Ermənilər Tovuz və Daşkəsəni ATƏŞƏ TUTUB - Ermənistan ərazisindən...
19-10-2020 12:45
Baxış sayı:
1330

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.