Axtarış
The search found 105715 results in 0.03 seconds.
Search results
“Gürcüstan parlamentində ən azı 4 deputatla təmsil olunacağıq” - HÜSEYN YUSUBOV
“Gürcüstan nə hava, nə quru yolu ilə Rusiyadan Ermənistana gedən silah-sursatı ərazisindən buraxmır”
Muxalifet2 - 15-10-2020
İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi – TAM MƏTN / YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.
Həmin müsahibənin tam mətnini təqdim edirik.
Muxalifet2 - 15-10-2020
Azərbaycan Ordusu yalnız legitim hərbi hədəflərə zərbələr endirir - RƏSMİ AÇIQLAMA
Ermənistanın işğal etdiyi Qırmızı Bazar yaşayış məntəqəsinin guya Azərbaycan Ordusu tərəfindən "Smerç" YARS vasitəsilə atəşə tutulması və mülki əhaliyə xəsarət yetirilməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur və yalandır.
Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Bir daha bildiririk ki, humanitar atəşkəs rejiminə tam əməl edən Azərbaycan Ordusu yalnız zərurət yarandıqda qarşı tərəfi susdurmaq məqsədilə legitim hərbi obyektlərə atəş zərbəsi endirmək hüququnu özündə saxlayır", - Nazirlikdən bildirilib.
Muxalifet2 - 15-10-2020
“Qarabağda cərəyan edən hadisələri yaxından izləyirik” - Pakistan XİN
Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlərdən olduqca narahatdır və Ermənistanı bu əməllərdən çəkinməyə çağırır.
“Report” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Muxalifet2 - 16-10-2020
Düşmən yenə ciddi itkilər verdi, xeyli sayda texnikanı atıb qaçdı - RƏSMİ AÇIQLAMA
Azərbaycan Müdafiə Nazirliyi cəbhədə hökm sürən operativ vəziyyətlə bağlı məlumat yayıb. Bu məlumat oktyabrın 15-də günün ikinci yarısından bu gün səhər saatlarına qədər gedən döyüşlərin gedişini əks etdirir.
Muxalifet2 - 16-10-2020
Azərbaycan Ordusu düşmənin artilleriya batareyasını məhv etdi - ALAY KOMANDİRİNİN MÜAVİNİ YARALANDI
Ermənilərin 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.
Muxalifet2 - 16-10-2020
ABŞ-ın Dövlət katibi Qarabağdan danışdı
Rəsmi Vaşinqton Dağlıq Qarabağdakı münaqişənin danışıqlar masasında həll olunacağına ümid edir.
Bu barədə ABŞ-ın Dövlət katibi Maykl Pompeo “WSB Atlanta” televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması danışıqlar və dinc müzakirə yolu ilə həll edilə bilər.
Muxalifet2 - 16-10-2020
“BİZ ERMƏNİLƏRLƏ ÖZ ÖLKƏMİZDƏ MÜHARİBƏ EDİRİK" - Estoniyada yaşayan azərbaycanlı professor
Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü, Estoniyanın Tartu universitetinin professoru Xaqani Qayıblı Estoniyanın nüfuzlu “Postimees” qəzetinin “PM TV” telekanalına müsahibə verib. Müsahibəni ixtisarla tədqim edirik.
- Siz xüsusi xidmətlərə görə, Estoniyanın fəxri vətəndaşısınız. Hansı xidmətlərə görə?
- Fəxri vətəndaşlıq mənə iyirimi il öncə Mart Laar höküməti tərəfindən Estoniya və Türkiyə respublikaları arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyim xüsusi xidmətlərə görə verilib.Muxalifet2 - 16-10-2020
“BİZ ÖZ EVLƏRİMİZDƏ YAŞAMAQ İSTƏYİRİK…” – İTC Millət Şurası BMT Baş katibinə və aparıcı dövlətlərin liderlərinə müraciət etdi
İrəvan Türk Cümhuruyyətinin Millət Şurası BMT Baş katibinə və dünya ölkələrinin liderlərinə müraciət ünvanlayıb. Muxalifet.az həmin müraciəti olduğu kimi dərc edir:
“Bizlər, hazırda Ermənistan adlanan Qərbi Azərbaycan bölgəsindən zorla vǝ qǝtliamlarla öz dǝdǝ-baba torpaqlarından sürgün olunmuş insanlar olaraq sizə müraciət edirik.Muxalifet2 - 16-10-2020
“Hər sahədə Azərbaycana dəstək verməyə davam edəcəyik” - FƏXRƏDDİN ALTUN
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə telefon danışığı olub.
