Axtarış

The search found 105712 results in 0.033 seconds.

Search results

  1. Vilayət Eyvazov DYP-yə yeni rəis təyin etdi

    Daxili işlər orqanlarında yeni təyinat olub. "Report"un Muğan bürosu xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Sabirabad rayon Dövlət Yol Polisinin (DYP) rəisi, polis mayoru Elşən Əvəz oğlu Əzizov vəzifəsindən azad edilib.

    Nazirin digər əmri ilə o, Biləsuvar rayonu DYP rəisi vəzifəsinə təyin olunub.

    Muxalifet2 - 4-09-2020

  2. AZƏRBAYCAN VƏTƏNDAŞLARI "BORC BATAQLIĞINDA" - Məhkəmələrdə olan 700 min işin yarısı kredit borcları ilə bağlıdır

    “Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin icraatında olan 700 mindən artıq işin yarısı kredit borcları ilə bağlıdır”.

    Bu sözləri Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Kredit borcları şöbəsinin rəis əvəzi Emin Veysov deyib.

    O qeyd edib ki, problemli kreditlərin restrukturizasiyası ilə bağlı Prezidentin Fərmanından sonra təxminən 100 minə yaxın iş banklarda öz həllini tapıb:

    “Bu işlərin çoxu məhkəmə çəkişmələrindən sonra İcra Baş İdarəsinə gəlib çıxmışdı. İdarədə vətəndaşların banklara olan borclarının ödənilməsi şəraiti yaradılıb”.

    Muxalifet2 - 4-09-2020

  3. AZƏRBAYCANDA PARTİYA SƏDRİNƏ CİNAYƏT İŞİ AÇILIB! - Təhsil Nazirliyinin sabiq idarə rəisinə 100 min "atıb"

    Azərbaycanda partiya sədri barəsində cinayət işi başlanıb.

    APA-nın məlumatına görə, Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov külli miqdarda dələduzluqda ittiham olunur.

    İş üzrə iki nəfər zərərçəkən var. Onlar İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğludur.

    Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.

    Muxalifet2 - 4-09-2020

  4. "Azərbaycan Prezidenti dünyaya ciddi bir mesaj verdi" - Türkiyəli millət vəkil

    "Prezident İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən sözün həqiqi mənasına dünyaya ciddi bir mesaj verdi". Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım deyib.

    Muxalifet2 - 4-09-2020

  5. Yazıçı Ramiz Mehdiyevin villasından danışdı: “Bizdə Məşədi İbad arxetipi var...”

    Yazıçı Şərif Ağayar AMEA prezidenti Ramiz Mehdiyevin Badamdardakı 400 kvadratmetlik mənzilinin fotolarına münasibət bildirərək sosial şəbəkədə yazıb ki, o elə yerdə bir dəqiqə də rahat yaşaya bilməz. “Necə yaşayırlır o cür yerlərdə? Komfort yoxdur axı o parıltıda, o zər-zibayla bəzənmiş otaqlarda. Bəlkə, yaşamaq üçün deyil o evlər? Eləcə yerində durmaq üçündür” – deyə bildirib.

    Muxalifet2 - 4-09-2020

  6. Ombudsmandan 82 minlik avtomobillə bağlı RƏSMİ AÇIQLAMA

    İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Yenisabah.az-ın xəbərinə reaksiya verib. Söhbət Ombudsmanın 82 000 AZN nəqliyyat vasitəsi almasından gedir. 

    Muxalifet2 - 4-09-2020

  7. Rusiya KİV-i Ermənistana yeni silahların göndərildiyini təsdiqlədi

    Rusiyanın ermənipərəst mövqeyi ilə fərqlənən “Regnum” informasiya agentliyi 4 sentyabr tarixli “Dağlıq Qarabağın yeni ümidləri” adlı məqaləsində Rusiya tərəfindən Ermənistana yeni silahlar göndərildiyini təsdiq edib.

    Muxalifet.az bildirir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) məlumat yayıb.

    Muxalifet2 - 4-09-2020

  8. MƏDƏNİYYƏT NAZIRLİYİNDƏ İŞDƏN ÇIXARILANLAR VƏ VƏZİFƏYƏ TƏYİN OLUNANLAR - Siyahı

    Son günlər Mədəniyyət Nazirliyində xeyli kadr islahatı aparılıb, keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəyə təyin etdiyi bəzi şəxslər Nazirlikdən uzaqlaşdırılıb.

    Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlərlə 10 nəfər işdən çıxarılıb, 6 nəfər isə vəzifəyə təyin edilib.

    Həmin siyahını təqdim edirik:

    Muxalifet2 - 4-09-2020

  9. VƏZİFƏLİ ŞƏXS CİNAYƏT BAŞINDA YAXALANDI - VİDEO / Yenilənib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1 000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
     

    Muxalifet2 - 4-09-2020

  10. Bakı Nəqliyyat Agentliyinin qalmaqallı şöbə müdiri işdən çıxarıldı

    Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama vermiş şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb. Bu barədə “Report”a BNA-dakı mənbə bildirib.
    Xatırladaq ki, ötən gün BNA açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini, şöbə müdiri ilə bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan etmiş, lakin bu tədbirlərin nədən ibarət olduğunu açıqlamamışdı.
     

