Axtarış

The search found 105712 results in 0.088 seconds.

Search results

  1. RAMİZ MEHDİYEV İLHAM ƏLİYEV HAQQINDA - "Etika normalarına riayət edir, yaşlı insanlara hörmət və ehtiramla yanaşır"

    "Azərbaycanda yeni idarəçilər elitası formalaşır". Bunu Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev İlham Əliyev haqqında yazdığı kitabda qeyd edib.

    Kitabın fəsillərindən biri olan "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" başlıqlı məqalə Milli Elmlər Akademiyasının veb səhifəsində çap olunub.

    Ramiz Mehdiyev məqalədə Prezident Administrasiyasında işlədiyi 16 il ərzindəki müşahidələrinə əsaslandığını qeyd edib.

    Muxalifet2 - 4-09-2020

  2. Azərbaycanlı alim koronavirusun dərmanını tapdı - VİDEO

    Türkiyədə yaşayan azərbaycanlı alim COVID-19-a qarşı peyvənd hazırlayıb. 

    Baku TV xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov yeni ixtirasını təqdim edib. Alimin rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilərdən hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

    Tərlan Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb. 

    Muxalifet2 - 4-09-2020

  3. İctimai nəqliyyat iki gün işləməyəcək

    Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti iki günlük dayandırılır. 

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

    Qərara əsasən, sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağandır. 

    Muxalifet2 - 5-09-2020

  4. Tramp Serbiya ilə Kosovonu barışdırdı - PAKT İMZALANDI

    ABŞ Prezidenti Donald Tramp Serbiya ilə Kosovonun iqtisadi münasibətlərin normallaşdırılması ilə bağlı razılığa gəldiklərini bəyan edib.

    Xarici KİV-lər xəbər verir ki bildirir ki, bununla bağlı Ağ Evin mətbuat katibinin köməkçisi məlumat verib.

    Bildirib ki, dünən Vaşinqtonda baş tutan danışıqlardan sonra bu gün Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Kosovonun Baş naziri Avdullah Hoti və Serbiya Prezidenti Aleksandar Vuçiç arasında pakt imzalanıb.

    Muxalifet2 - 5-09-2020

  5. “GƏLİN, REALİST OLAQ VƏ MÜHARİBƏYƏ HAZIRLAŞAQ...” – Ermənistan danışıqlardan imtina edir, bəs sonra?...

    Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun münaqişənin həllinə dair Azərbaycan və Ermənistan tərəfindən imzalanmış sənədlərin mövcudluğu barədə açıqlamasından sonra hər hansı bir paketin və ya Ermənistan və Azərbaycan arasında razılaşmanın qəbuledilməz olduğunu bəyan edib. 

    "Gəlin, danışıqlar mövzusunu müzakirə etmək əvəzinə realist olaq və müharibəyə hazırlaşaq", - o bildirib.

    Muxalifet2 - 5-09-2020

  6. “ABŞ Aralıq dənizində sülh ümidlərini zəhərləyir” - Türkiyə XİN

    Amerika administrasiyasıın Kiprə silah tədarükü embarqosunu ləğv emək barədə qərarı «Şərqi Aralıq dənizində sülhə olan ümidləri zəhərləyir və Türkiyə ilə ABŞ arasındakı müttəfiqlik ruhu ilə bir araya sığmır». Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda söhbət açılır. Xəbəri «Anadolu» dövlət informasiya agentliyi yayıb.

    Muxalifet2 - 5-09-2020

  7. Parlament seçkilərinə 66 partiya qatılacaq - GÜRCÜSTANDA

    Bu il oktyabrın 31-də Gürcüstanda keçiriləcək Parlament seçkilərində iştirak üçün 66 partiya qeydiyyatdan keçib. 

    APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

    Bildirilib ki, seçkilərdə iştirak üçün 78 partiya müraciət edib, lakin onlardan 12-nin müraciəti rədd edilib. MSK-dan bildirilib ki, parlament seçkilərində iştirak edəcək partiyaların qeydiyyatı prosesi bu gün başa çatıb.

    Muxalifet2 - 5-09-2020

  8. İRANDA GÜCLÜ PARTLAYIŞ - Yüzlərlə insan xəsarət aldı

    İranın qərbində xlor balonunun partlayışı nəticəsində xəsarət alanların sayı 217 nəfərə çatıb.

    Bu barədə "Report" "Mehr" agentliyinə istinadən xəbər verir. 

    Hadisənin başvermə səbəbləri araşdırılır.
    ***22:29

    İranın qərbində xlor balonunun partlayışı nəticəsində azı 120 nəfər xəsarət alıb.

    Bu barədə İlam vilayətinin Çardaval sahəsi üzrə rəhbəri İlyas Fəttahi bildirib.

    Muxalifet2 - 5-09-2020

  9. ABŞ strateji nüvə bombardmançıları dalbadal Rusiyaya yaxınlaşır - UKRAYNA ÜZƏRİNDƏN DƏ... / VİDEO

    Ötən gün sentyabrın 4-də ABŞ Hərbi Hava Qüvvələrinin 3 B-52H “Stratofortress” bombardmançısı Qara dəniz üzərindən Rusiya sərhədlərinə yaxınlaşıb. Virtualaz.org xəbər verir ki, bombardmançıları “tutmaq” üçün Cənub hərbi dairəsinin 8 qırıcısı havaya qaldırılıb.

    Muxalifet2 - 5-09-2020

  10. BNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib?

    Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə bu günlərdə işdən azad edilmiş şöbə müdiri Hikmət Babayevə quruma məxsus "BakuBus" MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

    Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a açıqlamasında deyib ki, bu məlumatlar həqiqətə uyğun deyil.

    “Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, - o qeyd edib.

    Muxalifet2 - 5-09-2020

  11. “MÜHARİBƏ OLSA, AFİNA ADALARI İTİRƏCƏK...” – “Türkiyə müharibəyə hazırdır”

    Tarixdən məlum olduğu kimi, Birinci Dünya Müharibəsindən məğlub çıxan Osmanlı imperiyasının əraziləri digər ölkələr tərəfindən bölüşdürüldü. 1920-ci ildə bağlanmış “Sevr müqaviləsi” Osmanlı üçün tam iflas olsa da, Türkiyə özündə güc tapıb Anadolu yarımadasındakı torpaqlarını geri qaytardı və respublika qurdu.

    Muxalifet2 - 5-09-2020

  12. Musa ümməti ilə su tapdı, xilas oldu: BİZİ BU SAHƏDƏ NƏ GÖZLƏYİR?

    Tarixən müharibələrin çoxu qlobal iqlim dəyişikləri ucbatından baş vermişdir. Şimalda güclü yağışlar yağanda insanlar cənuba köçmüş, cənubda quraqlıq başlayanda şimala çəkilmişlər. Əgər Volqa çayı boyundan begemont sümükləri tapılırsa, deməli nə zamansa Ural dağlarının ətəklərində Nubiyadakı, Efiopiyadakı istilik olmuşdur.

    Yağışlar bol olanda Nil çayının suları 10-12 dəfə artırdı. Çağlayan sular çayın məcrasından çıxır, lilli münbit torpağı səhradakı çökəklərə yayırdı. Əkinçilər yüz min hektarlarla torpağa arpa, buğda toxumları səpirdilər.

    Muxalifet2 - 5-09-2020

  13. Üç gün əvvəl itən uşağın ailəsi “Ceyranbatan”ın qarşısına toplaşdı - VİDEO

    Sentyabrın 2-də itkin düşən uşağın hələ də tapılmamasına görə ailə üzvləri Ceyranbatan su anbarının qarşısına toplaşıb. Onlar xilasedicilərdən uşağı tapmağı tələb ediblər.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2 sentyabr 2020-ci il tarixində FHN-in 112 qaynar telefon xəttinə Davudov Yusif Bəhlul oğlunun “Stansiya Sumqayıt” adlanan ərazidə itkin düşməsi barədə məlumat daxil olub:

    Muxalifet2 - 5-09-2020

  14. Azərbaycanda daha161 nəfər koronavirusa yoluxdu – 2 PASİYENT VƏFAT ETDİ

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 146 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

    Muxalifet2 - 5-09-2020

  15. İlham Əliyev İlqar Məmmədovu təbrik etdi

    Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə növbəti görüşü keçirilib.

    Bu barədə partiyanın rəsmi "Facebook" səhifəsində bildirilib.

    Qeyd olunub ki, Ə.Vəliyev partiyanın qeydiyyatı münasibəti ilə Prezident İlham Əliyevin təbrikini İ.Məmmədova çatdırıb.

    Muxalifet2 - 5-09-2020

  16. İstanbulun mərkəzində 1 milyonl dollarlıq “Lamborghini” ilə qarpız satdılar - VİDEO

    Bu günlərdə İstanbulun mərkəzi Beyoğlu məhəlləsində, Hacı Hüsrev məhəlləsi, Piyalepaşa bulvarında “Lamborghini Avendator” markalı lüks avtomobilin baqajında qarpız satan iki nəfərin videosu sosal şəbəkələrdə ildırım sürəti ilə yayılıb.

    Muxalifet2 - 5-09-2020

  17. “Harada Türkiyə varsa, Azərbaycan oradadır, harada Azərbaycan varsa, Türkiyə də var” - TBMM sədri

    “Tarixin qlobal və regional baxımdan böyük dəyişikliklərin yaşandığı bir dönəmindən keçirik. İnanırıq ki, bu proses Türkiyə ilə Azərbaycanın gücünü, birliyini artıracaq. Ortaya çıxan problemin həllində bu birliyin müsbət nəticələrinin davamı olacaq”.
    Bunu Türkiyə Parlamentinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı fikirlərini APA-nın yerli bürosuna şərh edərkən deyib.

    Muxalifet2 - 5-09-2020

  18. Azərbaycan Rusiyada keçiriləcək “Qafqaz-2020” hərbi təlimlərində iştirak etməyəcək

    Cari ilin sentyabr ayında Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcək.
    APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
    Qeyd olunan hərbi təlimlərə sadəcə olaraq iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır.

    Muxalifet2 - 5-09-2020

  19. Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi

    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib.

    Muxtar respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləyiblər.

    Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.

    Muxalifet2 - 5-09-2020

  20. Ukraynada üzərində “Qarabağ Azərbaycandır!” şüarı olan hava şarı səmaya buraxıldı

    Bu gün Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə tanıtım aksiyası keçirilib.

    AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı və təşəbbüsü ilə keçirilən aksiya zamanı hava balonunun üzərinə “Qarabağ Azərbaycandır!” şüarı yazılaraq səmaya buraxılıb. Hava şarını Kiyev və Jitomir şəhərlərindən müşahidə etmək mümkün olub.

    Muxalifet2 - 5-09-2020

Pages