Axtarış

The search found 105715 results in 0.042 seconds.

Search results

  1. "DEMİŞDİM, AZƏRBAYCAN XALQININ LƏYAQƏTİ İLƏ OYNAMAYIN..." - “Paşinyanın sərxoş vəziyyətdə rəqsinin acısını bu gün döyüş meydanında çıxarırıq”

    “Paşinyanın sərxoş vəziyyətdə rəqsi və Azərbaycan xalqına qarşı təhqirləri xalqımızı haqlı olaraq hiddətləndirdi. Biz onun acısını bu gün döyüş meydanında çıxarırıq”- deyə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində bildirib..

    Muxalifet2 - 14-10-2020

  2. Məhv edilən Ermənistan raketlərinin start mövqeyinə çıxarılmasının görüntüləri yayıldı

    Azərbaycan Müdafiə Nazirliyi (MN) bölmələrimiz tərəfindən məhv edilən Ermənistan silahlı qüvvələrinə məxsus əməliyyat-taktiki raket komplekslərinin (ƏTRK) mülki əhalimiz və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini yayıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə MN-dən məlumat verilib.

    Muxalifet2 - 14-10-2020

  3. Azərbaycan ərazisində terror törədən 15 "ASALA" üzvünə cinayət işi başlandı - RƏSMİ AÇIQLAMA

    Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

    Muxalifet2 - 14-10-2020

  4. ​​​​​​​Lənkərana, Quba şəhərinə və rayonun bəzi kəndlərinə giriş-çıxış dayandırıldı - RƏSMİ

    Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib.

    Muxalifet.az xəbər verir ki, qərara əsasən operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.

    Qərar 2020-ci il 15 oktyabr saat 00:00-dan qüvvəyə minir.

    Muxalifet2 - 14-10-2020

  5. Ərdoğan Putinə zəng vurdu - DAĞLIQ QARABAĞ MÜZAKİRƏLƏRİ...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

    Qeyd edilir ki, tərəflər Dağlıq Qarabağda siyasi prosesin fəallaşmasını müzakirə ediblər.

    Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.

    Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə olub.

    Muxalifet2 - 14-10-2020

  6. Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası MƏHV EDİLDİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.

    Muxalifet4 - 15-10-2020

  7. Ermənistanın hərbi hissə komandiri məhv edildi

    Ermənistan silahlı qüvvələrinin polkovniki Vahan Asatryan məhv edilib.

    Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan "Facebook"da yazıb.

    Qeyd olunub ki, o, Ermənistan ordusunda hərbi hissə komandiri olub.

    Muxalifet4 - 15-10-2020

  8. Ağstafada sanitar-karantin qaydalarını pozan şəxslər cərimə edilib

    Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.

    Muxalifet4 - 15-10-2020

  9. Gürcüstanda son sutkada 919 nəfər koronavirusa yoluxub

    Gürcüstanda son sutkada koronavirusa 919 yeni yoluxma faktı qeydə alınıb, 208 nəfər sağalıb, 4 pasiyent isə vəfat edib.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

    Muxalifet4 - 15-10-2020

  10. Qubada polis gücləndirilmiş iş rejimində xidmət aparır

    Nazirlər Kabinetinin müvafiq qərarına əsasən “Covid-19” pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 15 oktyabr saat 00:00-dan etibarən Quba və Lənkəran rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Qərar qəbul edib.

    Muxalifet4 - 15-10-2020

  11. Düşmənin növbəti yalanı ifşa edildi - FOTOFAKT

    Sosial şəbəkələrdə bu gün şimal və şimal-şərq istiqamətində gedən şiddətli döyüşlər zamanı korpus komandiri, general-mayor Hikmət Həsənovun şəhid olması ilə bağlı yalan məlumat yayılıb. 

    Şəkil guya “ƏN SON Xəbərlər” adlanan “Facebook” səhifəsində paylaşılıb. Ancaq axtarışda belə bir səhifənin mövcudluğuna dair heç nə tapmaq mümkün deyil.

