Axtarış
The search found 105712 results in 0.03 seconds.
Search results
Paşinyanın arvadı silahlanır və səngərdən azərbaycanlı uşaqları nişan alır... - ANNA AKOPYAN VƏ ƏRİNİN ƏSL SİMASI
Paşinyanın və hökumətinin “sülhpərvər simasını” bir kənara ataraq əsl simasını ortaya qoyması-aqressiv və kompromissiz ritorikaya keçməsi, yeni erməni militarizmini başlatması üçün cəmi yarım il lazım oldu. Ermənistan hakimiyyətinin rəhbərlərinin sülhsevər bəyannamalələrinin dekorasiya olduğu ço tezliklə üzə çıdı, sülhpərvər təşəbbüslər isə iyul müharibəsi zamanı artilleriyanın gurultusu ilə darmadağın oldu.
Muxalifet2 - 3-09-2020
ŞOK QƏRAR - Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edildi
Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet2 - 3-09-2020
Azərbaycanlıların Almaniyadan deportasiyası baş tutmadı - HAVA LİMANINA GƏTİRİLDİLƏR, ANCAQ...
Ötən gecə Almaniyanın Düsseldorf şəhərindən Azərbaycan vətəndaşlarının xüsusi təyyarə reysi ilə deportasiya edilməsi baş tutmayıb.
"Report"un Avropa bürosunun məlumatına görə, gecə saat 02:00 radələrində 20-yə yaxın Azərbaycan vətəndaşı Düsseldorf hava limanına gətirilsə də, planlaşdırılan xüsusi reys təxirə salınıb.
Nəticədə onlar yenidən polis və miqrasiya polisinin müşayiəti ilə müvəqqəti olaraq Düsseldorf şəhər Miqrasiya İdarəsinin sığınacaq axtaranlar üçün nəzərdə tutulan yataqxanalardan birinə yerləşdiriliblər.
Muxalifet2 - 3-09-2020
"İlham Əliyevin yunan səfirlə açıq danışması həm də Ermənistanla bağlıdır"
“Azərbaycan Türkiyə ilə Yunanıstan arasında münasibətlərin normallaşmasına çalışır”.
Bunu Yenisabah.az-a keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov ölkə başçısı İlham Əliyevin Yunanıstanın yeni səfirini qəbul edərkən səsləndiridiyi fikirləri şərh edərkən bildirib.
Muxalifet2 - 3-09-2020
Azərbaycan vətəndaşı Şuşaya necə gedib? - ŞOK DETALLAR
“İsa bulağı”nda kabab, araq sifariş edən azərbaycanlının kimliyini açıqlayan Gülnarə Hacıyeva təhdid olunur
DİN və DTX Şuşada yeyib-içən Azərbaycan vətəndaşı ilə bağlı niyə araşdırma aparmaqdan yayınıb?
Muxalifet2 - 3-09-2020
Türkiyənin müdafiə naziri F-16 ilə Egeyin şimalında uçdu - YUNANISTANA VƏ ONU DƏSTƏKLƏYƏNLƏRƏ SƏRT MESAJLAR VERDİ / VİDEO
Türkiyənin müdafiə naziri Hulusi Akar bu gün sentyabrın 3-də Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı ilə Egey dənizinin şimalında uçub və Yunanıstana, ona dəstəkləyənlərə sərt mesajlar verib.
Türkiyə KİV-ləri xəbər verir ki, Hərbi Hava Qüvvələrinin yeni təlim-uçuş ilinin başlanması münasibəti ilə aviabazalardan birinə gedən Hulusi Akar Yunanıstana dəstək üçün Şərqi Aralıq dənizinə öz təyyarədaşıyan gəmisini göndərən Fransaya Atatürkün məşhur sözləri ilə mesaj verib: “Gəldikləri kimi gedəcəklər”.
Muxalifet2 - 3-09-2020
Binəli Yıldırım koronavirusa yoluxdu - ÖZÜ AÇIQLADI
AKP-nin İzmir millət vəkili və Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım sosial şəbəkə hesabında koronavirusa yoluxduğunu açıqlayıb.
Bu barədə “Milliyet” yazıb.
“Bu səhər Semiha xanımla birlikdə Ankara Şəhər Xəstəxanasına müraciət etdik. Aparılan yoxlamalar nəticəsində COVID-19 testimizin nəticəsi müsbət çıxdı. Vəziyyətimiz yaxşıdır. Həkimlərimiz evdə qalmağımızı uyğun gördülər”, - Yıldırım bildirib.
Muxalifet2 - 3-09-2020
Gürcüstanda meyiti tapılan qızın anasının dindirilməsi başa çatıb
Tbilisi Şəhər Məhkəməsində 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvilinin hakimin iştirakı ilə dindirilməsi başa çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, ailənin vəkili Mixeil Ramişvili qadının bütün suallara hərtərəfli cavab verdiyini bildirib.
Onun sözlərinə görə, sorğu-sual zamanı T.Tamazaşvilinin Gürcüstanın üç yüksək vəzifəli şəxsinin Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı bəyanatına dair suallar verilib.
