 seconds.

Search results

  1. Osmanlı dövründən bu yana ən iri hərbi ekspansiya - "THE WASHINGTON POST" TÜRKİYƏNİN XARİCİ TƏSİRLƏRİNİN ARTMASINDAN YAZIR

    Türkiyə ordusu Osmanlı imperiyasının çöküşündən bu yana ilk dəfə regional təsir zonasını genişləndirib.

    Bu barədə “The Washington Post” qəzetinin məqaləsində deyilir.

    Qəzet yazır ki, türk əsgəri Qətər, İraq, Suriya, Somali və Balkanlarda öz varlığını göstərir. “Türkiyə Liviyada müharibənin gedişatını dəyişdirmək üçün hərbi qüvvə göndərdi. Eyni zamanda Ağ dənizdə və Egey dənizində nüfuz dairəsini genişləndirərək patrul həyata keçirir”,-məqalədə bildirilir.

    Muxalifet2 - 2-09-2020

  2. “İfşa olunduğunu etiraf etməyi bacarmayan adamdan qarşıda "aqoniya" gözləyirəm” – ASLAN İSMAYILOV RAMİZ MEHDİYEV HAQDA

    Akademik Ramiz Mehdiyevin AMEA-nın saytında dərc elədiyi sonuncu yazısını oxudum və həqiqətən ona yazığım gəldi. İnsan özündən nə qədər müştəbeh olarmış, yaxud özünə hörmətsiz yanaşarmış. Hər iki hal akademikin artıq tam tükəndiyindən xəbər verir. Qarşıda ancaq məğlub, ifşa olunduğunu etiraf etməyi bacarmayan adamdan "aqoniya" gözləyirəm. Qısa olaraq tezis şəklində fikirlərimi bölüşürəm:

    Muxalifet2 - 2-09-2020

  3. RUSİYADAN AZƏRBAYCANA QARŞI ÇİRKİN KAPMANİYA - Azərbaycan XİN 500 suriyalı döyüşçü barədə açıqlama yaydı

    "Növbəti dəfədir ki, Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılmasını müşahidə edirik. Bunu ölkəmizə qarşı böhtan xarakterli, çirkin kampaniya kimi qiymətləndiririk".

    Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Nezavisimaya qazeta” nəşrində guya ki, Azərbaycana Suriya döyüşçülərinin gətirilməsi və onların Ermənistana qarşı “ildırım sürətli müharibəyə” hazırlaşdığı barədə dərc olunan xəbərə münasibət bildirərkən deyib.

    Muxalifet2 - 2-09-2020

  4. Evdən qanunsuz olaraq çıxan koronavirus xəstəsi saxlanıldı - FOTO

    Qaradağ Rayon Polis İdarəsinə “Covid-19” infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Rayon sakini E.Nəbiyevanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

    Muxalifet2 - 2-09-2020

  5. Türkiyə İlham Əliyevə təşəkkür etdi - YUNANISTANLA QARŞIDURMADA GÖSTƏRDİYİ DƏSTƏYƏ GÖRƏ

    “Çox təşəkkürlər edirəm cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq”.

    Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında Azərbaycan  Prezidenti İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən ifadə etdiyi “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikrinə münasibət bildirərkən yazıb.

    Muxalifet2 - 3-09-2020

  6. İlham Əliyev Rusiyadan Ermənistana intensiv olaraq hərbi yük daşındığını bəyan etdi - “ SONUNCU REYS DÜNƏN İDİ...”

    Prezident İlham Əliyev Yunanıstanın Bakıya yeni təyin edilmiş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Azərbaycan ərazilərini işğal edən Ermənistana son həftələr ərzində Rusiyadan daşınan hərbi yüklərdən də bəhs edib.

    İlham Əliyev səfirlə söhbətində əvvəlcə Ermənistanın Yunanıstan və yunan Kipri ilə üçtərəfli hərbi əməkdaşığı ilə bağlı narahatlığını çatdırıb.

