Bakı metrosunda ÖLÜM HADİSƏSİ baş verdi

Baxış sayı:
2137

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun bildirib ki, bu gün 06.30-da metronun "20 Yanvar" stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib.

"Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım göstərilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Nazim Qasımovun ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib", - deyə Bəxtiyar Məmmədov vurğulayıb.

Bəxtiyar Məmmədov qeyd edib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib./teleqraf/