BAKIDA OĞUL ATASININ EVİNİ YARDI
27-06-2018 12:23
Baxış sayı:
1594

Bakıda evdən oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisindəki evlərin birindən 190 manat və 450 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu, əvvəllər məhkum olunmuş Əflatun saxlanılıb.