    Muxalifet2 - 3-09-2020

  7. “SİZİN SAYƏNİZDƏ ADAM OLMUŞUQ..." - Ramiz Mehdiyevə tost dedilər / VİDEO

    Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayılıb. Bu dəfə də Ramiz Mehdiyevin şəninə təriflər deyilib. Xatırladırıq ki, sabiq millət vəkili, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib.

    Nəticədə sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Toyda iştirak edən qonaqlar isə cərimələnib.
    Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən, Azərbaycanda toy və kütləvi tədbirlərin keçirilməsi qadağan edilib

    Muxalifet2 - 3-09-2020

  8. Moskvanın Bakıya qarşı “cavab addımı”... – “Nezavisimaya qazeta”ya verilən sifarişin pərdəarxası

    Rusiyanın “Nezavisimaya qazeta” qəzetində yayınlanan məqalədə iki tezis ortaya atılıb. Birincisi, guya 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçü Azərbaycana gətirilib. İkincisi, Türkiyənin Naxçıvanda döyüş təyyarələrindən ibarət gücləndirilmiş hərbi bazası var.

    Muxalifet2 - 3-09-2020

  9. Ramiz Mehdiyevin biznes imperiyası - ŞOK SİYAHI

    Azərbaycanda “Boz kardinal” deyəndə ilk ağla gələn kim olur? Haqlısınız. Ramiz Mehdiyev. O, uzun illər Prezident Administrasiyasının rəhbəri olub. İndi isə filosof-akademik Milli Elmlər Akademiyasına başçılıq edir. O, siyasi səhnədə, indi deyilməsi adət olan konfiqurasiya qurmaqda, kadrları yerləşdirməkdə mahir idi. Və belə iddia olunurdu ki, “Moskvanın adamı” kimi tanınan Mehdiyev Azərbaycanı ən azı İlham Əliyev qədər idarə edir. Yəni, bir tərəfdə Paşayevlər, o biri tərəfdə isə Ramiz Mehdiyevin rəhbərlik etdiyi Naxçıvan klanı.

    Muxalifet2 - 3-09-2020

  10. ​“RUSİYA AZƏRBAYCANA QARŞI AÇIQ TƏHDİDLƏRƏ KEÇİB…” – Cahandar Bayoğlu MHP başqanına məktub ünvanladı

    Turan Partiyasının başqanı Cahandar Bayoğlu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalıya məktub ünvanlayıb. Muxalifet.az həmin məktubu olduğu kimi dərc edir:
    “Milliyetçi Hareket Partisi Genel Başkanı Türk Milliyetçiliğinin Bilge Lideri Sayın Devlet Bahçeli'ye;

    Muxalifet2 - 3-09-2020

  11. Sosial şəbəkədə tənqidə tutulan BNA rəsmisi profilini bağladı - FOTO

    Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev feysbuk səhifəsini bağlayıb.
     
    Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, buna səbəb Hikmət Babayevin iki gündür sərt tənqidlərə və etirazlara səbəb olan fikirlərinə sosial şəbəkə istifadəçilərinin reaksiyasıdır.
     

    Muxalifet2 - 3-09-2020

  12. DÜNYA LİDERLƏRİ PUTİNDƏN İZAHAT TƏLƏB EDİR - Navalnının zəhərlənməsinə görə

    "İndi Rusiya hökuməti Aleksey Navalnının başına gələnləri izah etməlidir".
     
    Bunu Rusiyada müxalifət liderlərindən olan Aleksey Navalnının "Noviçok" qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərlənməsi xəbərinə münasibət bildirən Britaniyanın Baş naziri Boris Conson "Twitter" səhifəsində bildirib.
     

