Azərbaycanda bayram günlərinin yol qırğını - 7 ÖLÜ, 25 YARALI
19-06-2018 12:35
Baxış sayı:
5326

Bayram günləri respublikada baş verən yol qəzalarının statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikasnın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Bununla da iyunun 15-dən bu günədək respublika ərazisində 14 yol qəzası baş verib ki, nəticədə 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb.