Axtarış

The search found 105712 results in 0.028 seconds.

Search results

  1. Tofiq Yaqublu ev dustaqlığına buraxıldı - 4,3 İL AZADLIQDAN MƏHRUM EDİLMİŞDİ

    Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

    Muxalifet.az bildirir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılıb və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

    Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı.

    Muxalifet2 - 18-09-2020

  2. AMEA DÜNƏN BAŞA ÇATAN TENDERLƏ BAĞLI BU GÜN ELAN VERİB - Elton Məmmədovdan "yenilik"...

    Azərbaycan Milli Elmlər Akademiyasi mühafizə xidmətinin satın alınması məqsədilə tender elan edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, elanda diqqət çəkən məqam dünən sənədlərin qəbulunun başa çatmasıdır.

    Muxalifet2 - 18-09-2020

  3. Azərbaycanda daha 117 nəfər koronavirusa yoluxdu – 1 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 38 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1 898-dir.

    Muxalifet2 - 18-09-2020

  4. “LENININ CƏSƏDINI YANDIRAQ!” - Jirinovskidən gözlənilməz təklif

    Əgər kommunistlər Leninin cəsədini amerikalı sənətçi Devid Datuna satmaq istəmirlərsə, o zaman onu krematoriyada yandırıb, külünü kolbada anasının, yaxud atasının məzarı yanında dəfn etmək lazımdır.

    Bunu “Vesti FM” radiostansiyasının efirində Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski deyib.

    Muxalifet2 - 19-09-2020

  5. MƏKTƏBLƏR YENİDƏN BAĞLANACAQ? - "Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq..."

    Azərbaycanın ümumi təhsil müəssisələrində yeni tədris ili başlayıb.

    Muxalifet2 - 19-09-2020

  6. Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?

    Ötən həftə sosial mediada yayılan video görüntülərdə Azərbaycanın keçmiş gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı olduğu deyilən qadının keçmiş həyat yoldaşının işçilərinin və polisin onun evinə gəldiklərini və valideynlərini həbs etdiklərini dediyi eşidilir.

    Azərbaycanlı hüquq müdafiəçiləri bildiriblər ki, Zeynəb Cavadlının qohumları onlardan yardım istəyib. Onların sözlərinə görə, onlar bir neçə dəfə azərbaycanlı qızları BƏƏ-də işgəncələrdən xilas ediblər.

    Muxalifet2 - 19-09-2020

  7. Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə bəd xəbər - “DAHA ONLARIN GİZLƏNMƏYƏ YERİ QALMAYACAQ...”

    Böyük Britaniya hökuməti ölkənin hüquqi şəxslərin vahid Reyestrində islahatların aparılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

    Muxalifet2 - 19-09-2020

  8. DTX bəzi şəxslərin adının daxil edildiyi siyahıya münasibət bildirdi

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.

    DTX-nin rəsmi saytında yer alan açıqlamada deyilir:

    Muxalifet2 - 19-09-2020

  9. “Ermənistan yeni müharibəyə hazırlaşır, təmas xəttinə qüvvə cəmləşdirir...” - İLHAM ƏLİYEV DÜŞMƏNƏ YENİ DƏRS VERİLƏCƏYİNİ DEDİ

    “Ermənistan aqressiv dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı nifrəti çirkin siyasətlərində də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.

    Bu sözləri prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.

    Muxalifet2 - 19-09-2020

  10. BU GÜN AZƏRBAYCADA KORONAVİRUSA YOLUXANLAR YENİDƏN ARTDI... - 2 nəfər vəfat edib

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

    Muxalifet2 - 19-09-2020

  11. TÜRKİYƏ RUSİYAYA "YOX" DEDİ - İdlib məsələsində geri çəkilməyəcək

    Rusiya Türkiyəni Suriyanın şimal-qərbindəki İdlib təhlükəsizlik zonasında özünün hərbi iştirakını ixtsar etməyə çağırır. Bu barədə Ankarada iki ölkənin hərbi nümayəndələri arasında keçirilmiş görüşlərin iştirakçısı olmuş mənbələr xəbər verib.

    Görüşdə bir sıra məsələlərlə yanaşı, Türkiyənin ağır silahlarının İdlibdən çıxarılması və «Türkiyənin müşahidə məntəqələrinin fəaliyyətinə yönəlik situasiyanın dəyişməsi» məsələlərinə baxılıb. Bu barədə «Asharq Al-Awsat» adlı panərəb qəzeti (mənzil-qərargahı Londonda yerləşir) xəbər verib.

    Muxalifet2 - 19-09-2020

  12. İLHAM ƏLİYEVDƏN PAŞİNYANA SƏRT SÖZLƏR - “Sən kimsən ki, bizimlə şərt dilində danışırsan”

    “Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Amma mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni, hər bir addım bizə qarşı açıq təxribatdır”.

    Muxalifet2 - 19-09-2020

  13. Təhsil naziri intihar edən müəllimdən yazdı

    Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində sentyabrın 16-da intihar edən Bakı şəhəri 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi barədə yazıb. 

    "Report"un məlumatına görə, nazir bildirib ki, sentyabrın 16-da Bakı şəhəri 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın intihar etməsi xəbəri Təhsil Nazirliyi, eləcə də bütün təhsil ictimaiyyəti tərəfindən dərin narahatlıq və kədər hissi ilə qarşılanıb.

    Muxalifet2 - 19-09-2020

  14. "Aclığın fəsadları daha çox oldu" - TOFİQ YAQUBLU

    Cümə günü ev dustaqlığına buraxılan Tofiq Yaqublu aclıq aksiyasının çox ağır keçdiyini desə də, hazırda təhlükənin olmadığını bildirir.
    O, BBC News Azərbaycancaya planları barədə danışaraq, deyib ki, hazırda müalicə olunur və vəziyyətin necə inkişaf edəcəyi məhkəmənin "gedişatından sonra bilinər".

    Muxalifet2 - 19-09-2020

  15. İcra başçısının müavini və şöbə müdiri işdən çıxarıldı

    Gəncə şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vəfa Abbasova və Şəhər İdarəetmə Şöbəsinin müdiri Ramil Orucov tuttuğu vəzifələrdən azad ediliblər.

    Muxalifet.az xəbər verir ki, hələlik adları çəkilən şəxsin hansı səbəbdən işdən azad olnduğu məlum deyil.

    Məlumat üçün qeyd edək ki,hər iki şəxs Gəncə şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov tərəfindən vəzifəyə təyin edilmişdilər. Baku.ws

    Muxalifet2 - 19-09-2020

  16. Prezidentin kartejinin önünə it cəsədi atılmasına kim göstəriş verib? - RAMİZ MEHDİYEVİN ŞOK ƏMƏLLƏRİ

    Prezident Administrasiyasının sabiq rəhbəri Salyanın icra başçısını vəzifədən çıxartdırmaq üçün kimlərə onu nüfuzdan salmağı tapşırıb…

    Muxalifet2 - 19-09-2020

  17. PKK–nın diversiya dəstələri Azərbaycan ordusuna hücuma hazırlaşır - MİSİR MEDİASINDA SENSASİON TƏFƏRRÜATLAR

    Xəbər verildiyi kimi, Ermənistan Türkiyənin Azərbaycana hərbi dəstəyinə cavab olaraq PKK kürd terror qruplaşması ilə işbirliyinə başlayıb və iyul ayında Tovuz istiqamətində baş vermiş toqquşmaların ardınca PKK yaraqlılarını Qarabağa daşımağa başlayıb. Bundan əvvəl virtualaz.org mötəbər qaynaqlara istinadən (https://virtualaz.org/aktual/169255) Ermənistanın İraqdakı səfiri Qraçya Poladyanın Süleymaniyyədə apardığı danışıqlar və  PKK yaraqlılarının Qarabağa daşınması marşrutu barədə sensasion məlumatları dərc etmişdi.

    Muxalifet2 - 20-09-2020

  18. ABŞ-ın döyüş gəmiləri Fars körfəzinə girdi

    Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin zərbə qrupu sentyabrın 18-də Fars körfəzinə daxil olub. Hərbi-dəniz qüvvələrinin 5-ci operativ donanması xəbər verib ki, «Nimits» (CVN 68) atom aviadaşıyıcısı qrupunun tərkibində «Prinston», «Filippin dənizi» raket kreyserləri və «Sterett» esminesi var.
     

    Muxalifet2 - 20-09-2020

  19. Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...

    Gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı sentyabrın 20-də qüvvəyə minir.

    Muxalifet2 - 20-09-2020

  20. Gürcüstanda 200-ə yaxın şəxsdə koronavirus aşkarlandı

    Gürcüstanda son 24 saat ərzində daha 196 nəfərə koronavirus diaqnozu qoyulub, 13 pasiyent müalicə olunaraq sağalıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

    Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 3 502 nəfərə, sağalanların sayı isə 1 494-ə çatıb. Xəstəlik səbəbindən 19 nəfər dünyasını dəyişib.

    Hazırda karantində 5 014, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. 

    Muxalifet2 - 20-09-2020

Pages