Bakıda 3 nəfəri avtomobil vurub - İKİSİ UŞAQDIR

Baxış sayı:
3934

Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun "Ulduz" stansiyasının yaxınlığında baş verib.

Naməlum avtomobil 4 yaşlı Məmmədov Əmir Dmitri oğlunu, 5 yaşlı Məmmədova Emiliya Dmitri qızını və 1978-ci il təvəllüdlü Məmmədova Elmira Aslan qızını vuraraq qaçıb. Hər üç yaralının vəziyyəti ağırdır.