Axtarış

The search found 105715 results in 0.031 seconds.

Search results

  1. Azərbaycan ordusu düşmənin daha bir S-300 kompleksini məhv etdi - VİDEO

    Azərbaycan ordusu düşmənin daha bir S-300 zenit-raket kompleksinin məhv edildiyini bildirib və bu barədə görüntüləri yayıb. Zərbənin hansı istiqamətdə endirildiyi göstərilmir. Bundan əvvəl ordumuz düşmənin Xocavəndin Şuşikənd istiqamətində və Qubadlı rayonunun Ermənistanla sərhədində yerləşdirilmiş 2 S-300 kompleksini dəqiq zərbə ilə məhv etmişdi.

     

    Muxalifet2 - 17-10-2020

  2. Ovannisyan qaçan erməni həbçilərə çağırış etdi: Kişi olun!

    Azərbaycan Ordusunun işğal edilmiş ərazilərdə anti-terror əməliyyatları davam edir.

    Muxalifet.az xəbər verir ki, erməni hərbçilər kütləvi sürətlə fərarilik edirlər.

    Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan fərarilik edən hərbçiləri “kişi” olmağa çağırıb.

    “Kişi olun, sona qədər döyüşün. Hətta tələbələr öz dəstələrini formalaşdırdılar və döyüşürlər. Onlar ölməyə hazırdır, bəs siz?”, - o deyib.

    Ovannisyan erməni gənclərinə çağırış edib.

    Muxalifet2 - 17-10-2020

  3. Ermənistan ordusunda PARÇALANMA: Əsgələr özbaşına mövqeləri tərk edirlər - VİDEO

    Ermənistan Sİlahlı Qüvvələrində əsgərlər arasında əmrlərlə tabe olmama başlayıb.

    Ermənistan Sİlahlı Qüvələrinin hərbiçiləri artıq döyüşmək istəmirlər və mövqeləri tərk edirlər.

    Videodan da açıq göründüyü kimi, ermənilərdən biri digərlərini günahlandıraraq niyə döyüş mövqeyini tərk etdiklərini soruşur. Onlardan izahat tələb edir, bu fakt Ermənistan ordusunda ciddi itaətsizliyin başlandığını göstərir.

    Həmin görüntüləri sizə təqdim edirik:

    Muxalifet2 - 17-10-2020

  4. Gəncə terroru zamanı ölənlərdən 3-ü azyaşlıdır, daha 2 uşaq itkin düşüb

    Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

    Baş Prokurorluqdan bildirilib ki, həlak olmuş şəxslərdən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır. Yaralanan 48 nəfərdən 23-ü kişi, 20-si qadın, 5-i azyaşlıdır. İki uşaq itkin düşüb.

    Muxalifet2 - 17-10-2020

  5. Azərbaycan Rusiyaya nota verdi

    Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Rusiyaya nota verib.

    Muxalifet2 - 17-10-2020

  6. Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

    Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.
    Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

    Muxalifet2 - 17-10-2020

  7. Ordumuz düşmənin canlı qüvvəsi və texnikasını məhv edib - RƏSMİ AÇIQLAMA

    Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
    Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

    Muxalifet2 - 18-10-2020

  8. Azərbaycan və Ermənistan arasında ATƏŞKƏS ANLAŞMASI - Qərar qüvvəyə mindi

    Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

    Muxalifet.az xəbər verir k, bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.

    Muxalifet2 - 18-10-2020

  9. Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

    Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

    Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 29 il ötür.

    XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı ötən yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

    Muxalifet2 - 18-10-2020

  10. Azərbaycan hərbçiləri mühasirəyə düşüb? - MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİLƏRİN YAYDIĞI XƏBƏRİ TƏKZİB ETDİ

    "Azərbaycan hərbçilərinin guya mühasirəyə düşməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalan və dezinformasiyadır".

    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
    "Həqiqətdə real vəziyyət tam fərqlidir. Bütün cəbhə boyu əməliyyat üstünlüyü Azərbaycan Ordusunun tərəfindədir".

    Muxalifet2 - 18-10-2020

  11. Tramp Makronun vəzifəsini "kiçiltdi"

    ABŞ lideri Donald Tramp Fransa prezidenti Emmanuel Makron səhvən baş nazir adlandırıb.

    Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

    Qeyd edilir ki, ABŞ rəhbəri bu qeyri-dəqiqliyə Miçiqan ştatında mitinqdə iqlim üzrə Paris razılaşması haqqında danışarkən yol verib.

    "Bəs siz bilirsiniz ki, mən hələ dayandım? İqlim üzrə Paris razılaşması", - Tramp deyib. "Mən baş nazir Makronu çox sevirəm, amma bir dəfə ondan soruşdum, vəziyyət necədir, orada razılaşma necədir?", - deyə Tramp Fransa prezidentinin vəzifəsini yanlış adlandırıb.