Muxalifet2 - 16-10-2020
Düşmən bu gün daha 29 hərbçi itirdi - SİYAHI
İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.
Muxalifet.az qafqazinfo-ya istinadən bildirir ki, düşmən oktyabrın 16-da daha 29 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 633 hərbçisinin öldüyünü etiraf edib.
Muxalifet2 - 16-10-2020
Azərbaycanla bağlı saxta videoları bu şəxs hazırlayır - FOTO
Azərbaycan və onun Silahlı Qüvvələrinə dair saxta video və fotoların hazırlanmasında Aram Qabrelyanov adlı şəxs mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, Ermənistanın dezinformasiya və feyk məlumatlar "istehsal"ında Rusiyadakı "Life News" media holdinqinin sahibi Aram Aşotoviç Qabrelyanov rolunu aktivləşdirib.
Qabrelyanovun İrəvana ezam olunmuş 6 nəfər əməkdaşı orada bilavasitə feyk istehsalı ilə məşğul olan qrupda yer alıblar.
Muxalifet2 - 16-10-2020
Bu şəhər və rayonlarda ictimai nəqliyyat həftəsonları işləməyəcək - SİYAHI
"Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına əsasən koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-a qədər, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-a qədər və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-a qədər ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edilib.
Muxalifet2 - 16-10-2020
Düşmən törətdiyi hərbi cinayətləri ört-basdır etmək üçün “əsirlərin güllələnməsini” səhnələşdirir
Ötən gün sosial şəbəkələrin Azərbaycan seqmentində ildırım sürəti ilə “azərbaycanlı hərbçilərin erməni hərbi əsirləri güllələməsi” videosu yayıldı. Müdafiə Nazirliyi, hüquq-mühafizə orqanları həmin videonun qurama olduğunu tezliklə müəyyən etdilər, çünki səhnə çox primitiv düşünülmüşdü və “əsirlərin güllələnməsinin” əslində qurama olduğunu mütəxəssis olmayanlar da asanlıqla müəyyən edə bilərdi.
Muxalifet2 - 16-10-2020
Ermənistan ordusunun sözçüsü məğlubiyyətin səbəbini açıqlayıb
“Mən ”Smerç”, “Lora”, dron və başqa yeni silah növlərinin vacib olduğunu dəfələrlə yazmışam”.
“Report” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmi sözçüsü Arsurun Ovannisyan “Facebook” səhifəsində yazıb.
“İllərdir beşinci nəsil müharibənin vacibliyini əsaslandıraraq yazmışam və s.”, - o yazıb.
Muxalifet2 - 16-10-2020
AZƏRBAYCAN SƏRT KARANTİN REJİMİNƏ QAYITDI - Metro, məktəblər bağlandı
Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
Muxalifet2 - 16-10-2020
SON DƏQİQƏ! - Ermənilər Ordubadı da raket atəşində tutdu
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.
Muxalifet.az xəbər verir kli, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.
Muxalifet2 - 16-10-2020
Gürcüstanda Azərbaycana dəstək aksiyası keçirilir - “QARABAĞ AZƏRBAYCANDIR!” / VİDEO
Gürcüstanda Azərbaycana dəstək aksiyası keçirilir.
Hurriyyet.org aksiyadan görüntüləri oxucularına təqdim edib:
Muxalifet2 - 16-10-2020
"Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır" - HİKMƏT HACIYEV
“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
“Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - o vurğulayıb./report
Muxalifet2 - 16-10-2020
Putin Təhlükəsizlik Şurasının üzvlərini topladı - QARABAĞ MÜNAQİŞƏSİ MÜZAKİRƏ EDİLDİ
Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, iclas iştirakçıları həmçinin Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Muxalifet2 - 16-10-2020