Nizami Xudiyevin oğlu işdən çıxarılıb? - YENİLƏNİB

Bakı şəhər Prokurorluğu Nizami Xudiyevin prokurorluq orqanlarında çalışan oğlunun işdən çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Bakı şəhər Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, bəzi KİV-də Nazim Nizami oğlu Xudiyevin tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlar yalandır: "Nazim Xudiyev hazırda Bakı şəhər Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışır".
Qeyd edək ki, Nazim Xudiyev AzTV-nin sabiq rəhbəri Nizami Xudiyevin oğludur.
**
Baş Prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.
Muxalifet.az-ın Unikal.org-a istinadən məlumatına görə, Xətai rayon prokurorunun müavini olan Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.
Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib.
Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.