Muxalifet2 - 3-09-2020
XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ İŞDƏN ÇIXARILDI - Foto
Azərbaycan Xarici İşlər nazirinin müavini Nadir Hüseynov tutduğu vəzifədən azad edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbələr məlumat veriblər.
Xatırladaq ki, N. Hüseynov 2010-cu ildən nazir müavini vəzifəsində çalışırdı.
Muxalifet2 - 3-09-2020
Azərbaycanda daha 167 nəfər koronavirusa yoluxdu – 3 NƏFƏR VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 167 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxalifet2 - 3-09-2020
CƏBHƏ BÖLGƏSİNDƏ HƏRBİ HAZIRLIQ - Azərbaycan müharibəyə hazırlaşır?
Son günlər Azərbaycanın cəbhəyanı və sərhəd bölgəsində olan kəndlərində döyüş hazırlığına bənzər hərəkətlər müşahidə olunur, bu barədə həmin ərazilərdə yaşayanlar danışır.
Muxalifet2 - 3-09-2020
Fətullah Gülən Azərbaycana pul göndərir?
Ötən həftə Türkiyə mediası ABŞ Federal Təhqiqatlar Bürosunun Ohayo və İllinoys şatlarında “Gülən” cameəsinin lideri Fətullah Gülənə yaxın şəxslərlə bağlı eynizamanlı əməliyyat keçirməsi xəbərini yaydı. Xəbərlərdə bildirilirdi ki, əməliyyatlar zamanı 32 nəfər saxlanaraq federal məhkəmələr qarşısına çıxarılıb. FTB-nin rəsmi açıqlamalarına görə, saxlananlara qarşı vergidənyayınma, şübhəli valyuta əməliyyatlarında iştirak ittihamları irəli sürülüb və haqlarında həbs qərarı seçilib.
Muxalifet2 - 3-09-2020
İşdən çıxarılan nazir müavininə yeni vəzifə verilib
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunan Nadir Hüseynova yeni vəzifə verilib.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.
Muxalifet2 - 3-09-2020
Birinci Vitse-prezident katibliyi rəhbərinin müavini nazir müavini təyin edildi
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini Fariz Rzayev Azərbaycan Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.
Bu barədə virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbələr məlumat veriblər.
Muxalifet2 - 3-09-2020
Vaşinqton Serbiyadan Kosovonun tanınmasını tələb etdi - TRAMPIN QIZI DANIŞIQLARA QOŞULDU
Belqradla Priştina arasında danışıqların ikinci mərhələsi Vaşinqtonda başlayıb, ABŞ lideri Donald Trampın qızı və məsləhətçisi İvanka Tramp da ona qoşulub.
Bu barədə Serbiyanın “Tanjug” agentliyi öz mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqların ikinci raunduna Ağ Evdə start verilib.
Muxalifet2 - 4-09-2020
Bloger Elvin İsayevin məhkəməsi başlayır
Dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən bloger Elvin İsayevin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.
Trend-in məlumatına görə, E. İsayev barəsində olan cinayət işinin materialları istintaq edilib və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edəcək. Yaxın vaxtlarda iş üzrə məhkəmə prosesinin vaxtı müəyyən eiləcək.
Muxalifet2 - 4-09-2020
Biləsuvarda DSMF müdirinin tutulması xəbəri barədə RƏSMİ AÇIQLAMA
"Son günlər mətbuatda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə yayılan məlumat əsassızdır, həqiqəti əks etdirmir". "Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Muxalifet2 - 4-09-2020
Prezidentin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTOLAR
Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak ediblər.
Muxalifet2 - 4-09-2020
“RƏŞAD ƏLİYEVİN İDDİALARI ŞƏR VƏ BÖHTAN XARAKTERLİDİR” – DİN-dən Muxalifet.az-da dərc olunan yazıya REAKSİYA
Muxalifet.az saytında dərc olunan “Rəis müavini məni intihar həddinə çatdırıb” sərlövhəli yazıya Daxili İşlər Nazirliyi (DİN) tərəfindən reaksiya verilib. Nazirliyin Mətbuat Xidmətinin Quba rayonu üzrə regional qrupunun DİN “Facebook” səhifəsində yaydığı məlumatda saytımıza müraciət edən Siyəzən şəhəri, H. Talıbov küçəsi, bina 5, ev 22-də yaşayan Əliyev Rəşad Vaqif oğlunun iddialarının əsassız olduğu bildirilir.
Muxalifet2 - 4-09-2020
MİLYONLARLA DOLLARLIQ FIRILDAQ, CİNAYƏT İŞİ, ƏDALƏTSİZ HƏBS... - İş adamı Prezidentdən kömək istəyir
“Atam Kərimov İslam Sadıx oğlu məhkəmələrin ədalətsiz hökmü ilə təqsiri olmadan həbsdə saxlanılır. Onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu ələ keçirib borc bataqlığına salıblar, üstəlik həbsə ataraq milyonlarla dollar tələb edirlər”.
Bunu “AzPolitika.info”-ya müraciətində Bakı sakini Cavidan Kərimov bildirib.
Muxalifet2 - 4-09-2020