Axtarış

The search found 105715 results in 0.082 seconds.

Search results

  1. “PAŞİNYAN HƏR AN HAKİMİYYƏTDƏN UZAQLAŞDIRILA BİLƏR" - Sergey Markov

    Azərbaycan oktyabrın 18-də Müstəqillik Gününü bayram edir. Azərbaycanın bütün dostları ölkə rəhbərliyini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edir və əmin-amanlıq arzulayırlar.

    AzərTAc xəbər verir ki, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov bu barədə öz “Facebook” səhifəsində yazıb.

    Muxalifet2 - 18-10-2020

  2. Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi - BU GÜNDƏN...

    Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

    Muxalifet2 - 19-10-2020

  3. Düşmən taborunun qərargah rəisi, xeyli canlı qüvvəsi məhv edildi - RƏSMİ AÇIQLAMA

    Oktyabrın 18-də gün ərzində və oktyabrın 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib.

    Muxalifet2 - 19-10-2020

  4. CƏBRAYILIN DAHA 13 KƏNDİ İŞĞALDAN AZAD EDİLDİ - Prezidentdən açıqlama

    "Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!".

    Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "Twitter“ hesabında yazıb.

    Muxalifet2 - 19-10-2020

  5. Ermənilər döyüş mövqelərini ataraq geri çəkilib - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

    Ötən gün və oktyabrın 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

    Muxalifet2 - 19-10-2020

  6. "Baydenə səs versəniz, o, iş yerlərini Çinə verəcək, gələcəyinizi virusa verəcək" - TRAMP

    ABŞ prezidenti Donald Tramp hesab edir ki, rəqibi, Demokrat Partiyasını təmsil edən Cozef Baydenin seçkilərdə qələbə qazanacağı təqdirdə ölkəni depressiya gözləyir.

    Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

    Qeyd edilir ki, Tramp Baydeni "dünyada ən darıxdırıcı insan kimi" xarakterizə edib.

    "Əgər Baydenə səs versəniz, o, iş yerlərini Çinə verəcək, gələcəyinizi virusa verəcək. Ölkə qapanacaq”,- deyə Nevada ştatında tərəfdarları qarşısında çıxış edən Tramp bildirib.

    Muxalifet2 - 19-10-2020

  7. Düşmən Tərtəri yenidən atəşə tutdu, mülki şəxs yaralandı

    Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu növbəti dəfə atəşə tutmaqda davam edir.

    Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    Oktyabrın 19-u səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə rayonun ətraf kəndlərinə atəş açır.

    Düşmən tərəfindən yenidən atılan top mərmisi rayonun Ələsgərli kəndinə düşüb. Nəticədə 1962-ci il təvəllüdlü mülki sakin yaralanıb və o, xəstəxanaya yerləşdirilib.

    Muxalifet2 - 19-10-2020

  8. “ORDUMUZ 10-15 GÜNƏ ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜ TƏMİN EDƏCƏK!” – “Regionun taleyi Türkiyəsiz həll edilməyəcək”

    Azərbaycan Ordusunun cəbhədə uğurlu əməliyyatları davam edir. Bununla paralel olaraq prosesə kənar müdaxilələr, kasıb Ermənistanın Azərbaycana qarşı silahlandırılması, vəziyyəti dayandırmaq kimi niyyətlər də görünür.

    “AzPolitika.info” bu mövzunu sabiq dövlət müşaviri, professor Qabil Hüseynli ilə müzakirə edib.

    Müsahibəni təqdim edrik:

    - Qabil müəllim, oktyabrın 17-də gecə saatlarında düşmən növbəti dəfə Gəncəni bombaladı. Sizcə, ermənilər nədən mülki insanları hədəfə alırlar, məqsəd nədir?

    Muxalifet2 - 19-10-2020

  9. Belarusda kütləvi etirazlar davam edir - Lukaşenkoya oktyabrın 25-nə qədər vaxt verilib

    Oktyabrın 18-də Minskdə və Belarusun digər şəhərlərində onminlərlə insan küçələrə çıxaraq Aleksandr Lukaşenkonun istefasını tələb edib.

    Daxili İşlər Nazirliyi gücdən istifadə olunacağıyla bağlı xəbərdarlıq etmişdi. Minsk küçələrinə hərbi yük maşınları və su vuran maşınlar yerləşdirilsə də, polis onlardan əsasən istifadə etməyib.

    Muxalifet2 - 19-10-2020

  10. “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb” - Türkiyə MN

    Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın işğaldan azad olunan əraziləri barədə paylaşım edib. Nazirliyin “Twitter” səhifəsində bununla bağlı mesaj yerləşdirilib.