    Şəkil kompüter proqramları vasitəsilə düzəldilib və ermənilər tərəfindən sosial şəbəkələrdə yayılıb.

    Muxalifet4 - 15-10-2020

  12. Qırğızıstan prezidenti istefa verdi

    Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov istefa verib.

    “Report” xəbər verir ki, məlumatı “24.kg” yayıb.

    Bildirilib ki, prezident istefasını parlament tərəfindən namizədliyi oktyabrın 14-də təsdiqlənən yeni baş nazir Sadır Japarova müzakirə edib. Müzakirədən sonra Jeenbekov bu gün istefa verib.

    Qeyd edək ki, Sooronbay Jeenbekov 2017-ci il noyabrın 24-də seçilmişdi.

    Muxalifet4 - 15-10-2020

  13. Vladimir Zelenski bu gün Türkiyəyə səfər edəcək

    Bu gün Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə iki günlük rəsmi səfər edəcək. AZƏRTAC xəbər verir ki, oktyabrın 17-dək davam edəcək səfərdə Vladimir Zelenski bir sıra rəsmilərlə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, iki ölkə arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunacaq.

    Səfər çərçivəsində Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlığa dair saziş imzalanacaq.

    Muxalifet4 - 15-10-2020

  14. Avropadan Rusiya rəhbərləri üçün “sürpriz” – Yüksək çinli məmurlara sanksiya qoyulur

    Avropa İttifaqının Rusiya müxalifətçisiAleksey Navalnının zəhərlənməsi ilə bağlı yaxın günlərdə sanksiya siyahısına salacağı Rusiya vətəndaşları arasında Federal Təhlükəsizlik Xidmətinin rəhbəriAleksandr Bortnikovvə prezident administrasiyası rəhbərinin müaviniSergey Kiriyenkoda ola bilər.

    Muxalifet4 - 15-10-2020

  15. “Əsgərlər qorxur, hər gün 100 cəsəd göndərin” – Ermənilərin yazışması ələ keçirildi

    Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən düşmən və işğalçı ölkə Ermənistanın dövlət qurumları arasındakı elektron yazışmalar əldə olunub.

    Muxalifet4 - 15-10-2020

  16. Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım - 530 YOLUXMA, 3 ÖLÜ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.

    Muxalifet4 - 15-10-2020

  17. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə göz yuma bilmərik - ƏRDOĞANDAN DÜŞMƏNİN XAİN ƏMƏLLƏRİNƏ SƏRT REAKSİYA

    “Türkiyə dövləti dost ölkələrdə şiddəti görməzdən gələ bilməz. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə göz yuma bilmərik. Azərbaycanlılar bizim qardaşlarımızdır!"

    "Anadolu" agentliyi xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə universitetlərində yeni tədris ilinin açılışında deyib.

    “Biz törədilən vəhşiliyi görməzdən gələ bilmərik. Səssiz qalmağa haqqımız yoxdur. Əcdadlarımızın əmrlərinə əsaslanan tarixi bir məsuliyyət daşıyırıq", - ölkə lideri bildirib./Virtualaz.org 

    Muxalifet4 - 15-10-2020

  18. Daha 6 kənd işğaldan azad edildi - PREZİDENTDƏN AÇIQLAMA

    "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

    Muxalifet2 - 15-10-2020

  19. “Məncə, problem artıq həll olunur” - İLHAM ƏLİYEV

    “Problem, məncə, artıq həll olunur və hesab edirəm ki, beynəlxalq təşkilatlar və bu məsələ ilə yaxından məşğul olan ölkələr bunu görür və bu, yeni reallıqdır”.
    Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

    Muxalifet2 - 15-10-2020

  20. DTX-dan erməni terroru barədə vətəndaşlara XƏBƏRDARLIQ

    Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini  təkrarlamaq niyyətindədirlər.

    Muxalifet2 - 15-10-2020

Pages