Bakıda növbəti ŞOK OLAY: Daha 6 tələbə zəhərləndi, 4-ü... - YENİLƏNDİ
26-11-2019 09:25
Baxış sayı:
13147

Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.
Digər iki qız müalicələrini davam etdirir. /trrend
***
08:35
Xəzər Universitetinin tələbələri zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Kliniki Tibbi Мərkəzin Toksikologiya şöbəsinə Təcili Tibbi yardım avtomobili ilə Xəzər Universitetinin 6 tələbəsini gətiriblər.
Onların dəm qazından zəhərləndiyi ehtimal edilir. Çağırış saat 4:47-də olub.
Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76 mənzil 28-də baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımı tibbi yardım göstərilib.
Hal-hazırda müalicələri davam edir.