Azərbaycanda 2 bəhai icması QEYDİYYATDAN KEÇDİ
2-07-2018 16:06
Baxış sayı:
4534

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamə təqdim edib.
Muxalifət.az xəbər verir ki, bu məqsədlə təşkil edilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
26 dini quruma qeydiyyat şəhadətnamələri təqdim olunub.
Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 835 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam (Xristian – 20; Yəhudi – 8; Krişna – 1; Bəhai – 2) təmayüllüdür.