Axtarış

The search found 105715 results in 0.031 seconds.

Search results

  1. "Qarabağda daha bir neçə yaşayış məntəqəsi Azərbaycanın nəzarəti altına keçib" - İLHAM ƏLİYEV

    Qarabağda daha bir neçə yaşayış məntəqəsi Azərbaycanın nəzarəti altına keçib.

    Bu barədə oktyabrın 12-də Türkiyənin Haber Global telekanalına müsahibəsində prezident İlham Əliyev bildirib.

    "Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik", deyə Əliyev bildirib. 

    Muxalifet2 - 12-10-2020

  2. Ermənistan daha bir "qara siyahı" açıqladı - 45 ölü

    Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ordusu tərəfindən məhv edilmiş hərbçilərinin daha bir qrupunun adını açıqlayıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

    Muxalifet2 - 12-10-2020

  3. Solovyov Azərbaycanı təhqir etdiyinə görə Qod Nisanovdan üzr istədi - AUDİO SÜBUT

    Ermənipərəst rusiyalı teleaparıcı Qod Nisanova: “Bu gün Əliyevi yaxşıca təriflədim...”

    Sosial şəbəkəni rus seqmentində ermənipərəst rusiyalı teleaparıcı Vladimir Solovyovla Azərbaycan əsilli milyarder və iş adamı Qod Nisanov arasında olduğu iddia edilən söhbətin audio yazısı yayılıb.

    Muxalifet2 - 12-10-2020

  4. Ermənilər Gəncəyə “Skad” raketləri atıb - UZUNLUĞU 11,2 METRDİR

    Ermənistanın cinayətkar hərbi siyasi rəhbərliyinin qərarıyla humanitar atəşkəs dövründə Gəncə şəhərində mülki əhalinin raket hücumuna məruz qalması növbəti erməni terrorunun bariz nümunəsidir. 

    Muxalifet2 - 12-10-2020

  5. Mixail Qusman ordumuza 50 min dollar köçürdü

    TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.

    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, o, Fonda 50 min dollar vəsait köçürüb.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

    Muxalifet2 - 12-10-2020

  6. Gəncədə xəsarət alan sakin: Bizi heç bir təxribat ruhdan sala bilməz

    Gəncə sakinlərini ermənilərin heç bir təxribatı sarsıda bilməz.

    Muxalifet.az bildirir ki, bunu Trend-ə açıqlamasında Gəncə şəhər sakini, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərindəki yaşayış binasına atdığı raket zamanı xəsarət alan Rüfət Allahverdiyev deyib.

    Muxalifet2 - 12-10-2020

  7. Tərtər rayonunun ərazisi atəşə tutulur

    Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələri bu gün səhər saatlarından etibarən Tərtər rayonunun ərazisini yenidən atəşə tutur.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet2 - 13-10-2020

  8. ERMƏNİLƏR 3 RAYONUMUZU ATƏŞƏ TUTUR - Müdafiə Nazirliyindən açıqlama

    Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet2 - 13-10-2020

  9. İkinci dəfə koronavirusa yoluxan şəxs öldü - DÜNYADA İLK

    Hollandiyalı həkimlərinin açıqlamalarına görə, təkara koronavirusa yoxmuş 89 yaşlı qadın dünyasını dəyişib.

    "RİA Novosti" xəbər verir ki, bu barədə Oksford Universitetinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilib. 

    Hollandiyalı alimlərin fikrincə, qan xəstəliyi və immun çatışmazlığından əziyyət çəkən qadın ilk təxminən iki ay sonra ikinci dəfə koronavirusa yoluxub. 

    Bir neçə gün sonra vəziyyəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. İki həftə sonra xəstə vəfat edib.

    Muxalifet2 - 13-10-2020

  10. Koronavirusa yoluxan Trampın təkrar analizinin nəticələri açıqlandı

    ABŞ Prezidenti Donald Trampın son dəfə koronavirus üçün verdiyi testlərin nəticələri mənfi olub.

    APA TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin həkimi Şona Konlinin Ağ Evin mətbuat katibi Keyli Makineniyə göndərdiyi cavabda bildirilib. 

    Lakin analizlərin hansı günlərdə aparıldığı qeyd edilməyib. 

    Qeyd edək ki, ABŞ lideri müalicədən sonra seçki kampaniyası çərçivəsində ilk dəfə tərəfdarları ilə görüşmək üçün bazar ertəsi Florida ştatına gedib.

    Muxalifet2 - 13-10-2020

  11. Ərdoğan Azərbaycanla bağlı Avropaya çağırış etdi - "ENERJİ TƏHLÜKƏSİZLİYİNİZ..."

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Türkiyə Prezidenti telefon söhbəti zamanı Avropa İttifaqını Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoymağa çağırıb.

    Rəcəb Tayyib Ərdoğan işğalçı Ermənistanın neft-qaz boru kəmərləri ilə nəqliyyat xətləri üzərində yerləşən Tovuz bölgəsindən sonra Gəncə şəhərinə hücum etməklə Avropanın enerji təhlükəsizliyini təhlükəyə atdığını bildirib.

