Axtarış
The search found 105712 results in 0.06 seconds.
Search results
ƏSGƏRƏ MƏKTUB - Rəhim bəy Qazi Tofiq Yaqublu oğluna
Salam, əsgər! Günün aydın olsun! Qazi ATAnın uğrunda canını verdiyi, qarşılığında qazamatla ödülləndiyi Vətənə xidmət necə keçir? Heç sıxılma ki, Qazi ATAn qazamatda aclıq çəkir. Sən Vətənin keşiyini çək, Qazi ATA da əminliklə aclığını çəkə bilsin! Şair demiş, məhbəs də Vətəndir, Vətəni -məhbəsi qoru, oğul!
Muxalifet2 - 7-09-2020
Azərbaycanda Millət İttifaqı yaradılır - BƏYAZ HƏRƏKATININ TƏŞƏBBÜSÜ İLƏ
Bəyaz Hərəkatınını təşəbbüsü ilə Azərbaycanda Millət İttifaqı adlı yeni siyasi birlik yaradılır.
Muxalifet.az xəbər verir ki, bu haqda Bəyaz Hərəkatının mətbuat katibliyindən məlumat verilir.
Qeyd edək ki, artıq Millət İttifaqının Təşəbbüs qrupu formalaşdırılıb. Təşəbbüs qrupu mətbuata açıqlama ilə çıxış edib:Muxalifet2 - 7-09-2020
Bakıda şagird özünü məktəbin üçüncü mərtəbəsindən atıb - YENİLƏNİB
Bakıda şagird məktəbdə yıxılmayıb, o, özünü məktəbin üçüncü mərtəbəsindən yerə atıb.
Bu barədə "Report"a hadisənin baş verdiyi 313 saylı məktəbin direktor müavini Nəcəf Bayramov deyib.
O bildirib ki, sosial şəbəkələrdə yazıldığı kimi qız 10-cu sinifdə deyil, hələ yeni tədris ilində 9-cu sinfdə təhsilini davam etdirəcək:
“Onun sinifdən-sinfə keçməsi ilə bağlı problemi olmayıb. Anası məktəbimizdə xadimə işləyir və anasının yanına gəlib, naməlum səbəbdən təhsil müəssisəsinin üçüncü mərtəbəsinə qalxıb pəncərəni açaraq özünü atıb”.
Muxalifet2 - 7-09-2020
Özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır - TƏBİB-dən açıqlama
Özünü 313 nömrəli məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edən 9-cu sinif şagirdinin vəziyyəti hazırda ağır-stabil qiymətləndirilir.
Muxalifet2 - 7-09-2020
CƏNUB ZONASININ “TENDER KRALI”... - 1 manat 60 qəpiklik nizamnamə kapitalı ilə 10 milyon qazanan şirkət
Artıq uzun illərdir ki, Azərbaycanda tenderlər və dövlət satınalmalarının ən çox korrupsiyalaşmış və “qaranlıq işlər” üçün münbit şəraitə malik sahə olduğu heç kimə sirr deyil. Bir müddət əvvəl həbs olunan icra başçıları və nazir müavinlərinə qarşı irəli sürülən ittihamların da əsas maddələrindən biri tenderlər zamanı yol verilən korrupsiya halları ilə bağlıdır.
Muxalifet2 - 7-09-2020
Ombudsmanın nümayəndəsi Tofiq Yaqublu ilə görüşüb
İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) nümayəndəsi Müsavat Partiyasının həbsdə olan fəalı Tofiq Yaqublu ilə görüşüb.
Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.
Başçəkmə ilə bağlı Ombudsman Aparatı açıqlama yayacaq.
Qeyd edək ki, T.Yaqublu artıq 6 gündür aclıq etdiyini açıqlayıb.
Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Muxalifet2 - 7-09-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı xeyli azaldı - SON SUTKADA 3 ÖLÜM FAKTI QEYDƏ ALINIB
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Muxalifet2 - 7-09-2020
MÜSAVAT VƏ REAL ARASINDA QALMAQAL – Rəhbər şəxslər bir-birləri haqda ağır ifadələr işlətdilər...