    Muxalifet2 - 18-10-2020

  12. Düşmən yeni atəşkəs rejiminə əməl etmir - RƏSMİ AÇIQLAMA

    Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

    Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub.

    "Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

    Muxalifet2 - 18-10-2020

  13. SÖNÜK İDDİALAR... - Və yaxud Rusiyanın Türkiyənin qabağını almaq cəhdləri

    Dövlət ənənəsi olan heç bir ölkənin kəşfiyyat rəisinin ağzını bıçaq  açmaz; danışırsa, demək ki, çox ciddi məşvərətlərdən sonra bu qərara gəlinib. Vəzifədə olan kəşfiyyat rəisinin uzun danışmasından da söhbət gedə bilməz.

    Çünki hər kəlməsindən cürbəcür mənalar çıxarıla bilər. Bu qaydaları nəzərə alaraq Rusiya Xarici Kəşfiyyat İdarəsi rəisinin təxminən 10 gün əvvəl Türkiyəni bölgəyə “Suriyadan cihadçı təşkilatlar gətirməkdə” ittiham etməsini normal qaydalar içində dəyərləndirməmək lazımdır.

    Muxalifet2 - 18-10-2020

  14. Ukrayna Azərbaycanı təbrik etdi

    Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

    Təbrik mətni səfirliyin feysbuk səhifəsində dərc olunub.

    Muxalifet2 - 18-10-2020

  15. "Türkiyə ilə güc dilində danışmağı heç bir dövlətə məsləhət görməzdim" - SƏFƏR ƏBİYEV

    "Azərbaycan əsgərinin qalibiyyət uğrunda mübarizəsi və topraq üzərinə töktüdüyü qan hədər deyil" 

    "Qarabağın gələcəyi artıq təmin edilib, onun bir daha ermənin nəzarətində olması söz konusu deyildir"

    Muxalifet2 - 18-10-2020

  16. Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqandırıldı - FOTO

    Oktyabrın 18-də Gürcüstanın paytaxtı Tbilisinin əsas simvollarından biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, televiziya qülləsi 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə bəzədilib.

    Axşam saatlarından etibarən teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.

    Muxalifet2 - 18-10-2020

  17. Azərbaycan əsgərləri Füzulinin mərkəzində bayraq qaldırdılar və... - "ALİ BAŞ KOMANDAN ƏLİYEVƏ EŞQ OLSUN!” ŞÜARI SƏSLƏNDİRDİLƏR

    İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bildirib.

    Bildirilir ki, əsgərlər “Azərbaycan Ordusuna eşq olsun!”, “Ali Baş Komandan İlham Əliyevə eşq olsun!” şüarları səsləndiriblər.

    Muxalifet2 - 18-10-2020

  18. Azərbaycan Ordusu yenə düşmənin xeyli sayda silah-sursatını ələ keçirdi - VİDEO, FOTO

    Füzuli istiqamətində gedən döyüşlərdə xeyli sayda canlı qüvvə və texnika baxımından itkilərə məruz qalan düşmən döyüş meydanında hərbi texnikası və silah-sursatnı atıb qaçıb.

    Muxalifet.az Müdafiə Nazirliyinə istinadən həmin foto və videogörüntüləri təqdim edir.

    Muxalifet2 - 18-10-2020

  19. Rusiyadan Yerevana silah tədarükü davam edir - MƏNTƏQƏLƏRİN MARŞRUTU GİZLƏDİLİR

    Azərbaycan hökumətinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan ICAO-ya rəsmi müraciət edərək Ermənistan hökuməti tərəfindən qeydiyyata alınmış mülki təyyarələrdən istifadə edilmıklə Ermənistana silah tədarükü faktını araşdırmağı xahiş etməsi barədə məlumat vermişdik.

    Virtualaz.org təəssüflə bildirir ki, beynəlxalq təşkilat indiyədək müvafiq araşdırma aparmayıb.

    Halbuki Zvartnots hava limanına humanitar yardım adı altında mülki təyyarələrdə silah tədarükü davam edir.

    Muxalifet2 - 18-10-2020

  20. “Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları dərhal tərk etməlidir” - TUNAHAN KUZU

    Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Niderland parlamentinin deputatı Tunahan Kuzu ilə Qarabağ ətrafında baş vərənlər proseslər, Niderland parlamentində Qarabağ müzakirəsi haqda qısa müsahibə götürüb. Müsahibəni Muxalifet.az-ın oxucularına təqdim edirik:

    – Tunahan bəy, bugünlərdə Niderland parlamentində Qarabağla bağlı ədalətli çıxış etdiniz. Münaqişənin həlli ilə bağlı fikirləriniz maraqlı olardı.

    Muxalifet2 - 18-10-2020

Pages