Bakı-Moskva aviareysi ikinci dəfə təxirə salındı - VİDEO - YENİLƏNİB

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:00-da həyata keçirməli olan 852 saylı Bakı-Moskva reysinin təxirə salınmasının səbəbi məlum olub.
Muxalifət.az report-a istinadən xəbər verir ki, uçuşun baş tutmaması onu yerinə yetirəcək "Boing" markalı təyyarədə texniki nasazlığın yaranması ilə bağlıdır.
Bir qədər əvvəl AZAL-ın nümayəndələri təyyarının havaya saat 13:00-da qalxacağını bildirsələr də, aviareys yenidən təxirə alınıb. Hazırda təyyarədə təmir işləri aparılır.
Xatırladaq ki, aviareys Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiya paytaxtının Domodedovo Beynəlxalq Hava Limanına həyata keçirilməli idi.
***
Bu gün saat 10:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiyanın paytaxtı Moskvanın Domodedovo Beynəlxalq Hava Limanına həyata keçirilməli olan 852 saylı avaireys təxirə salınıb.
Muxalifət.az report-a istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin vaxtında uçmaması sərnişinlərin narazılığına səbəb olub.
Aviaşirkətin rəsmiləri aviareysin yerinə yetirilməməsinin səbəbi barədə məlumat verməsələr də, uçuşun saat 13:00-da yerinə yetiriləcəyini bildiriblər.