Müsavat və ReAL partiyaları arasında qarşılıqlı ittihamlar başlayıb. Hər iki partiyanın rəhbər şəxsləri sosial şəbəkələrdə bir-birinin ünvanına sərt ittihamlar səsləndiriblər.
Qalmaqala səbəb ReAL partiyasının sədri İlqar Məmmədovun Tofiq Yaqublu ilə bağlı müxalifətin ünvanına dediyi fikirlər olub: “Tofiq Yaqublunun məsələsini hakimiyyətlə danışan REAL`dan başqa müxalifət yoxdur. Hərəsi bir yerə gizlənib bizə buna görə şər-böhtan atır.
Muxalifet2 - 7-09-2020
AZƏRBAYCAN ORDUSUNUN SƏRRAST ZƏRBƏSİ: düşmənin xaçabənzər bazası indi bu haldadır / VİDEO
İyul ayında Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan Ordusunun düşmənin müdafiə xəttinin dərinliklərində yerləşən bir sıra obyektlərə sərrast zərbələr endirdiyi məlumdur. Müdafiə Nazirliyi bu zərbələrdən bəzilərinin görüntülərini artıq yayıb.
Muxalifet2 - 7-09-2020
İctimai yerlərdə 10 nəfərədək toplaşmaq olar - BU GÜNDƏN
Bu gündən ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.
Xatırladaq ki, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.
Bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.
Muxalifet2 - 8-09-2020
ERMƏNİSTANIN QORXULU YUXUSU... - Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi hansı səviyyəyə qədər yüksəlməlidir? / VİDEO
Son günlər Ermənistanın ən yüksək vəzifəli şəxslərindən tutmuş ayrı-ayrı siyasi şərhçilərinə qədər az qala bütün elitası getdikcə sıxlaşan və güclənən Türkiyə-Azərbaycan müttəfiqliyindən qorxuya düşdüklərini biruzə verməyə başlayıblar. Hətta Ermənistan prezidenti Armen Sarkisyan bu müttəfiqlikdən qorxusunu izah edərkən, 1905-ci il qondarma erməni soyqırımını xatırladıb.
Muxalifet2 - 8-09-2020
“Moskvada Azərbaycanla bağlı bütün məlumatları Mehdiyevdən alırdılar”
AMEA Prezidenti Ramiz Mehdiyevin ətrafında baş verənlər cəmiyyətdə əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Sabiq PA rəhbərinin son 25 illik fəaliyyəti müasir cəmiyyətin gözü qarşısında olsa da, onun SSRİ zamanı Mərkəzi Komitədəki işi barədə çox danışılmır.
Azpolitika.info R.Mehdiyevin fəaliyyəti barədə kifayət qədər məlumatlı şəxslərdən biri olan, SSRİ vaxtında Mərkəzi Komitədə işləyən, eləcə də müstəqillik illərində prezidentin mətbuat katibi postunu tutmuş Rasim Ağayevlə söhbətləşib.
Muxalifet2 - 8-09-2020
DSX-nin həbs olunan vəzifəli şəxsləri məhkəməyə gətirildi
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı həbs olunan Dövlət Sərhəd Xidmətinin (DSX) vəzifəli şəxsləri - Sakit Muradov, Samiq Əzizov, Nemət Pənahov, Elçin Vəliyev, Müzəffər Namazov, Abdulla Abdullayev, Xalis Quliyev Bakı Hərbi Məhkəməsinə gətirilib.
Trend-in məlumatına görə, dəstə üzvlərinin barələrində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın verdiyi təqdimata baxılacaq.
Prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyev sədrlik edir.
Muxalifet2 - 8-09-2020
“Sədərək” Ticarət Mərkəzinin rəhbəri işdən çıxarıldı - MEHDİYEVİN ADAMI İDİ
Yusif Qədiməliyev “Sədərək” Ticarət Mərkəzinin rəhbəri vəzifəsindən çıxarılıb.
