Azərbaycanda yeni nazir təyinatı
28-06-2018 21:17
Baxış sayı:
4711

Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb.
Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.