Azərbaycan xüsusi təyinatlıları cəbhəyə YERİTDİ VƏ... - Abramyandan TƏŞVİŞDOLU SÖZLƏR
20-06-2018 13:59
Baxış sayı:
6535

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “prezidentinin” “müşaviri” Tiqran Abramyan müharibə qorxularını açıqlayıb.
Muxalifət.az xəbər verir ki, T.Abramyan Azərbaycan Ordusunun təmas xəttində yeni istehkamlar inşa etdiyini, cəbhəni möhkəmləndirdiyini iddia edib.
“Son bir həftədə Azərbaycan Ordusu aktiv şəkildə yerdəyişmə edir və hərbi texnikanı gücləndirir. Aktiv mühəndislik işləri aparılır. Həmçinin, xüsusi təyinatlı qüvvələrin aktivliyi müşahidə olunur”, - deyə T. Abramyan iddia edib.
Qeyd edək ki, Ermənistan tərəfi Ordumuzun işğal altındakı Günnüt kəndini azad etməsindən sonra qorxuya düşüb.