    Muxalifet2 - 3-09-2020

  13. “Prezident ailəsinə savaş açmaq İlham Əliyev siyasi kursuna sadiq qalmaq sayıla bilərmi?!” – PARTİYA SƏDRİNDƏN MEHDİYEVƏ MÜRACİƏT

    Turan Partiyasının başqanı Cahandar Bayoğlu ötən həftə onun tərəfindən məhkəməyə verilməklə təhdid olunan AMEA prezidenti Ramiz Mehdiyevə müraciət edib. Muxalifet.az partiya başqanının müraciətini olduğu kimi dərc edir:
    “Cənab Ənvəroviç!

    Siz Heydər Əliyev siyasi kursuna qarşı ən təhlükəli gücün təmsilçisi və Azərbaycan liderisiniz.

    Muxalifet2 - 3-09-2020

  14. Şahzadə Hari və həyat yoldaşı Hollivudda karyera qurublar

    Britaniya şahzadəsi Hari və xanımı, amerikalı aktrisa Meqan Markl prodüser şirkəti yaradıblar və sənədli, bədii filmlərin, həmçinin uşaqlar üçün prodakşnlar, proqramlar yaratmaq üçün “Netflix”lə xidməti ilə müqavilə bağlayıblar.

    Muxalifet2 - 3-09-2020

  15. Bayden rəy sorğusunda Trampı qabaqladı

    ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Cozef Bayden ölkədə seçkiöncəsi partiya qurultayları bitdikdən sonra Ağ Evin hazırkı başçısı Donald Trampla populyarlıq fərqini yenidən artırdı.

    TASS xəbər verir ki, bunu CNN teleşirkətinin sifarişi ilə SSRS xidməti tərəfindən 28 avqust - 1 sentyabr tarixləri arasında aparılmış sosioloji sorğunun nəticələri sübut edir.

    Muxalifet2 - 3-09-2020

  16. Messinin atası "Barselona"nın prezidenti ilə razılığa gələ bilmədi - İKİ İLLİK MÜQAVİLƏ TƏKLİFİNƏ "YOX" DEYİLDİ

    İspaniya "Barselona"sının prezidenti Xosep Bartomeu ilə komandanın kapitanı Lionel Messinin atası Xorxe Messi arasında gözlənilən görüş baş tutub.

    "Sport.es" nəşri xəbər verir ki, söhbət zamanı 57 yaşlı funksioner futbolçunun klubda qalmalı olduğunu bildirib.

    Yeni baş məşqçi Ronald Kumanın argentinalı hücumçuya böyük ümidlər bəslədiyini deyən Bartomeu Messiyə 2 illik müqavilə təklif etmək istədiklərini söyləyib.

    Muxalifet2 - 3-09-2020

  17. Türkiyədə yenidən toy, nişan və digər mərasimlər qadağan olunur

    Sentyabrın 4-dən Türkiyədə toy, nişan, xınayaxdı s. və bu kimi mərasimlər müvəqqəti olaraq keçirilməyəcək.
    APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  təlimatına əsasən, toy mərasimləri yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində nikah bağlanmaqla 1 saatadək başa çatacaq.
    Bununla əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətin valiliyinə sərəncam göndərib.

    Muxalifet2 - 3-09-2020

  18. “RƏİS MÜAVİNİ MƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB” – Siyəzən sakinindən ölkə rəhbərliyinə müraciət / FOTOLAR

    Siyəzən şəhəri, H. Talıbov küçəsi, bina 5, ev 22-də yaşayan Əliyev Rəşad Vaqif oğlu tərəfindən Muxalifet.az-a şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya, daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
    “Hörmətli Prezident!

    Muxalifet2 - 3-09-2020

  19. Bakıda moteldə kişi arvadını qətlə yetirdi

    Sentyabrın 3-də saat 02 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Salt” motelində Binəqədi rayon sakini Şəhanə Şamilovanın icarəyə götürülmüş otaqda bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə "Report"a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. 

    Muxalifet2 - 3-09-2020

  20. BDU-nun əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu - TƏLƏBƏNİN ÖLÜMÜNƏ GÖRƏ

    Ötən il noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarət almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, e

    Muxalifet2 - 3-09-2020

Pages