Bu barədə bazarda çalışan şəxslər məlumat veriblər.
Məlumatda deyilir ki, ötən həftənin cümə günü yeni rəhbərlik təhvil-təslim edib və yeni qaydalarını açıqlayıb. Belə ki, həmin gündən etibarən bazarda yalnız topdan satışla məşğul olanlar onlayn satışla məşğul ola bilərlər. Əks təqdirdə, bu qaydaları pozanlar isə 2500 manat cərimə olunacaqlar.
Muxalifet2 - 8-09-2020
“Şərurlu İsfəndiyar” Ramiz Mehdiyevlə əlaqəsindən danışdı: “Mən kiməm ki…”
Məşhur iş adamı, adı qalmaqallardan əskik olmayan “Şərurlu İsfəndiyar”ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbəri Ramiz Mehdiyevin “adamı” olması, onun “krışası” altında çalışması haqda iddialar yayılıb. Belə xəbərlər dolaşır ki, Mehdiyevin son açıqlamalarından sonra İsfəndiyar Axundovun da durumu ürəkaçan deyil... İsfəndiyar Axundov bu iddialarla bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, onun Ramiz Mehdiyevə görə sorğu-suala çəkilməsi haqda xəbərləri ilk dəfədir eşidir:
Muxalifet2 - 8-09-2020
“Feodal təfəkkürlü Ramiz Mehdiyevin heç bir…” – Deputatdan sərt açıqlama
“Əli İnsanovun son müsahibəsində bu fikirlər diqqətimi çəkdi: "Yeni gələn kadrlara mən fikir verirəm, heç bir təcrübəsi olmayan, öz sahələrindən belə başı çıxmayan, heç bir şey edə bilməyəcəkləri də bəri başdan bəlli olan bir yeni qruppadır." Əli İnsanov nəslinin kadrları ölkəyə korrupsiya, dövlətin qanunlarına saymamazlıq, yekəxanalıq, mədəniyyətsizlik gətiriblər”.
“Yeni Sabah” xəbər verir ki, bunları tanınmış təhsil eksperti, deputat Etibar Əliyev sabiq səhiyyə naziri Əli İnsanovun son müsahibəsinə münasibət bildirərkən yazıb.
Muxalifet2 - 8-09-2020
Əli Həsənov Antaliyaya, oğlu Misirə getdi – Sensasion iddialar
Xəbər verdiyimiz kimi, ötən ayın 19-da Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və o təcili olaraq Türkiyəyə yola salınıb.
Səhhətində ciddi problemlər yarandığı üçün Türkiyəyə yola düşdüyü deyilən Əli Həsənov orada xəstəxanaya deyil otelə yerləşib.
Türkiyə hökumətinə yaxın mənbədən daxil olan məlumatda bildirilir ki, İstanbulda onlarla qohumu və dostu olduğu halda Əli Həsənov qalacağı yeri onlardan gizli saxlamaq üçün oteli “booking.com” vasitəsilə sifariş edib.
Muxalifet2 - 8-09-2020
QURBAN MƏMMƏDOVA CİNAYƏT İŞİ AÇILDI - Barəsində həbs qərarı verilib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.
Muxalifet2 - 8-09-2020
Elnur Eltürk AMEA-dakı işindən ayrılıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk işdən çıxıb.
AMEA-dan məlumatı təsdiqləsələr də, onun hansı səbəbdən ərizə yazıb işindən ayrıldığını dəqiqləşdirməyiblər. Bildirilir ki, bir neçə aydır Elnur Eltürklə akademiyanın rəhbərliyi arasında soyuqluq yaranmışdı.
Muxalifet2 - 8-09-2020
20 mindən çox şagird yenidən imtahan verəcək
Dövlət İmtahan Mərkəzi iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün yenidən buraxılış imtahanları keçirəcək.
Mərkəzdən "Rerport"a verilən məlumata görə, sentyabrın 10-da baş tutacaq imtahanlar Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı və Xaçmazda təşkil olunacaq.
Muxalifet2 - 8-09-2020