Axtarış
The search found 105712 results in 0.057 seconds.
Search results
Sabiq başçının həbs müddəti uzadılır - MƏHKƏMƏ QƏRARI GÖZLƏNİLİR...
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı məhkəməyə təqdimat verib.
Məlumata görə, istintaq orqanı təqdimatı baxılması üçün Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırovanın icraatına verilib.
Yaxın vaxtlarda təqdimata baxılacağı gözlənilir.
Qeyd edək ki, mayın 6-da Səbail rayon Məhkəməsinin qərarı ilə Vilyam Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Muxalifet2 - 1-09-2020
Türkiyə Azərbaycanda hərbi baza qurur - ŞOK İDDİA
Türkiyə Azərbaycanda hərbi aviasiya bazası quracaq.
Bu iddia ABŞ-ın “Vaşinqton Post” qəzetində yayımlanıb.
Türk ordusunun Aralıq dənizi və Suriyadakı fəaliyyətlərinin qələmə alındığı məqalədə bildirilib ki, paytaxt Bakıda baza qurulması həmləsi gündəmdədir və Türk ordusunun Azərbaycandakı hərəkətliliyi təsadüfi deyil.
Qəzet bildirir ki, Türkiyə Osmanlı İmperiyasından sonra ilk dəfə regional təsir bölgəsini bu qədər irəli səviyyəyə daşıyıb və genişləndirib.
Muxalifet2 - 1-09-2020
“Facebook” xəbər paylaşımını yasaqlaya bilər – Şirkət Google-dən ödəniş tələb edir
"ONA QARŞI ÇİRKİN KAMPANİYA APARILIR" - Rektor Ramiz Mehdiyevin müdafiəsinə qalxdı / FOTO
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov AMEA prezidenti Ramiz Mehdiyevi müdafiə edib.
Muxalifet2 - 1-09-2020
Ukraynada 23 deputat koronavirusa yoluxdu - SPİKER AÇIQLADI
Ukrayna Ali Radasının 23 deputatı koronavirusa yoluxub.
Bu barədə Ali Radanın spikeri Dmitri Razumkov “Rada” telekanalında bildirib.
“Bu gün Ali Radada xəstəliyi keçirmiş və ya hazırda xəstə olan həmkarlarımızın sayı 23-dür. Onlara can sağlığı, tez zamanda xəstəliyin öhdəsindən gəlməyi və işlərinə dönməyi arzulayıram”, - Razumkov qeyd edib.
O əlavə edib ki, Ali Rada aparatının 7 işçisində də koronavirusa yoluxma faktı aşkarlanıb.
Muxalifet2 - 1-09-2020
Tibbi maskaların ölkə ərazisindən çıxarılmasına icazə verildi - ƏLİ ƏSƏDOVDAN QƏRAR
Baş nazir Əli Əsədov “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Dəyişiklikdən öncə, qərar 2020-ci il sentyabrın 1-dək qüvvədə idi. Əli Əsədovun bugünkü dəyişikliyindən sonra qərarın qüvvədə olma müddəti noyabrın 1-dək uzadılıb.
Bundan başqa, dəyişikliyə əsasən, tibbi maskaların ölkə ərazisindən çıxarılmasına qoyulan məhdudiyyət ləğv edilib.
Muxalifet2 - 1-09-2020
"“BİNƏ”də ALVER GEDİR, “SƏDƏRƏK”ə BURAXMIRLAR..." – Ticarət Mərkəzi Yusif Qədimovun əlindən alınır? - FOTO / VİDEO
“Bir müddətdir ki, “Binə” Ticarət Mərkəzi açıq şəkildə fəaliyyət göstərir, mağazalarda alver gedir, ancaq “Sədərək” Ticarət Mərkəzinə sahibkarların daxil olmasına belə imkan vermirlər".
Bu məlumat “Sədərək” Ticarət Mərkəzində alver edən bir qrup sahibkar tərəfindən Azpolitika.info-ya gödərilən müraciətdə əks olunub.
Mağaza sahibləri dediklərinin təsdiqi üçün müraciətlərinə “Binə” və “Sədərək”dən çəkilmiş video və fotoları da əlavə ediblər.
Muxalifet2 - 1-09-2020
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, 2 065 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Muxalifet2 - 1-09-2020
İki baş redaktor hakim qarşısında: Hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurlar
“Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov və “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Musavat.com xəbər verir ki, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutub.
Karantin qaydalarına əsasən məhkəmə prosesində 10 nəfərdən artıq şəxsin iştirakına icazə verilmədiyi üçün kənar şəxslər məhkəmə zalına buraxılmayıblar.
Muxalifet2 - 1-09-2020
"BOZ KARDİNAL"IN BOZ KARİYERASI - Qarğı atlı cigidlər gəldilər də, getdilər..!