    Muxalifet2 - 4-09-2020

  11. Rusiyadan Azərbaycana gələn 33 nəfərdə koronavirus aşkarlandı

    Yeni növ koronavirus pandemiyası səbəbindən xarici ölkələrdə, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə qalmış vətəndaşlarımızın vətənə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Report"a verilən məlumata görə, quru sərhədi ilə Azərbaycana qayıtmaq məqsədilə çoxlu sayda vətəndaşlar Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə gəlir.

    Muxalifet2 - 4-09-2020

  12. Rəhim Qazıyev ev dustaqlığına buraxıldı

    Bu gün Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan keçmiş Müdafiə naziri Rəhim Qazıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb.

    Məhkəmə vəsatəti təmin edib.

    Qərara əsasən, R.Qazıyev ev dustaqlığına buraxılıb.

    Muxalifet2 - 4-09-2020

  13. Karantin yenə yumşaldıldı, rayonlara gediş-gəliş açıldı, amma... - OPERATİV QƏRARGAHDAN AÇIQLAMA

    Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması barədə yeni qərar qəbul edib. Qərarda deyilir ki, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunub. 

    Muxalifet2 - 4-09-2020

  14. Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu – 2 PASİYENT VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 37 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 olub.

    Muxalifet2 - 4-09-2020

  15. Tofiq Yaqublunun həbsi qınanır, ReAL-ın qeydiyyatı alqışlanır – ABŞ səfirliyi bəyanat verdi

    ABŞ-ın Azərbaycandakı səfirliyi müxalifət fəalı, Qarabağ qazisi Tofiq Yaqublunun məhkəmənin hökmü ilə həbs olunmasına və ReAL Partiyasının dövlət qedyiyyatına alınmasına münasibət açıqlayıb.

    Muxalifet2 - 4-09-2020

  16. Almaniya və Niderlanddan 5 azərbaycanlı deportasiya olunub

    Almaniyadan və Niderlanddan 5 azərbaycanlı yerli miqrasiya qanunvericilik tələblərini pozduğu üçün deportasiya olunub.

    "Report"un Avropa bürosunun məlumatına görə, Niderland Krallığından Ukrayna vətəndaşları, əslən Bakıdan olan 42 yaşlı Səfərov Qoşqar Sultan oğlu, həyat yoldaşı Səfərova Lyudmila Vladimirovna və 4 yaşlı qız övladı Səfərova Ruslana Qoşqar qızı ölkədən deport olunublar.

    Muxalifet2 - 4-09-2020

  17. Lalə Şövkət xəstəxanadan evə buraxılıb - NƏZARƏT ALTINDA SAXLANILACAQ

    Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət xəstəxanadan evə buraxılıb.

    Bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

    S. Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət evdədir və vəziyyəti yaxşılaşmağa doğru gedir: “Bir gün əvvəl Lalə xanımı xəstəxanadan evə buraxıblar. Vəziyyəti protokola uyğundur. Həkimlər onun səhhətini nəzarət altında saxlayırlar”.

    Muxalifet2 - 4-09-2020

  18. Navalnının təyyarədə yanında olan butulkada zəhər izləri tapıldı - “Spiegel”

    Münhenin Bundesver Farmakologiya və Toksikologiya İnstitutunun mütəxəssisləri Aleksey Navalnının qanında, sidiyində və dərisində, eləcə də təyyarədə yanında olan butulkada "Noviçok" qrupundan zəhərli maddənin izlərini tapıblar. 

    APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü hökumət mənbələrinə əsasən  “Spiegel” jurnalı məlumat dərc edib.

    Muxalifet2 - 4-09-2020

  19. Prezidentdən sərrast atış - BÜTÜN GÜLLƏLƏRİ ONLUĞA DƏYDİ / VIDEO

    Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun silahla sərrast atışının görüntüləri yayılıb.

    Berdiməhəmmədov döyüş silahı ilə məharətini nümayiş etdirib.

    O, Müdafiə Nazirliyinin və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə onların silahlardan istifadəsini şəxsən yoxlamaq üçün poliqona gəlib. Atışmanın nəticəsinə görə ölkə başçısı əsgər və zabitlərin döyüş hazırlığına daha çox diqqət yetirmələri barədə göstəriş verib.

    Muxalifet2 - 4-09-2020

  20. Belarusun Navalnıya dair materialları “FSB”yə göndərilib - PESKOV AÇIQLADI

    “Aleksey Navalnının zəhərlənməsi barədə məlumatların saxtalaşdırılmasını sübut edən Belarus kəşfiyyatının materialları Rusiya Federal Təhlükəsizlik Xidmətinə göndərilib, qurum bununla bağlı Prezident Vladimir Putinə məlumat verəcək”.

    Bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov açıqlama verib.

    Muxalifet2 - 4-09-2020

Pages