Bakıda BAZAR YANIR - VİDEO (YENİLƏNDİ)

Baxış sayı:
5266

Bakının Nərimanov rayonu ərazisində yanğın başlayıb. REAL-ın məlumatına görə, hadisə “Dərnəgül” tikinti materialları bazarında baş verib.

Hazırda bazarda tikinti materialları satışı ilə məşğul olan bir neçə mağaza yanır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Real TV-nin əməkdaşı hadisə yerindən son məlumatları çatdırır.

***

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

Muxalifət.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.

Etibar Mirzəyev APA-ya bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək".