MADURO ABŞ-də MÜHAKİMƏ OLUNACAQ - Həbsindən sonrakı ilk görüntüləri yayıldı / FOTO

Baxış sayı:
430

Maduro ABŞ məhkəməsində cinayət ittihamları ilə mühakimə olunacaq.

Bu barədə senator Mayk Linin Dövlət katibi Rubioya istinadən məlumat verib.

O, əlavə edib ki, ABŞ-ın Venesuelaya qarşı bundan sonra zərbələr endirməyi planlaşdırmır.

Bu arada sosial şəbəkələrdə Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılmasına dair iddia olunan fotoşəkil yayılıb.

Görüntülərdə Maduronun ABŞ xüsusi təyinatlılarının nəzarəti altında olduğu əks olunub.

Qeyd edək ki, Qərb mediasının məlumatına görə, Maduronun yaxın ətrafından biriləri satıb.

Belə ki, ABŞ hakimiyyəti Venesuela prezidenti Nikolas Maduronun yerini deyən şəxsə 50 milyon dollar mükafat elan etmişdi. Bu gün prezidentin və xanımının həbsi məhz həmin pulu alan informatorun onların yerini deməsi sayəsində qısa zamanda uğurla yekunlaşdığı bildirilir. Həmin məlumatı verən şxsin kimliyi açıqlanmır.

Onu da qeyd edək ki, beynəlxalq agentliklər Nikolas Maduronun artıq ABŞ-də nəzarət altında saxlanıldığını bildirirlər. Məlumata görə, Venesuela lideri narkoticarət və korrupsiya da daxil olmaqla bir sıra ağır cinayət ittihamları ilə Amerika məhkəməsi qarşısına çıxarılacaq./azpolitika