Tarix o zaman qiymətli olur ki, ondan müəyyən dərslər götürülür. Azərbaycanda milli dövlət – müstəqillik xətti möhkəmləndikcə onun düşmənləri durmadan artmaqdadir. Bu isə təbii bir haldır. Çünki Azərbaycan öz geopolitik mövqeyinə görə müxtəlif dövlətlərin, hətta deyərdim ki, müxtəlif mədəniyyətlərin və maraqların münaqişə apardığı bir regionda birləşir.
Muxalifet2 - 1-09-2020
“Lotu Quli”nin qətlinin sifarişçisi açıqlandı - SÜRÜCÜ “XAN”I ARADAN GÖTÜRMƏK İSTƏYİRMİŞ...
Avqustun 19-da Türkiyənin Antalya şəhərindəki otellərdən birində qətlə yetirilən mşhur kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) qardaşı, “Namiq Bakinski” kimi tanınan Namiq Səlifovun “vor” titulundan məhrum edilməsinə dair bu günlərdə KİV-lərə ötürülən “proqon” saxtadır.
Bu haqda “Prime Crime” agentliyi bildirir. İddia edilir ki, həmin “proqon”un altında imzası olan “vor”ların nə hamısı birlikdə, nə də ayrı-ayrılıqda N.Səlifovun tituldan məhrum edilməsinə dair həbsxanalara “proqon” göndərməyiblər.
Muxalifet2 - 1-09-2020
İcra başçısının nümayəndəsinə CİNAYƏT İŞİ AÇILDI
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Muxalifet2 - 1-09-2020
Minskdə icazəsiz aksiya keçirənlər saxlanılır
Belarusun paytaxtı Minskin mərkəzində icazəsiz aksiya iştirakçılarının saxlanılmasına başlanılıb.
RİA Novosti xəbər verir ki, bir neçə saat əvvəl Belarus Dövlət və Dilçilik Universitetlərinin tələbələri Müstəqillik Meydanı yaxınlığında aksiyaya başlayıblar.
Təhlükəsizlik qüvvələri əvvəlcə aksiyaya müdaxilə etməsələr də, sonra hərəkətə keçiblər.
Muxalifet2 - 1-09-2020
Ağdərənin Talış kəndində evlərə və dəyirmana od vurulub
Dağlıq Qarabağdakı qondarma rejimin “istintaq komitəsi” işğal altındakı Ağdərə rayonunun Talış kəndində, qoşunların təmas xəttinin yaxınlığında bir neçə evə və dəyirmana od vurulduğunu bildirir. Məlumata əsasən naməlum şəxs və ya şəxslər 7 yaşayış evini, digər 3 tikilini, habelə yerli dəyirmanı yandırıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Muxalifet2 - 1-09-2020
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq təcridxanasında qalmaq istəyib.
Bu barədə onun vəkili Adil İsmayılov bildirib.
Muxalifet2 - 2-09-2020
Saakaşvili postsovet məkanında isahatlar bürosu yaradır - AZƏRBAYCAN VƏ QAZAXISTAN SƏFİRLƏRİ İLƏ GÖRÜŞÜNDƏ AÇIQLADI
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili postsovet məkanında islahatlar üzrə büro yaratmaq qərarına gəldiyini açıqlayıb. virtualaz.org xəbər verir ki, Saakaşvili bu haqda Azərbaycanın və Qazaxıstanın Ukraynadakı səfirləri ilə görüşündə açıqlayıb.
Muxalifet2 - 2-09-2020
AZƏRBAYCANA SURİYALI DÖYÜŞÇÜLƏR GƏTİRİLİB? - Müdafiə Nazirliyindən açıqlama
Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin sentyabrın 1-nə olan elektron versiyasında yayılan qərəzli yazıya münasibət bildirib.
Nazirlikdən verilən məlumata görə, “Rusiyanın “Nezavisimaya qazeta” nəşri “Azərbaycandakı Suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı dərc etdiyi məqalədə oxuculara həqiqətə tam uğun olmayan məlumatı təqdim edib.
Muxalifet2 - 2-09-2020
Azərbaycan neftinin qiyməti qalxır - SON QİYMƏT...
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,07 ABŞ dolları, yaxud 0,15% artıb.
"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 45,92 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.Muxalifet2 - 2-09-2020
Şabranda dəhşətli qətl - Qardaş bacısını su kanalında boğub öldürdü
Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Musavat.com-a Şabran Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilibMuxalifet2 - 2-09-2020
Tənqidlə böhtanı səhv salanlar, yaxud ötən yazılarımın izi ilə... - RAMİZ MEHDİYEVDƏN NÖVBƏTİ YAZI
Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə!
Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!
Cümlə məarif əhlinin haləti göz önündədir, -
Vəchi-məaşı bir belə!.. Dərdü bəlası bir belə!
Madəri – elmə söylənir Məryəmə söylənən tühəm
Elmin anası bir belə, cəhlin atası bir belə!Muxalifet2 - 2-09-2020