    Muxalifet2 - 13-10-2020

  12. İsrail Azərbaycana silah satışını davam etdirəcək - ALİ MƏHKƏMƏ QƏRAR VERDİ

    İsrail Ali Məhkəməsi Azərbaycana silah satışının qadağan edilməsi barədə vəsatəti, Ermənistana qarşı müharibə cinayətləri üçün istifadə edilib-edilməməsinə dair əsaslandırıcı dəlil olmadığı üçün, rədd edib.

    Bu barədə  "The Jerusalem Post" məlumat yayıb.

    Məlumata görə, hakim Yosef Elron deyib ki, vəsatətdə iclas keçirilməsi üçün heç bir dəlil olmayıb.

    Muxalifet2 - 13-10-2020

  13. Düşmən daha 96 hərbçi itirdi - SİYAHI

    İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir. 

    “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını “Sputnik Ermənistan” saytı yayıb.

    Bildirilir ki, ermənilər oktyabrın 10-da daha 96 hərbçi itirib:

    Brsoyan Qaqik Sedrakoviç – 2002;

    Ovseyan Rafael Armanoviç – 2001;

    Qriqoryan Ovannes Karlenoviç – 1995;

    Ehtiyatda olan Ovsepyan Kamo Şaqenoviç – 1976;

    Könüllü Petrosyan Abet Vrejeviç – 1965;

    Könüllü Buduryan Vaaqn Naapetoviç – 1996;

    Muxalifet2 - 13-10-2020

  14. Ermənilər Ağcəbədi rayonunu da atəşə tutur - RƏSMİ

    Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələri Ağcəbədi rayonunun ərazisini atəşə tutur.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Muxalifet2 - 13-10-2020

  15. Ermənipərəst Rusiya mediasından növbəti “fake news” - FOTO/VİDEO

    Rusiya mətbuatı dünyaya həqiqətə uyğun olmayan və istər Rusiyada, istərsə də dünyada çaşqınlıq yaradan, qərəzli məlumatların dərcini davam edir.

    Növbəti “fake news” isə “Komsomolskaya Pravda” nəşrində dərc edilib. Belə ki, məqalədə qeyd edilib ki, guya Azərbaycan Ordusu humanitar atəşkəs rejimini pozaraq Xankəndinə raket zərbələri endirib və nəticədə şəhərdə xeyli dağıntılar yaranıb.

    Muxalifet2 - 13-10-2020

  16. Dağlıq Qarabağda qazandığımız uğurlar Pentaqonu belə, hərbi prioritetlərini dəyişməyə vadar edə bilər: Tank-top dövrü bitdimi?

    “Dağlıq Qarabağdakı döyüşlər zamanı pilotsuz uçuş aparatlarının (PUA) fəal tətbiqi onu göstərir ki, Amerika Silahlı Qüvvələrinin müasirləşdirilməsi, o cümlədən hava hücumundan müdafiə sistemlərinin inkişaf etdirilməsi zəruridir”.
     
    Ovqat.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunları Qərargahının rəhbəri general Ceyms Makkonvill “Army Times” nəşrinin 11 oktyabr buraxılışına verdiyi açıqlamada belə deyib.
     

    Muxalifet2 - 13-10-2020

  17. “Avropa Ermənistana silah daşınmasına göz yummamalıdır” - AMERİKALI POLİTOLOQ

    “Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozur. Onlar Azərbaycanın Goranboy, Tərtər və Ağdam rayonlarını atəşə tutmağa davam edirlər”.

    Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

    Muxalifet4 - 13-10-2020

  18. Ermənistanın təcavüzü nəticəsində daha bir məktəbli həlak olub

    Təhsil Nazirliyi Ermənistanın dinc əhaliyə təcavüzü nəticəsində həlak olan daha bir məktəbli barədə məlumat yayıb.

    Nazirlikdən bildirilib ki, həmin məktəbli Ağcabədi rayonu R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İngəndərovdur.

    Bununla təcavüz nəticəsində ölən məktəblilərin sayı 3-ə çatıb. 

    Muxalifet4 - 13-10-2020

  19. Düşmənin könüllülərdən ibarət qrupu atəş zərbəsi ilə məhv edildi

    Ermənistan silahlı qüvvələrinin Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup Azərbaycan Ordusu tərəfindən atəş zərbəsi ilə məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

    Məlumatda bildirilib ki, müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.

    Muxalifet4 - 13-10-2020

  20. Məşhur şirkət COVİD-19 vaksini üzrə sınaqları dayandırdı – Könüllü iştirakçılar xəstələnib

    “Johnson & Johnson” şirkəti bir iştirakçının xəstələnməsi səbəbindən COVID-19 vaksininin klinik sınaqlarını dayandırıb. ABŞ şirkətinin hazırladığı bu vaksin adına aparıcı iddialılardan sayılırdı. “Johnson & Johnson” bəyan edib ki, belə fasilələr minlərlə iştirakçı üzərində aparılan böyük sınaqlarda normal hal sayılır. İştirakçının xəstəliyinin detalları açıqlanmayıb.

    Muxalifet4 - 13-10-2020

Pages