    “Atəşkəsə baxmayaraq mülki insanlara hücum edən Ermənistana qəhrəman Azərbaycan Ordusu cavab verməyə davam edir. Tutulan 13 kəndlə birlikdə işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”.

     

    Muxalifet2 - 19-10-2020

  11. Ermənilər Tovuz və Daşkəsəni ATƏŞƏ TUTUB - Ermənistan ərazisindən...

    Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.

    Muxalifet2 - 19-10-2020

  12. Ermənistanın müharibədə xarici ölkə vətəndaşlarından muzdlu kimi istifadə etmələri müəyyən edilib - VİDEO

    Muxalifet2 - 19-10-2020

  13. Deputat Sasun Mikaelyan Qarabağda yaralandı - BİR NEÇƏ GÜN ƏVVƏL QOCALARI YIĞIB DÖYÜŞƏ GƏLMİŞDİ...

    Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından deputatı, “Yerkrapa” veteranlar və könüllülər ittifaqının rəhbəri Sasun Mikaelyan Qarabağda gedən döyüşlərdə yaralanıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda deputatın fraksiya üzr həmkarı Artak Manukyan bildirib.

    O, deyib ki, birinci Qarabağ müharibəsinin veteranlı olan Mikaelyan qəlpə yarası alıb və həyatına təhlükə yoxdur.

    Muxalifet2 - 19-10-2020

  14. "Ermənistan Xızıda neft kəmərlərini hədəfə alıb" - Baş Prokurorluq

    Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir.

    Muxalifet2 - 19-10-2020

  15. Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV

    Ermənistan ordusu özünün 20-ci əsrin 80-ci illərinə aid taktika və silahları ilə Azərbaycanın 21-ci əsrə aid silahlara məxsus, yüksək döyüş ruhu və başlanan işi sona çatdırmaq niyyəti olan ordusunu dayandıra bilməz.

    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.

    Qeyd olunur ki, Azərbaycan Dağlıq Qarabağda parlaq qələbə qazanıb, Ermənistan isə məğlub olub və onun Qarabağdan çıxması an məsələsidir:

    Muxalifet2 - 19-10-2020

  16. ŞOK XƏBƏR: Rusiyanın “GeoProMining Gold” şirkəti Kəlbəcərə qaçaq yolla silah və muzdlu daşıyır

    Rusiyanın “GeoProMining Gold” şirkəti Kəlbəcərə qaçaq yolla silah və muzdlu daşıyır.

    Dağlıq Qarabağın işğal altındakı Kəlbəcər şəhərində, Rusiyanın “GeoProMining Gold” şirkətinin də qeyri-qanuni payçı olduğu, Azərbaycana məxsus Zod qızıl yataqları illərdir istismar olunurdu.

    Sentyabrın 27-dən, Dağlıü Qarabağ savaşı başlayandan, şirkət yataqlarda istismarın dayandırıldığını açıqladı. Səbəb kimi guya işçilərin təhlükəsizliyinin təmin edilməsi göstərildi.

    Muxalifet2 - 19-10-2020

  17. Azərbaycanda daha 331 nəfər koronavirusa yoluxdu - 4 NƏFƏR DƏ ÖLDÜ

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 4  nəfər COVID-19-dan vəfat edib.

    Muxalifet2 - 19-10-2020

  18. "Ermənilrə hansı statusdan söhbət gedə bilər?” - "Bu vaxta kimi rədd olub, getməli idilər"

    "İndi nə Rusiya o zamankı Rusiyadır, nə də ki Türkiyə o zamankı Türkiyədir”

    Muxalifet2 - 19-10-2020

  19. “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı" - SERGEY LAVROV

    “Avropa Şurası Baş katibliyindən olan həmkarlarımızı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və Rusiyanın gördüyü tədbirlər barədə məlumatlandırdıq”.
    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

    Muxalifet2 - 19-10-2020

  20. RUSLARIN “BAYRAKTAR” TƏLAŞI – “Qarabağda istifadə olunan “Bayraktar” dronları böyük effekt verdi”

    Qarabağ müharibəsində Azərbaycan tərəfinin istifadə etdiyi və ordumuza böyük üstünlüklər qazandıran Türkiyənin “Bayraktar” döyüş dronları Rusiya mətbuatında geniş müzakirə olunmağa başlayıb.

    Rusiyanın “Nezavisimaya qazeta” dərgisində “Türkiyə-Ukrayna dronlarını Qarabağ, Krım və Donbas üçün hazırlayırlar” başlıqlı məqalə dərc olunub.

    Muxalifet2 - 19-10-2020

Pages